"Kəpəz" braziliyalı yarımmüdafiəçi transfer edir

6.08.2024 12:29 430
Ölkə futbolu / Manşet
"Kəpəz"in heyətini daha bir neçə futbolçuyla gücləndirəcəyini yazmışıq. "Sarı-göylər"in baş məşqçisi Adil Şükürov da bu yöndə işlərin görüldüyünü deyib.

"Football-plus.az" xəbər verir ki, Gəncə təmsilçisinin formasını geyəcək növbəti futbolçunun adı bəllidi.

Klub Keverton Resende Markolino ilə ortaq məxrəcə gəlib. 23 yaşlı yarımmüdafiəçi tezliklə komandaya qoşulacaq. "Kəpəz" braziliyalıyla 1 illik müqavilə bağlayacaq.

Qeyd edək ki, Keverton Braziliyanın D seriyasında (Region Liqası - red.) iştirak edən "Hersilio Luz"un şərəfini qoruyur. Ötən mövsüm 13 matçda şans qazanan oyunçu 1 məhsuldar ötürməylə yadda qalıb. Yarımmüdafiəçi karyerası ərzində "Audaks" və "Ponte Preta" kimi komandalarda çıxış edib.

KƏNAN BAHADIR