Nuqzar Kvirtiya “Qarabağ” haqda nə dedi?

8.08.2024 14:34 1 098
Aktual / Ölkə futbolu
“Qarabağ”ın oyununu izləmək üçün 30 minə yaxın adam Tofiq Bəhramov adına Respublika stadionuna gəlmişdi.

Tamaşaçılar arasında tanınmış meyxanaçılardan tutmuş məhşur futbolçulara kimi görmək mümkün idi. Stadiona azarkeş qismində gələnlərdən biri də sabiq futbolçu Nuqzar Kvirtiya idi.

O, oyundan sonra “Football-plus.az”a fikirlərini belə şərh etdi:

“Oyun çətin keçdi, “Ludoqorets” güclü rəqibdi. Amma “Qarabağ” çoxlu şansı fürsətə çevirə bilmədi. Bolqarlar isə cəmi 3-4 zərbə endirib, 2 qol vurdular. Bolqarıstanda bizi çox maraqlı qarşılaşma gözləyir. "Qarabağ"ın şansları çox yaxşıdı. Səfərdə daha da yaxşı oynadıqları üçün bu mərhələni keçə biləcəklərini düşünürəm”.

RÖYANƏ OĞUZ