• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Sabah”a nə oldusa, Azərbaycana qayıdandan sonra oldu” - Tahir Süleymanov PFL-i də qınadı

Ölkə futbolu / Manşet

21-08-2024, 21:0

“Sabah” Masazırda fiasko yaşadı. “Sent Patriks”ə məğlubiyyətlər, hər iki oyunda qırmızı vərəqə “bayquşlar” heç yaraşmadı.

Ötən il Konfrans Liqasının 3-cü təsnifat mərhələsində “Partizan”a uduzaraq mübarizəni dayandıran klub bu il eyni qaydada “Sent Patriks”ə məğlub oldu. Maraqlıdı ki, futbol adamlarının əksəriyyəti Murad Musayevin baş məşqçili kimi Krunoslav Renduliçdən qat-qat üstün olduğunu deyir, müqayisələr aparır.
Sabiq FİFA referisi, təcrübəli futbol funksioneri Tahir Süleymanov “Sabah”ın məğlubiyyətini barədə fikirlərini “Football-plus.az” ilə bölüşdü:

"Sabah"ın avrokuboklardakı çıxışına son oyundakı məğlubiyyət çərçivəsində baxılmamalıdı. "Makkabi" üzərində fantastik və böyükhesablı səfər qələbəsindən sonra istər cavab görüşündə, istərsə premyer-liqa qarşılaşmalarında komandada eniş yaşandığı açıq sezilirdi. Baxmayaraq ki, təcrübəli və güclü rəqib qarşısında möhtəşəm qələbədən sonra "Sabah" daha inamlı görünməli, komanda artan trayektoriya ilə optimal formasını yığmaqda davam etməliydi. Yeri gəlmişkən, "Sabah" ilk oyuna evə dönmədən, birbaşa təlim-məşq toplanışından yollanmışdı. “Sabah”a nə oldusa, Azərbaycana qayıdandan sonra oldu. Növbəti mərhələ təmin edilsə də, hayfalılar önündəki acınacaqlı ev məğlubiyyəti "Sabah" üçün həyəcan təbili olmalıydı. Çempionatın startında kluba güzəşt edildi, oyununun yeri dəyişdi, amma xeyri olmadı. Ardınca İrlandiya səfəri və bəxt hesabına minimal hesab, daha bir şans. "Zirə" ilə ev oyunu xüsusi əhəmiyyət kəsb edirdi. Hər iki komanda sıx qrafiklə oynayır, avrokuboklarda yolunu davam edirdi. Bu görüş hansı komandanın Konfrans Liqasının cavab görüşünə daha hazırlıqlı olacağını açıq göstərdi. Artıq görünürdü ki, "Sabah" toparlanmaqda, çıxış yolu tapmaqda çətinlik çəkir. Yeganə ümid rəqibin çox zəif olması idi. Bəhanəyə yer qalmırdı, futbol ictimaiyyəti arasında dəb halını alan büdcə amili müqayisəolunmaz idi. Həmişə vurğuladığım kimi, maliyyə nə qədər önəmli olsa da, əsas amil deyil. Ardıcıl qırmızı vərəqələr, hər iki matçda məğlubiyyət bir daha sübut etdi ki, Azərbaycan şərtlərinə görə istənilən şəraiti olan "Sabah"da qopma baş verib, nələrsə yerindən oynayıb. Ümumiyyətlə, "Şamaxı" ilə görüşün Bakıda keçirilməsinə ehtiyac yox idi. Tıxac vaxtdı Masazırdan paytaxta 2-3 saat vaxt sərf edilirsə, Şamaxıya 1 saata yetişmək olar. Şirvan yurduna səfərə çıxıb məskunlaşmağa da ehtiyac yox idi. Rotasiyalı və ya tam ikinci heyət oyun günü gedib-qayıda bilərdi. Zamanında "Neftçi"nin Gürcüstan səfəri ərəfəsində Naxçıvanda təqvim oyunumuz vardı, o vaxt "Araz" Bakıda yox, doğma meydanda çıxış edirdi. Çempionat oyununu təxirə saldırmadıq, ikinci heyəti göndərdik, əsas komanda plan üzrə "Çixura" ilə görüşə hazırlaşdı və 3 gün sonra Tiflisdə rəqib qapısından 3 top keçirdi. Avrokuboklarda çıxış edən komandalar öncədən sıx qrafik üzrə çıxış edəcəyini bilir, buna uyğun da heyət formalaşdırılmalıdı. Premyer-liqada çıxış edən komandaların hər birinin sərəncamında 70-dən yuxarı futbolçu var - əsas, əvəzedicilər, U-19. Belə hallar ehtiyat futbolçular üçün də özünü göstərmək şansıdı. Fors-major halları çıxmaq şərti ilə PFL təqvimin pozulmasına, yerdəyişmələrə, təxirəsalmalara yol verməməli, daha qətiyyətli davranmalı, klubların istəyi ilə hərəkət etməməlidi, "dəyişiklik olmasa, günahı bizdə görəcəklər" düşüncəsinə son qoyulmalıdı. Necə ki, yerdəyişmə heç bir fayda vermədi. Eyni fikir klublara da aiddi. Belə münasibət daxildə rəhbərlik, məşqçilər, futbolçular arasında fikir ayrılığına, kimlərinsə psixoloji üstünlüyünə və ya qarşıdurmalara gətirib çıxarır. "Sabah" təsadüfi görünməyən fantastik startdan sonra fiasko ilə üzləşdi. Təbii ki, səbəbsiz deyil. Klubdaxili vəziyyətlə bağlı məlumatlı olmadığımıza görə qəti mövqe bildirmək, diaqnoz qoymaq doğru olmaz. Belə hallarda 2-3 amil önə çıxır: klub rəhbərliyi, məşqçilər korpusu, futbolçuların birliyi və ya əksi, yaradılan şərait, təlim-məşq, düzgün bərpa, klubdaxili intizam, futbolçuların fiziki-funksional, taktiki, nəzəri, psixoloji hazırlığı. Bunu artıq klubu himayə edənlər araşdırıb doğru gedişlər etməli, nəticə çıxarılmalıdı”.

