İlk görüşdə Slovakiya klubunu darmadağın edən “qartallar” səfərə üstün yollanıb. Lakin “Şerif”lə təcrübədən sonra aydın məsələdi ki, rahatlıqla proqnoz vermək olmaz. Komandanın yeni transferlərindən Elçin Əlicanov oyunöncəsi “Football-plus.az”a danışdı:
“Oyuna yaxşı hazırlaşmışıq. Komandada ab-hava da yüksəkdi. İnanırıq ki, sevinən tərəf biz olacağıq. Bu dəfə səhv etməməliyik. Rəqib də iddialı olacaq. Ələ düşən fürsətlərdən maksimum yararlanıb, azarkeşlərimizi sevindirmək istəyirik. İnşallah, mərhələni biz keçəcəyik”.
RÖYANƏ OĞUZ





