Denzel Dyumfris klubunu dəyişmək firinə düşüb.
“Football-plus.az” xəbər verir ki, o, “İnter” ilə ayın sonuna qədər müqaviləsini yeniləməmək qərarına gəlib. “The Athletic” qəzeti niderlandlı futbolçunun “Mançester Yunayted”dən təklif gözlədiyini xəbər verilir.
Dyumfrisin “İnter” ilə müqaviləsinin müddəti gələn yay qüvvədən düşəcək. O, 2021-ci ildən formasını daşıdığı milanlıların heyətində keçirdiyi 98 oyunda 10 qol vurub.