Tahir bəy Murad Musayev - Krunoslav Renduliç müqayisəsi barədə bunları dedi:
“İstənilən klubda baş məşqçi məsələsi önəmli rol oynayır. Renduliç ötən mövsümün sonunda komandanı qəbul etdi və son tur qələbəsi ilə "Sabah" avrokuboklara vəsiqəni təmin etdi. Baş məşqçi komandanı tanımaq üçün önəmli vaxt qazandı. Yay transfer dönəmində komandaya yetərincə futbolçu cəlb edildi, bir çoxu yola salındı. Eyni zamanda "Sabah" "Makkabi" üzərində qələbə ilə göstərdi ki, klub olaraq, bir məşqçidən asılı olmaya bilər. İkinci mərhələdə qat-qat zəif rəqibə uduzmaq yolverilməz idi. Hər bir məşqçinin öz futbol fəlsəfəsi, oyun üslubu var. Murad Musayevlə müqayisə edilməsinin tərəfdarı deyiləm. Avrokuboklarda "Sabah" adına nəticədə hər iki çalışdırıcı eyni mövqedədi. Qeyd etdiyim kimi, klubu himayə edənlər daxili araşdırma aparmalı, uğursuzluğun səbəbləri müəyyənləşdirilməli, ən doğru addımlar atılmalıdı. "Sabah" yeni klub olsa da, imkanları, şəraiti qruplarda mübarizə aparmağı şərtləndirir. İstənilən uğur düzgün idarəçilikdən, məşqçi-futbolçu seçimlərindən, iddialı komandanın formalaşdırılmasından keçir”.

RÖYANƏ OĞUZ

Paylaş:
Digər xəbərlər

Aktual / Konfrans Liqası

15-08-2024, 17:0

“Zirə” üçün 50/50, “Sabah” üçün 40/60 – Azər Bağırov Renduliçdən danışdı

Aktual / Ölkə futbolu

19-08-2024, 15:0

“Avrokuboklardakı oyun bizim üçün bir dərs idi” - “Soldati di Sabah”

Konfrans Liqası

15-08-2024, 19:0

“Sabah” - “Sent Patriks”: START HEYƏTLƏRİ

Konfrans Liqası

14-08-2024, 13:0

"Sabah" - "Sent Patriks": satılan bilet sayı

Ölkə futbolu

13-08-2024, 15:0

"Sabah" - "Sent-Patriks" matçına nə qədər bilet satılıb?

