“Red Bull”un idman direktoru getdi...

6.08.2024 21:39 328
İdman
“Red Bull”un idman direktoru Conatan Uitli postunu tərk edib.

“Football-plus.az” xəbər verir ki, bu haqda xəbəri adı çəkilən komandanın mətbuat xidməti yayıb. Mütəxəssisin “Audi”də rəhbər post tutacağı bildirilir. “Red Bull” yaxın vaxtlarda komandanın yeni rəhbər strukturunu açıqlayacaq, ancaq məlumdu ki, Uitli 2024 mövsümünün sonuna qədər idman direktoru vəzifəsində qalacaq. “Red Bull”un rəhbəri Kristian Hornerin Uitli ilə bağlı fikirləri:
“Conatanla aramızda 18 ildən uzun sürən uğurlu münasibətlər olub. Onun Mühəndislər kubokunda qazanılan 6 və pilotlar arasında qazanılan 7 dünya çempionu tituluna verdiyi töhfə komandamızın tarixinə əbədi yazılacaq”.

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul