“Qarabağ”ın hücumçusu Olavio Juninyonun ÇL-nin təsnifat mərhələsində liderliyə doğru irəlilədiyini xəbər vermişdik.
Braziliyalı futbolçu “Linkoln”la oyunlarda 4, “Ludoqorets”lə ilk matçda 1 qol vuraraq bombardirlər siyahısında “Klaksvik”in futbolçusu Arni Frederiksberqlə birlikdə liderliyə şərik olmuşdu.
“Football-plus.az”ın məlumatına görə, artıq o, zirvənin yeganə sahibidi!
Belə ki, dünən “Ludoqorets”lə cavab matçında fərqlənən oyunçu təsnifat mərhələsindəki qollarının sayını 6-ya çatdırıb. Nəticədə o, turnirin yeni mövsümdə ən çox qol vuran futbolçusu adına yiyələnib. Sizi ilk “beşlik”lə tanış edirik.
1. Olavio Juninyo (Qarabağ) – 6
2. Arni Frederiksberq (“Klaksvik”, Farer adaları) – 5
3. Edin Ceko (“Fənərbaxça”, Türkiyə) – 4
4. Darius Olaru (FCSB, Rumıniya) – 4
5. Yassin Benzya (Qarabağ) – 3
Qeyd edək ki, “Klaksvik”, “Fənərbaxça” və FCSB Çempionlar Liqasında mübarizəni dayandırıb. Bu o deməkdi ki, Juninyo və Benzya turnirdə qol vurmağa davam etsələr, bombardirlər siyahısında qala bilərlər.
KƏNAN BAHADIR