“Sabah”: zədəli iki oyunçu və 40 azarkeş - AÇIQLAMA

25.07.2024 15:53 389
Aktual / Ölkə futbolu
“Sabah” bu gün Konfrans Liqasının 2-ci təsnifat mərhələsində “Makkabi”nin (İsrail) qonağı olacaq.

Hayfa təmsilçisiylə oyundan əvvəl düşərgədəki durumu və gözlənilən azarkeş dəstəyi ilə bağlı ətraflı bilgi almaq məqsədilə klubun mətbuat xidmətinin rəhbəri Elnur Həmidovla əlaqə saxladıq. Onun “Football-plus.az”a dedikləri:

“Zədəli Vinsent Till komanda ilə məşqlərə növbəti aydan başlayacaq. Anatoli Nuriyevin oynayıb-oynamayacağı hələ də tam bəlli deyil. Komandada ab-hava yaxşıdı, hamı axşamkı matça köklənib. 40 nəfər soydaşımızın stadiondan kollektivimizə dəstək olması gözlənilir”.

Qeyd edək ki, Macarıstanda yerləşən “Varkert” stadionunda keçiriləcək matç saat 21.15-də başlayacaq.

KƏNAN BAHADIR