Millimiz Ermənistanı məğlub etdi

25.07.2024 19:13 421
Yığma
Kosovonun paytaxtı Priştina şəhərində 18 yaşlı qızlar arasında keçirilən basketbol üzrə Avropa çempionatı C Divizionunda millimizin sonuncu qrup oyunu baş tutub.

“Football-plus.az” xəbər verir ki, B qrupunda qərarlaşmış millimizin rəqibi Ermənistan seçməsi olub. Oyuna sürətli başlayan qızlarımız rəqib Ermənistan yığmasını 68-42 hesablı darmadağına uğradıblar.

Qarşılaşmanın ən məhsuldar basketbolçusu millimizin üzvü Deniz Gökçöl (21 xal, 7 ribaund) seçilib.