Hazırda klubsuz olan Nikolya Pepe Fransa mətbuatına diqqətçəkən açıqlamalar verib.
"Football-plus.az" xəbər verir ki, 29 yaşlı vinger ''Lill''də ulduzu parladıqdan sonra 2019-da 80 milyon avroya ''Arsenal''a transfer olunmuşdu. Amma bu futbolçu ona bəslənən ümidləri qətiyyən doğrultmadı.
Ən son ötən mövsüm şərəfini qoruduğu ''Trabzonspor''da da adından söz etdirə bilməyən təcrübəli futbolçu bunları deyib:
"Arsenal''a yollandıqdan sonra fanatlar mənim performansımı yox, mənə görə ödənilən pulu müzakirə etməyə başladı. Halbuki mən ''Arsenal''da pis təsir bağışladığımı düşünmürəm. Orda keçirdiyim zamana görə qətiyyən peşman deyiləm. Klub mənim üçün tarixi bir məbləğ ödəmişdi və bu üzdən hər kəs məndən qollar gözləyirdi. Halbuki ''Arsenal'' məni 20 milyon funt sterlinqə alsaydı, gözləntilər bu qədər yüksək olmayacaqdı. Hər şey daha fərqli ola bilərdi. Amma bu, biz oyunçuların günahı deyil. 90-100 milyon avrolar tələb edən biz oyunçular deyilik. Amma futbol dünyasında işlər məhz bu cür qurulub və insanlar bunu anlamır. Mənim yaşadıqlarımı indi Mudrik və Antoni kimi futbolçular da yaşayır. Onlar sadəcə böyük məbləğ qarşılığında transfer olunmağın qurbanına çevriliblər. Halbuki heç də pis futbolçular deyillər".
ƏLİ