Avropa futbol liqalarının FİFA-dan narazılığı getdikcə artır.
“Football-plus.az” xəbər verir ki, “Köhnə dünya”nın təmsilçiləri sıx oyun təqviminə görə ali futbol qurumunu məhkəməyə verməyi planlaşdırırlar.
Bu barədə tanınmış jurnalist Rob Harris məlumat yayıb. Qitənin aparıcı liqalarından yalnız İngiltərə premyer-liqasının adı açıqlanıb. FİFA-nı məhkəməyə verməyə hazırlaşan digər liqalarının adları hələ ki məlum deyil. Məsələ gələn il ABŞ-də 32 komandanın iştirakı ilə keçiriləcək Klublararası Dünya Çempionatının təşkilindən gedir. Avropa klubları formatı dəyişdirilən turnirin təxminən bir ayı əhatə etməsindən narazıdılar.
FİFA dərhal bu məsələyə cavab verib: