Nəhayət, Georgi Mamardaşvilinin yeni mövsümə harda başlayacağı məlum olub.
“Valensiya”nın qapıçısı karyerasını “Liverpul”da davam etdirəcək. Məşhur insayder Fabritsio Romanonun məlumatına görə, tərəflər artıq transferlə bağlı razılıq əldə ediblər. Mersisaydlılar bu keçidə görə 30 milyon avro ödəyəcəklər.
Gürcü futbolçu ötən mövsüm “Valensiya”nın heyətində 37 oyun keçirib və 41 qol buraxıb.