Aktual / Ölkə futbolu

1-08-2024, 14:0

"Sabah" "Makkabi"nin tarixi şansını 45 faizə endirib - "Football Meets Data"

Aktual
Sıfır, sıfır, sıfır - buna görə Rəşad Sadıqov onu göndərdi
“Yeni oyunçuların onlardan tələb olunanı artıq ortaya qoymaları lazımdı” - “Qarabağ” transfer dönəmini boşa verib?
“Abbas artıq məşqlərə qoşulub, bizlə məşq edir” – bəs sonra?
“Orhus” Masazırda öyrəşmədiyi havada oynayacaq – 8 dərəcə fərq var!
Masazıra “Orhus”un 425 azarkeşi gələ bilər – istidən qorxurlar!
“Təftişin nəticəsi məxfidi” dedi və dayandı
Son xəbərlər
  • Bu gün, 06:28
    Cəlalın komandası qalib gəldi
  • Dünən, 23:07
    Belçikadan İngiltərəyə üz tutacaq
  • Dünən, 22:45
    Romadan Milana üz tuta bilər
  • Dünən, 22:04
    "Səbail" 4 legioner transfer etdi
  • Dünən, 21:39
    Klubu ilə yenidən anlaşdı
  • Dünən, 21:18
    Elvin Cəfərquliyevin durumu bəlli oldu
  • Dünən, 20:58
    Rahil Məmmədov "Turan Tovuz"da
  • Dünən, 20:29
    ''Fənər'' belçikalı ulduza yönəlib
  • Dünən, 20:08
    Millimizdən iki qələbə
  • Dünən, 19:40
    İtaliyadan Belçikaya üz tutdu
  • Dünən, 19:05
    Sıfır, sıfır, sıfır - buna görə Rəşad Sadıqov onu göndərdi
  • Dünən, 18:30
    Almaniyaya qayıtdı
  • Dünən, 17:26
    Mançesterdən Milana üz tutacaq
  • Dünən, 16:37
    Klubu ilə yenidən anlaşdı
  • Dünən, 15:52
    Dortmundu tərk etməyə yaxındır
  • Dünən, 15:07
    Klubuna sadiq qaldı
  • Dünən, 14:30
    Məşhur fransalı Maltada oynayacaq
  • Dünən, 14:11
    “Yeni oyunçuların onlardan tələb olunanı artıq ortaya qoymaları lazımdı” - “Qarabağ” transfer dönəmini boşa verib?
  • Dünən, 13:43
    Nuriyevin komandası uduzdu
  • Dünən, 13:20
    İspaniya klubunu tərk etdi
  • Dünən, 12:50
    Fransaya qayıtmayacaq
  • Dünən, 12:30
    Klubu ilə yenidən anlaşdı
  • Dünən, 11:02
    “Avrokuboklara vəsiqə qazanmasaq, uğursuzluq sayılmamalıdı” – Cavid Hüseynov
  • Dünən, 10:31
    “Malişevo” ilə müqavilə bağlamağa gəldiyim gün belə Azərbaycandan təkliflərim var idi” – Vüsal zədələnib...
  • Dünən, 10:00
    "Nyukasl”ı o da tərk edə bilər
  • 8-08-2026, 23:0
    Gözlənilən transfer rəsmiləşdi
  • 8-08-2026, 23:0
    “Valensiya”nın tarixinə düşdü
  • 8-08-2026, 22:0
    Amsterdamda qərar tutdu
  • 8-08-2026, 22:0
    Gözlənilən transfer rəsmən açıqlandı
  • 8-08-2026, 21:0
    “Abbas artıq məşqlərə qoşulub, bizlə məşq edir” – bəs sonra?
  • 8-08-2026, 21:0
    Uelbek İngiltərə iş yerini dəyişdi
  • 8-08-2026, 20:0
    Turini tərk etdi
  • 8-08-2026, 20:0
    Madriddən Londona yollandı
  • 8-08-2026, 20:0
    "Şəmkir"də yeni vitse-prezident
  • 8-08-2026, 19:0
    Tezliklə “Arsenal”a qoşulacaq
Daha çox
Oxunub: 199
“Abbas artıq məşqlərə qoşulub, bizlə məşq edir” – bəs sonra?
Oxunub: 181
Sıfır, sıfır, sıfır - buna görə Rəşad Sadıqov onu göndərdi
Oxunub: 128
“Qurban Qurbanov meydana çıxmaq üçün hazırlaşmasını istəmişdi, lakin...” – Bəhlulun qayıdışına nə mane olub?
Oxunub: 127
“Elə bayaq da Musa Qurbanlı ilə bir yerdəydik” – FİF-in direktoru
Oxunub: 98
"Neftçi" seçim qarşısındadı: ağ, yoxsa qara?
Oxunub: 98
“Stadionun möhtəşəmliyini sözlə ifadə etmək mümkünsüzdü” - “Xəmsə” tərif yağdırdı
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə