“Fulhem” yarımmüdafiəçi Emil Smit-Rounun keçidi ilə bağlı “Arsenal”la anlaşma əldə etməyə yaxındı.
“Football-plus.az” xəbər verir ki, haqda xəbəri jurnalist Devid Ornşteyn yayıb. Transfer məbləği 35 milyon funt sterlinq olacaq ki, bu da Smit-Rounu “Fulhem” tarixinin ən baha futbolçusuna çevirəcək. 23 yaşlı ingiltərəli yaxın günlərdə tibbi baxışdan keçməlidi.
Smit-Rou ötən mövsüm bütün turnirlərdə 19 oyun keçirib və iki məhsuldar ötürmə verib. “Transfermarkt” portalı futbolçunun bazar dəyərini 22 milyon avroya qiymətləndirir.