Fransa çempionatının ilk turunun “Havr” ilə oyununda qələbə (4:1) PSJ-yə itki hesabına başa gəlib.
Qonsalo Ramuş 20-ci dəqiqədə zədələnərək meydanı tərk edib. Müayinə nəticəsində portuqaliyalı hücumçunun sol ayaq topuğunun bağlarının qırıldığı müəyyən edilib. Onun tezliklə əməliyyat olunacağı açıqlanıb. Qonsalo bu səbəbdən təxminən üç ay futbol oynaya bilməyəcək.