• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Renduliçin yeni və parlaq “Sabah”ı! - KÖŞƏ

Manşet / Yazarlar

30-07-2024, 10:0

“Sabah”ın Hayfa “Makkabi”si üzərində qazandığı parlaq qələbə sanki azərbaycanlı azarkeşlərin ürəyinə su səpdi.

Çünki İsrail təmsilçisi əvvəlki illərdə həm “Neftçi”ni, həm də “Xəzər Lənkəran”ı darmadağın etmişdi. Həmin darmadağınlardan sonra “Qarabağ”ın vaxtilə məhz bu komandanı yenməklə İntertoto kubokunda mərhələ adlaması belə yada düşmürdü. Bir növ futbolumuzun “Makkabi”yə qisas borcu var idi.

Doğrusu, hayfalıların “Sabah”a rəqib olduğunu biləndə də rahat deyildim. Düşünürdüm ki, yenə də onlar aşkar favorit kimi növbəti mərhələyə adlayacaq. Ancaq “bayquşlar” rəqibə Kişvardada elə bir dərs keçdi ki, çətin bundan sonra geridönüş edə bilələr. Doğrudu, futbolda hadisələri qabaqlamaq yaxşı əlamət sayılmır. Elə bir neçə gün əvvəl Azərbaycanda hər kəs “Zirə”nin “Şerif”i mübarizədən kənarlaşdıracağına, Avropa Liqasında yoluna davam edəcəyinə inanırdı. Ancaq bir qırmızı vərəqə ilə bütün planlar pozuldu. Odu ki, indi “Sabah” üçün tələsmək istəmirəm. Lakin komandanın oyun üslubu, xüsusən də baş məşqçi Krunoslav Renduliçin əl işi yaxşı mənada sezilir. Doğrusu, xorvatiyalı mütəxəssisdən bu qədərini gözləmirdim. Çünki ötən mövsümün ortalarında təyinat alan Renduliçin “Sabah”ının dəyişkən olduğunu, ancaq sabit oyun sərgiləmədiyini qeyd etmişdim.

“Makkabi”ylə qarşılaşmada gördüm ki, artıq sabit “Sabah” və sistemli oyun üslubu var. Birinci hissədə geri çəkilən, rəqibin hücum zamanı buraxdığı nöqsanları dəyərləndirən və 2-ci hissədə buna uyğun dəyişikliklər edən, xüsusən də Namik Ələskərovu meydana buraxmaqla dahiyanə gediş edən Renduliçin ötən müddətdə futbolçularını nə qədər yaxşı tanıdığını gördük. Kahim Parrisin Ələskərovla əvəzlənməsi öz yerində, yay fasiləsində transfer olunan futbolçuların komandaya bu qədər qısa müddətdə uyğunlaşması da heyranedici məqamdı. Bu qələbəyə hər kəs müəyyən töhfə verdi.

Ötən mövsüm çempionatda görməyə alışdığımız Sekidika – Parris tandemini bu dəfə Sekidika – Mikels tandemi əvəzləmişdi. Lepinitsanın həm yarımmüdafiədə, həm də müdafiədəki fəallığı, fikrimcə, Masazır təmsilçisinin ən böyük problemlərindən biri olan mərkəz xəttindəki zəifliyi aradan qaldırmışdı. Hər iki hissədə düzəlməyən yeganə problem “bayquşlar”ın rəqib təzyiq göstərdiyi anlarda müdafiədən çıxmaqda çətinlik çəkməsidi. Yəqin ki, Renduliç kimi güclü təhlil qabiliyyətinə malik olan mütəxəssis bu problemi də aradan qaldıracaq.

Əlbəttə, səfərdən – “Makkabi”nin Hayfada yox, Kişvardada oynaması bizim problemimiz deyil - böyükhesablı qələbəylə dönmək cütün taleyinin 70 faiz həll olunması deməkdi. Ancaq tam yox. Bu üzdən də komandanın düşərgəsində qarşıdakı həftədə arxayınlığın hökm sürəcəyinə inanmıram. Üstəlik ötənilki acı “Partizan” təcrübəsi də var. Eyni zamanda “Makkabi”nin avrokubok təcrübəsinə görə uzaqbaşı bizim klublardan “Qarabağ”a uduzduğunu da unutmayaq.

İsrail təmsilçisi də cavab oyununda qisas almağa çalışacaq. Lakin “Sabah” belə üstünlüyü əldən verəcəyi halda Renduliç birbaşa məhşər ayağına çəkiləcək. Çünki bundan öncə iki klubumuzun planda olmayan “qırmızı” üzündən nə hala düşdüyünü gördük. Bütün amillər nəzərə alınmalıdı. Az öncə qeyd etdiyim müdafiədə anlaşmada yaşanan çətinliyin və əks-hücuma çıxmağa çalışarkən futbolçuların mövqe seçimində buraxdığı səhvlərin aradan qaldırılması “Sabah” üçün növbəti mərhələnin açarı deməkdi. Bundan sonrası Renduliçlə köməkçilərinə qalır. Yeni tarix yazmaq üçün bircə addım qaldı.

...Hə, bir də Aleksey Kaşukun “Sabah”a dönməsi variantı var. Bu da gerçəkləşərsə, “Qarabağ”ı növbəti mövsüm daha çətin çempionluq mübarizəsi gözləyəcək.

