• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Arsenal”ın çempionluq yürüşündə növbəti “kartı”

Dünya futbolu

10-08-2024, 19:0

Rikkardo Kalafyori, heç şübhəsiz, ötən mövsümün ən böyük italiyalı kəşfidi. Müdafiəçi fantastik dönəm yaşadı:

ötənilki “transfer pəncərəsi”nin son günündə “Bazel”dən “Bolonya”ya keçən Rikki Tyaqo Mottanın sensasiyalı layihəsinin həlledici oyunçularından biri oldu, martda A seriyasının ən yaxşı oyunçusu sayıldı, Çempionlar Liqasında oynadı, Avropa çempionatına 10 gün qalmış yığmada debüt etdi və turnirə yollanaraq İtaliya yığmasının əsas müdafiəçisi, meydana çıxmağı haqq edən nadir futbolçulardan biri oldu. Hətta İspaniya ilə oyundakı avtoqola baxmayaraq. Və cəmi 22 yaşında.

Belə sürətli tərəqqi nəhənglərin marağını çəkməyə bilməzdi. “Yuventus”, “Atletiko” və “Real” onu transfer siyahısına saldı, ancaq “Arsenal” daha inadkar çıxdı. İyulun 29-da London klubunun mətbuat xidməti artıq bonuslar qarışıq 45 milyon avroluq transferin gerçəkləşməsi haqda xəbər yaydı. 33 nömrəli futbolka ilə çıxış edəcək müdafiəçinin müqaviləsinin müddəti açıqlanmır. Amma bir neçə gün əvvəl məşhur insayder Fabritsio Romano onun hər mövsümə 4 milyon avro əməkhaqq nəzərdə tutan 5 illik müqavilə imzalayacağını yazmışdı. Bəs Kalafyori hansı cəhətlərinə görə unikaldı və Mikel Artetaya necə kömək edəcək?

“Arsenal” ötən mövsüm müdafiə qabiliyyətinə görə premyer-liqada ən yaxşı göstərəcilərə malik idi: komanda cəmi 29 top buraxıb (“Siti” 34, “Liverpul” 41). Qabriel Maqalyaes – Vilyam Saliba tandemi müdafiənin mərkəzində yetərincə etibarlı təsir bağışlayıb. İlk baxışdan Kalafyorinin gəlişi Artetanı iki qərardan birinə məcbur edəcək: mövcud tandemin parçalanmasına və ya üçlü müdafiəyə. Ancaq bu variantların hər birinin üstündən xətt çəkmək də mümkündü.

Məsələnin incəliyi Kalafyorinin universallığında və Artetanın futbolunun özəlliklərində gizlənir. Rikkardo futbola sol cinah müdafiəçisi kimi başlayıb və yalnız “Bolonya”da müdafiənin mərkəzində möhkəmlənib. İtaliyalının cinaha dönüşünün “Arsenal” üçün mənası var. Üstəlik bu, Artetanın illər boyunca yanında olduğu və çox şey öyrəndiyi Qvardiolanın birbaşa təqlidi olacaq.

Pep son illərdə fəal şəkildə mərkəz müdafiəçilərini cinah müdafiəçilərinə çevirməkdədi – “Siti”nin sol cinahı indi ixtisaslaşmış oyunçularla yox, Natan Ake və Yoşko Qvardiol ilə assosiasiya olunur. Hər biri keçmiş klubunda istisnasız mərkəzdə oynayıb, ancaq Qvardiolanın dönəmində cinaha çəkiliblər. Bununla da Qvardiola müdafiədə sabitliklə topu meydanın özünə aid hissəsindən irəli hərəkət etdirməyi necə bir araya gətirməklə bağlı dilemmanın öhdəsindən gəlib. Şərti desək, Pep qərara gəlib ki, Ake ilə Yoşkoya hücum etməyi öyrətmək daha yaxşıdı, nəinki Zinçenko və ya Kanselo hesabına müdafiənin etibarlılığını artırmaq. Arteta artıq buy olla gedir: Ben Uayt 2021-ci ildə “Arsenal”a mərkəz müdafiəçisi kimi gəldi, ancaq baş məşqçi zamanla onu sağ cinaha çəkdi.

Çox güman, Kalafyori Artetanın sol cinah probleminin həllini tapmasına yardım edəcək. Zinçenko səviyyəli pleymeykerdi, ancaq bəzən mövqeyini itirir və təkbətək duellərdə uduzur. Rikkardo isə hava mübarizələrindən qalib ayrılmaq faizinə görə yalnız Zinçenkonu yox, Saliba ilə Qabrieli də qabaqlayır.

