“Bugünkü matçda qırmızı vərəqə almağımız qırılma nöqtəsi oldu”

2.08.2024 01:58 356
Manşet / Konfrans Liqası
“Zirə”ni təbrik edirəm. Onlara növbəti mərhələdə uğurlar arzulayıram”.


“Football-plus.az” xəbər verir ki, bu sözləri "DAK 1904"ün baş məşqçisi Xisko Munyoz Konfrans Liqasının 2-ci təsnifat mərhələsində "Zirə"yə uduzduqları cavab oyundan (1:2) sonra təşkil olunan mətbuat konfransında deyib. O, bugünkü matçda aldıqları qırmızı vərəqənin oyunun qırılma nöqtəsi olduğunu bildirib:
“Bizdən fərqli olaraq rəqib anlaşma daha yüksək səviyyədə idi. Ümumiyyətlə, bir çox şey “Zirə”də daha yaxşı alınırdı. Bugünkü matçda qırmızı vərəqə almağımız qırılma nöqtəsi oldu. Halbuki hesabı bərabərləşdirmişdik, ikinci qolu da vura bilərdik”.


X.Munyoz rəqibin gücünə bələd olduqlarını söyləyib:
“Zirə”ni hərtərəfli analiz etmişdik. Nəyə qadir olduqlarını bilirdik. Elə meydanda da gözlədiyimiz “Zirə”ni gördük”.

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul