Ronald Arauxonun aqibəti məlum olub.
“Barselona”nın müdafiəçisi bir neçə gün əvvəl əməliyyat olunmuşdu. Amerika Kubokunda dizindən zədə alan uruqvaylı futbolçu meydana bir də dekabrda çıxa biləcək. Bu məlumatı ESPN telekanalı və “AS” qəzeti yayıb. Klubun rəsmi açıqlamasında isə konkret tarix göstərilmir.
Arauxo Finlandiyada uğurla əməliyyat olunub.