Unikal hücum özəllikləri
İtaliyalı futbolçunun universallığı “Arsenal”a bütün mərhələlərdə yardım edəcək. Londonlular topu oyuna daxil edərkən hibrid oynayır – Kalafyorinin müdafiənin mərkəzindəki təcrübəsi cinahdan ağrısız şəkildə yerini dəyişməyə və dərhal iki mövqeni bağlamağa imkan verəcək. Və bu, Rikkardonun hücum bacarıqlarının aysberqinin yalnız görünən hissəsidi.

İtaliyalı müdafiəçi ötən mövsüm çox qeyri-adi rol yerinə yetirib. Tyaqo Motta “Bolonya”da 2-7-2 sxemini düşünmüşdü (təbii ki, hücum fazasında), burda oyunçular müdafiəçilərə, yarımmüdafiəçilərə və hücumçulara yox, olduqları zonaları görə ayrılırlar. İkilər cinah oyunçularıdı, yeddi isə mərkəzi zonadan olan futbolçuların sayıdı. Kalafyori mərkəz zonada qərarlaşan “7-lik” arasındaydı, tez-tez meydanın rəqibə aid hissəsinə reyd edirdi. İtaliyalı 16 dəfə oyundaşlarını zərbə mövqeyinə çıxarmışdı (Avropada mərkəz müdafiəçiləri arasında ən yaxşı göstəricidi), üstəlik hesabına 5 məhsuldar ötürmə də yazmışdı.

Rikkardo təkcə topla davranış baxımından yaxşı deyil, ötürmə vermək bacarığıyla da seçilir: o, mövsüm ərzində 23 kəskin ötürə verib, bu isə Qabriel (8) və Saliba (6) ilə müqayisədə dəfələrlə artıqdı. Kalafyori rəqibin cərimə meydançası yaxınlığında “açılmağa” və onu qəfil yerdəyişmələrlə çaşdırmağa vərdiş edib.

Müdafiəçi həmçinin risk etməyə və oyunu öz üzərinə götürməyə nə dərəcədə hazır olduğunu göstərib. Xorvatiya ilə oyunun son saniyələrində məhz Kalafyori fərdi reydi Zakkanyiyə məhsuldar ötürmə ilə başa çatdırdı. Onun ötürməsi “skuadra adzurra”nın qitə birinciliyində 1/8 finala çıxmasına yardım etdi. Əlbəttə, Artetanın öz oyun strukturu var, ancaq o da italiyalının hücum potensialından yararlanmaq üçün sxem tapa bilər.

Bəs nə yolunda getməyə bilər? Onun zədəyə meyilliyi bir qədər adamı çəkindirir. Rikkardo bir neçə ilə sığan karyerası boyunca 150-dən artıq oyunu bu səbəbdən buraxıb. 22 yaşlı birisi üçün hədsiz çoxdu. Ağır diz zədəsi üzündən, demək olar ki, bir il meydana çıxa bilməyib. Ancaq bu hadisə çoxdan, Rikkardo hələ yeniyetmə səviyyəsində oynayanda baş verib. Başqa elə bir çətinlik yoxdu. Etiraf etmək lazımdı ki, premyer-liqanın yeni mövsümündə də çempionluq uğrunda mübarizə aparacaq “Arsenal” bu futbolçunu transfer etməklə ciddi şəkildə gücləndi.

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

2-07-2024, 11:0

“Real” onun üçün “Yuventus”la rəqabət aparacaq

Dünya futbolu

1-07-2024, 12:0

“Real”ın maraq dairəsinə düşdü - AÇ-nin HƏDƏFİ

Dünya futbolu

5-07-2024, 17:0

Bolonyadan Londona yollanacaq

Dünya futbolu

31-07-2024, 09:0

Gözlənilən transfer rəsmiləşdi

Dünya futbolu

27-05-2024, 10:0

Tyaqo Motta “Bolonya”da yox, İtaliyada qalacaq

Dünya futbolu

23-07-2024, 10:0

Bolonyadan Londona üz tutacaq

Aktual
86700 manat! – kubok oyunu “Qarabağ”la “Sabah”a bu qiymətə başa gəldi
“Neftçi”yə transfer qadağası qoyuldu, klub rəsmisi azarkeşləri narahat olmamağa çağırdı
Kubokun finallarında azarkeş sayı 300 minə çatacaq! – stadionun tribunaları tam dolsa...
Çuameni Valverdeni niyə döydü? - davanın təfərrüatı
“Sabah” üç yarışda çempiondu, qalan titullar yoldadı
“Demək olar ki, oyunun taleyini qapıçılar həll etdi” – nə Koxalskidən razı qaldı, nə də Samokdan
Son xəbərlər
  • Dünən, 23:51
    'Risk etmək istəmədik, çünki zədəlilər ola bilərdi" - Valdas Dambrauskas
  • Dünən, 23:20
    "Bu gün bir az bəxtimiz gətirdi" - Azər Bağırov
  • Dünən, 22:45
    “Həmin iddialar əsassızdı və faktlara uyğun deyil” – “Araz Saatlı”nın pulsuz qalmasına izahat
  • Dünən, 22:06
    Türkiyəli ulduz üçüncü dəfə dizindən əməliyyat olunacaq
  • Dünən, 21:35
    "Rəşad Sadıqovdan üzr istəyirəm" - Jorj Kaşkilya
  • Dünən, 21:25
    "Zirə" Qubada büdrədi, "Sabah" "Kəpəz"ə uduzdu - YENİLƏNİB
  • Dünən, 20:51
    "May ayında palçıqda futbol oynayırıq" - Rəşad Sadıqov
  • Dünən, 20:20
    Millimiz Rumıniyaya böyük hesabla uduzdu
  • Dünən, 19:56
    Arda Turanlı ''Şaxtyor''un avrokubok macərası yarımfinalda başa çatdı
  • Dünən, 19:25
    Tanınmış məşqçi xanım taksi sürücüyə pul əvəzinə seks təklif etdi!
  • Dünən, 18:54
    "Sabah" - "Kəpəz": START HEYƏTLƏRİ
  • Dünən, 18:48
    39 yaşında klubunu dəyişdi
  • Dünən, 18:09
    DÇ-2026 üçün maraqlı vakansiya
  • Dünən, 17:55
    Riad Rəfiyev sınaq müddəti
  • Dünən, 17:38
    Mourinyo “Real”a hansı şərtlər irəli sürüb?
  • Dünən, 17:03
    86700 manat! – kubok oyunu “Qarabağ”la “Sabah”a bu qiymətə başa gəldi
  • Dünən, 16:43
    Kubok gözəlləməsi: açıq məşq də olacaq, mətbuat konfransı da!
  • Dünən, 16:31
    "İmişli" - "Zirə" - START HEYƏTLƏRİ
  • Dünən, 16:08
    Luis Enrike futbolçularını ad gününə dəvət etdi, amma....
  • Dünən, 15:49
    “Neftçi”yə transfer qadağası qoyuldu, klub rəsmisi azarkeşləri narahat olmamağa çağırdı
  • Dünən, 15:23
    ÇL-də hamını arxada qoydu
  • Dünən, 14:46
    “Hall Siti”ni artıq türk klubuna çevirmişik” - Acunun növbəti hədəfi nədi?
  • Dünən, 14:11
    “İstəmirəm ki, “Səbail” də mənim günümə düşsün” - Güləli Bağırov otel müdiri ilə əlbəyaxa dalaşıb!
  • Dünən, 13:49
    Kubokun finallarında azarkeş sayı 300 minə çatacaq! – stadionun tribunaları tam dolsa...
  • Dünən, 13:14
    Çuameni Valverdeni niyə döydü? - davanın təfərrüatı
  • Dünən, 12:38
    “Trabzonspor” Azərbaycana gəlir?
  • Dünən, 11:54
    “Fənər”in sabiq məşqçisindən illər sonra gələn etiraflar
  • Dünən, 11:23
    Millimiz beynəlxalq turniri 45 medalla başa vurdu
  • Dünən, 10:52
    “Neftçi” 1/4 final oyununa çıxacaq - Dünya Seriyası
  • Dünən, 10:31
    Həsrət hamıdan irəlidədi
  • Dünən, 10:00
    Altı cüdoçumuz “Böyük Dəbilqə"də mübarizəyə qoşulur
  • Dünən, 01:09
    Arda Turan yarımfinalda dayandı...
  • 7-05-2026, 23:0
    "Neftçi" və "Araz-Naxçıvan" qalib gəldi
  • 7-05-2026, 22:0
    Yenə Antonelli!
  • 7-05-2026, 21:0
    “Fənərbaxça” “Jalgiris”i ikinci oyunda da məğlub etdi
Daha çox
Oxunub: 186
“Trabzonspor” Azərbaycana gəlir?
Oxunub: 172
“Zirə” avrokuboklara getməsə, günahkar kim olacaq? – “Qartallar”dan açıqlama
Oxunub: 170
“Sabah” çempion oldu, yalnız iki klub təbrik etdi 
Oxunub: 161
Azər Bağırov general-mayorla görüşdə olub, ancaq şəklə düşməyib
Oxunub: 158
“İmişli”dən şad xəbər gəldi – İmişlidə stadion tikiləcək!
Oxunub: 144
“Sözün açığı, Veysəllə son danışığımızda bildirmişdik ki...” – bıçaqlanan futbolçu ilə bağlı yeni xəbər
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə