Uestbruk “Denver”in formasını geyəcək

6.08.2024 11:33 307
Dünya futbolu
2016/17 mövsümünün ən dəyərli oyunçusu Rassell Uestbruk “Denver”ə keçib. 35 yaşlı müdafiəçi bu klubla dəyəri 6,8 milyon dollar olan ikiillik müqavilə bağlayıb.

Uestbruk 2023/24 mövsümün “Klippers”də keçirib. İyulda “Yuta” ilə dəyiş-düyüş olunan ulduz sonradan həmin komandadan qovulub. Uestbruk ötən mövsüm hər oyunda orta hesabla 11,1 xal toplayıb ki, bu da karyerasındakı ən pis göstəricidi.

Rassellin əvvəllər “Leykers”, “Hyuston”, “Vaşinqton” və “Oklahoma-Siti” formasını geydiyini də xatırladaq.