Bu görüşü başqalarından fərqləndirən əsas məqam Roman Qriorçuk və Kurban Berdıyev kimi təcrübəli çalışdırıcıların dueli oldu. Futbol ictimaiyyətinin oyundan daha çox “Neftçi Arena”nın qazonunun durumu təəccübləndirdi. “Neftçi”nin media əlaqələndiricisi Rüstəm Əfsərli problemlə bağlı klubun mövqeyini belə şərh etdi:
“Qazonun durumuyla bağlı çalışmalar gedəcəkdi. Amma iyulda havanın hərarətinin daha yüksək olması bu istiqamətdə işlərin görülməsinə əngəl oldu. Əmin ola bilərsiz ki, növbəti matçda ot örtüyünün vəziyyəti indikindən daha yaxşı olacaq”.
KAMAL SƏFƏR






