AFFA-nın Beynəlxalq Əlaqələr Şöbəsinin müdiri, AFFA İcraiyyə Komitəsinin üzvü Könül Mehdiyeva növbəti dəfə təyinat alıb.
"Football-plus.az" xəbər verir ki, o, Rumıniyada yerli ÇFR və Cənubi Kiprin "Pafos" arasında keçiriləcək Konfrans Liqasının pley-offunun ilk oyununda UEFA nümayəndəsi olacaq.
Qeyd edək ki, avqustun 22-də Kluj-Napoka şəhərində təşkil olunacaq görüş Bakı vaxtı ilə saat 21.30-da başlayacaq.