KAMAL SƏFƏR

Paylaş:
Digər xəbərlər

Ölkə futbolu / Manşet

25-07-2024, 15:0

“Məncə, “Makkabi” növbəti mərhələyə adlayacaq” – “Sumqayıt”ın israilli oyunçusu

Dünya futbolu

21-07-2024, 13:0

“Sabah”ın rəqibi mərhələ adladı

Dünya futbolu

8-07-2024, 12:0

"Sabah"ın rəqibindən növbəti qələbə

Manşet / Müsahibə

28-07-2024, 13:0

“Bu oyundan sonra da rəqibə münasibətimiz dəyişmədi” – “Sabah”ın kapitanı

Avrokuboklar

5-07-2024, 10:0

“Sabah”ın rəqibindən qələbə

Ölkə futbolu / Manşet

21-06-2024, 13:0

“Sabah” “Makkabi”dən az qala üç dəfə ucuzdu

Aktual
"İmişli"dən ayrılmağımın sadaladığınız səbəblərlə heç bir bağlılığı yoxdu" - gedən xanım
“İlk iş günündə stadion rəhbərliyinə yazılı bildiriş göndəriləcək” – PFL-in təftişinin nəticəsi bəlli oldu
Sıfır, sıfır, sıfır - buna görə Rəşad Sadıqov onu göndərdi
“Yeni oyunçuların onlardan tələb olunanı artıq ortaya qoymaları lazımdı” - “Qarabağ” transfer dönəmini boşa verib?
“Abbas artıq məşqlərə qoşulub, bizlə məşq edir” – bəs sonra?
“Orhus” Masazırda öyrəşmədiyi havada oynayacaq – 8 dərəcə fərq var!
Son xəbərlər
  • Bu gün, 15:27
    Doğma klubuna qayıtdı
  • Bu gün, 14:58
    Ağadadaş Salyanski "Araz-Naxçıvan"da
  • Bu gün, 14:26
    "İmişli"dən ayrılmağımın sadaladığınız səbəblərlə heç bir bağlılığı yoxdu" - gedən xanım
  • Bu gün, 13:55
    "İmişli"nin sabiq futbolçusu "Karvan-Yevlax"da
  • Bu gün, 13:34
    “Misli” premyer-liqaya sponsorluğunu davam etdirəcək
  • Bu gün, 13:08
    “Sumqayıt” - “Neftçi” oyununun yeri dəyişdirildi
  • Bu gün, 12:35
    PSJ-dən Arda Gülər üçün astronomik təklif
  • Bu gün, 12:04
    "Qarabağ"ın rəqibi səfərdə qələbə qazandı
  • Bu gün, 11:33
    İki boksçumuz qızıl medal qazandı
  • Bu gün, 11:02
    “İlk iş günündə stadion rəhbərliyinə yazılı bildiriş göndəriləcək” – PFL-in təftişinin nəticəsi bəlli oldu
  • Bu gün, 10:31
    Toral "Bursaspor"da debüt etdi
  • Bu gün, 10:00
    Almaniyada klubunu dəyişdi
  • Bu gün, 06:28
    Cəlalın komandası qalib gəldi
  • Dünən, 23:07
    Belçikadan İngiltərəyə üz tutacaq
  • Dünən, 22:45
    Romadan Milana üz tuta bilər
  • Dünən, 22:04
    "Səbail" 4 legioner transfer etdi
  • Dünən, 21:39
    Klubu ilə yenidən anlaşdı
  • Dünən, 21:18
    Elvin Cəfərquliyevin durumu bəlli oldu
  • Dünən, 20:58
    Rahil Məmmədov "Turan Tovuz"da
  • Dünən, 20:29
    ''Fənər'' belçikalı ulduza yönəlib
  • Dünən, 20:08
    Millimizdən iki qələbə
  • Dünən, 19:40
    İtaliyadan Belçikaya üz tutdu
  • Dünən, 19:05
    Sıfır, sıfır, sıfır - buna görə Rəşad Sadıqov onu göndərdi
  • Dünən, 18:30
    Almaniyaya qayıtdı
  • Dünən, 17:26
    Mançesterdən Milana üz tutacaq
  • Dünən, 16:37
    Klubu ilə yenidən anlaşdı
  • Dünən, 15:52
    Dortmundu tərk etməyə yaxındır
  • Dünən, 15:07
    Klubuna sadiq qaldı
  • Dünən, 14:30
    Məşhur fransalı Maltada oynayacaq
  • Dünən, 14:11
    “Yeni oyunçuların onlardan tələb olunanı artıq ortaya qoymaları lazımdı” - “Qarabağ” transfer dönəmini boşa verib?
  • Dünən, 13:43
    Nuriyevin komandası uduzdu
  • Dünən, 13:20
    İspaniya klubunu tərk etdi
  • Dünən, 12:50
    Fransaya qayıtmayacaq
  • Dünən, 12:30
    Klubu ilə yenidən anlaşdı
  • Dünən, 11:02
    “Avrokuboklara vəsiqə qazanmasaq, uğursuzluq sayılmamalıdı” – Cavid Hüseynov
Daha çox
Oxunub: 265
Sıfır, sıfır, sıfır - buna görə Rəşad Sadıqov onu göndərdi
Oxunub: 200
“Abbas artıq məşqlərə qoşulub, bizlə məşq edir” – bəs sonra?
Oxunub: 128
“Qurban Qurbanov meydana çıxmaq üçün hazırlaşmasını istəmişdi, lakin...” – Bəhlulun qayıdışına nə mane olub?
Oxunub: 127
“Elə bayaq da Musa Qurbanlı ilə bir yerdəydik” – FİF-in direktoru
Oxunub: 102
“Təftişin nəticəsi məxfidi” dedi və dayandı
Oxunub: 99
"Neftçi" seçim qarşısındadı: ağ, yoxsa qara?
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə