Türkiyə Futbol Federasiyasının yeni prezidenti İbrahim Hacıosmanoğlu hakimlər üçün böyük bir jest edib.
Belə ki, onun yeni qərarı ilə ədalət təmsilçilərinin qazancı ikiqat artırılıb. Hakimlərin aylıq maaşları 20 min lirədən 40 min lirəyə, yəni bizim pulla təxminən 1000 manatdan 2000 manata yüksəldilib. Onların idarə etdikləri hər oyun üçün aldıqları qonorar da ikiqat artırılıb. Sözügedən məbləğ 30 min lirədən, 60 min lirəyə yüksəldilib.
Türkiyə mətbuatının yazdığına görə qazanclarının artırılmasından çox məmnun olan hakimlər böyük səbirsizliklə yeni mövsümün startını gözləyirlər. Xatırladaq ki, avqustun 9-da start götürəcək Türkiyə çempionatının yeni mövsümündə 25 əsas, 50 köməkçi və 13 VAR hakimi fəaliyyət göstərəcək.
ƏLİ