• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Ötən həftənin sitatları

Dünya futbolu

24-07-2024, 23:0

Murat Yakın, İsveçrə yığmasının baş məşqçisi:

“Komanda qitə çempionatında oyun planında çox inkişaf etdi. Qrup mərhələsində keçirdiyimiz bütün oyunlarda dominantlıq etdik. 1/4 finalda İngiltərə ilə oyunu bərabər səviyyədə keçirdik. Daha da irəliləmək üçün bütün gücümüzü sərf etdik. Təəssüf ki, yarımfinala çıxa bilmədik. Özümüzü nəyə görəsə qınaya bilmərik. Milli komandadakı fəaliyyətimi davam etdirməyə hazıram”.

Can Pyero Qasperini, “Atalanta”nın baş məşqçisi:
“Çoxlarının mövqeyini mən də bölüşürəm. Avropa çempionatında İtaliyada komanda oyunu yox idi. Spalletti müəyyən prinsiplərin təməlini qoya bilmədi. Bunun səbəbini təbii ki, özü hamıdan yaxşı bilir. İtaliya məzmunsuz oyun sərgilədi və bu, məni daha çox məyus edən detal oldu. Halbuki “skuadra adzurra” həmişə müəyyən oyun konsepsiyası ilə seçilən, hədəfə doğru kollektiv şəkildə yönələn komanda olub. Bizim heç vaxt Pele, Maradona, Kroyff və ya Messimiz olmayıb. Amma əla futbolçular baxımından da kasad olmamışıq. İtaliya gənclərinin 80 faizi futbol oynayır. Onları inkişaf etdirib əsas komandaya cəlb edə bilmiriksə, deməli, sistem düzgün işləmir”.

Paolo Maldini, İtaliya yığmasının sabiq müdafiəçisi:
“Mən Ronaldonu da, Messini də yaxşı tanıyıram. Hər ikisi son illərdə ardıcıl olaraq “Qızıl top”u qazanıb, lakin fikrimcə, Lionel Kriştianodan üstündü. Ronaldo top oyunçu və güclü şəxsiyyətdi, amma mən Messiyə üstünlük verirəm”.

Erik ten Haq, “Mançester Yunayted”in baş məşqçisi:
“Klubda standartların kifayət qədər yüksək olmadığını bildirən sabiq baş məşqçi Ralf Ranqnik tam haqlı idi (hazırda Avstriya yığmasına başçılıq edən Ranqnik MY-ni 2021-ci ilin dekabrından 2022-ci ilin mayına qədər müvəqqəti baş məşqçi statusu ilə çalışdırıb – R.Y.). Bunun üzərində iki il çox çalışdıq. Halbuki onun dedikləri tam doğrudu. Kluba hərtərəfli və çox mürəkkəb işlərin görülməsi lazım idi. Biz istəyirik ki, “Yunayted” on il əvvəlki vəziyyətinə qayıtsın, yenidən premyer-liqanın və Çempionlar Liqasının qalibi ola bilsin. Fikrimcə, biz həqiqətən də indi bu vəziyyətdən çox uzağıq”.

Xuan Laporta, “Barselona”nın prezidenti:
“Maliyyə vəziyyətimiz Niko Uilyamsı transfer etməyə imkan verir. O, çox xoşuma gəlir. Artıq idman direktoru Dekuya keçidi reallaşdırmaq göstərişini vermişik. Hazırda baş məşqçimiz Flik ilə birlikdə digər transferlər üzərində çalışırıq. Tezliklə klubumuzun maliyyə durumu ilə bağlı rəsmi məlumat yayacağıq. Qısaca deyim ki, “Barselona” yenidən “maliyyə feyr-pleyi” qaydalarına uyğun klubdu”.

Lionel Messi, Argentina yığmasının hücumçusu:
“Amerika Kuboku sona çatdı və bizi qələbə münasibətilə təbrik edənlərə, komandamıza dəstək verənlərə təşəkkürümü bildirirəm. Xoşbəxtlikdən psixoloji vəziyyətim qaydasındadı. Zədəmi tezliklə sağaldacaq və yaşıl meydana qayıdıb həyatda ən xoşladığım işlə məşğul olacağam. Xoşbəxtəm, çünki Amerika Kubokunda hədəfimizə çatmışıq. Milli komandamız hələ də azarkeşləri sevindirməyə davam edir. İrəli, Argentina!”

Lionel Skaloni, Argentina yığmasının baş məşqçisi:
“Messi futbol tarixinin ən yaxşısıdı. O, dünya çempionatından sonra da milli komandada qalaraq qələbələr seriyasını davam etdirmək istədi. Leo heç vaxt meydanı vaxtından əvvəl tərk etmək istəmir. Çünki oyundaşlarını çətin vəziyyətdə qoymaq istəmir. Yaxşı bilir ki, onun zədələnərək oyundan çıxması komanda yoldaşları üçün çətin psixoloji vəziyyət yaradır. Bu səbəbdən Kolumbiya ilə final matçında topuğu zədəli halda belə meydanda qalıb mübarizəni davam etdirmək istəyirdi”.

Olivye Jiru, Fransa yığmasının hücumçusu:
“Səhifəni çevirməyin vaxtı yetişdi... Bundan sonra başqa sərgüzəştlərin arxasınca qaçacağam, “göylər”in ən sadiq azarkeşlərinin sırasına daxil olacağam. 13 il xidmət etdiyim Fransa yığması əbədi qəlbimdə olacaq. Bu komanda mənim ən böyük qürurum və ən xoş xatirəmdi”.

Raul Rianço, ispaniyalı məşqçi:
“Bu, layiqli qələbə idi. İspaniya qitə çempionatı boyunca ən yaxşı komanda oyunu sərgiləyən yığma oldu. Fikrimcə, komanda kombinasiyalı oyuna sadiq qaldı. Məşqçi korpusu qitə çempionatı üçün futbolun müasir və yenilənmiş modelini hazırlamışdı. İndi bu oyunçu nəslinin yaxın gələcəkdə də uğur qazanmasına ümid edirik”.

Karlo Ançelotti, “Real”ın baş məşqçisi:
“Karyeramı nə vaxt başa vuracağımı bilmirəm. “Real” məndən bezəndə nə edəcəyimi düşünməli olacağam. Milli komandanın baş məşqçisi olmaq fikrindən uzağam. Çünki klub səviyyəsində gündəlik işləməyə üstünlük verirəm. Avropa çempionatı? İspaniya bu turnirin qalibi olmağa layiq idi. Bu komandada çoxlu istedadlı oyunçu var. Onu da deyim ki, Avropa çempionatının oyunlarında yüksək intensivlik yox idi. Çünki ən güclü futbolçular turnirə yorğun gəlmişdilər”.

Cessika Kroos, “Real”ın yarmmüdafiəçisi Toni Kroosun həyat yoldaşı (ərinin karyerasını başa vurması ilə bağlı sosial şəbəkəyə yazdıqları):
“Biz 16 il ərzində futbolda, demək olar ki, hər şeyi yaşadıq. Çox yüksəlişlər və bəzən enişlər oldu. Birlikdə qeyd etdik, həm də dəfələrlə birlikdə ağladıq, problemlərin həlli üçün yollar tapmağa çalışdıq. Bu gün hamımız inanılmaz dərəcədə kədərlənirik, amma başımızı dik tutmalıyıq. Biz, sadəcə, səninlə fəxr edirik. Mən səninlə o qədər qürur duyuram ki, bu hissi təsvir etmək üçün hansısa bir söz yoxdu. Sən bizim qəhrəmanımızsan, məni bu səyahətə çıxardığın və həyat yoldaşın olmağıma razılıq verdiyin üçün sənə təşəkkür edirəm. Nəhayət ,bizimlə olduğun üçün çox şadıq, lakin meydanda da sənin üçün darıxacağıq. Təəssüf ki, tribunalarda övladlarının gözlərindəki qüruru görə bilmirsən, onların bu qürurunu təsəvvür edə bilərsən. Hər şey üçün təşəkkürlər, Antonio. Sən bizim qəhrəmanımızsan və biz səni Yerdən Aya qədər sevirik!”

Marko Roze, “Leyptsiq”in baş məşqçisi:
“Simonsun komandamıza qayıtması üçün əlimizdən gələni edirik (PSJ-yə məxsus olan niderlandlı futbolçu ötən mövsüm Almaniya klubunda icarə əsasında çıxış edib – R.Y.). Onun uğrunda mübarizə aparırıq. Hələ ki, “Leyptsiq”ə məxsus olmasa da, Xavinin tezliklə sıralarımıza qayıdacağına ümid edirik”.

Eddi Hau, “Nyukasl”ın baş məşqçisi:
“Nyukasl”da qalmaq istəyirəm, amma gərək klubla istəklərimiz üst-üstə düşsün. Hazırkı məqamda İngiltərə yığmasına mümkün təyinatım haqda danışmağı mənasız söhbət hesab edirəm. Öz komandamı çox xoşlayıram, yerli azarkeşləri də sevirəm”.

Luka Modriç, “Real”ın yarımmüdafiçisi:
“Onun, nəhayət ki, burda – “Real”da olmasına sevinirəm. O, dünyanın ən yaxşı futbolçularından biridi və bunu dəfələrlə sübut edib. Mbappe dünya çempionatının qalibi olan oyunçudu. Təəssüf ki, məhz mənə qarşı oyunda çempion olub (Fransa DÇ-2028-in finalında Xorvatiyaya 4:2 hesabı ilə qalib gəlib – R.Y.). Amma indi mənimlə bir klubda olmasına şadam. Kiliana yeni komandasına qısa zamanda uyğunlaşması üçün hansı sahədə desən, kömək edəcəyik ki, böyük istedadını ən yüksək səviyyədə nümayiş etdirsin. O, istənilən zirvəni fəth etməyə qadirdi”.

Manuel Ruy Koşta, “Benfika”nın prezidenti:
“Yalnız Di Mariyanı qorumamışıq, həm də Gedeşi geri qaytarmışıq. Sıralarımıza yüksək səviyyəli oyunçuları cəlb etməyə çalışırıq. Onların klubumuz və Portuqaliya futbolu ilə tanış olması “Benfika” üçün əlavə üstünlükdü. Felişin transferi üçün danışıq aparırıq. Amma indiki məqamda bu haqda əlavə məlumat verə bilməyəcəyəm. Bu məsələdə müzakirə olunası bir sıra detallar var”.

Karlo Ançelotti, “Real”ın baş məşqçisi:
“Ən güclü futbolçular Avropa çempionatına yorğun gəlmişdilər”

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

29-05-2024, 19:0

Qasperini seçimini etdi

Dünya futbolu

25-05-2024, 19:0

Həmkarlarını arxada qoydu

Dünya futbolu

13-06-2024, 11:0

Spalletti qayğılı, Ançelotti bədbindi

Dünya futbolu

15-10-2023, 15:0

“Skuadra adzurra”nın rekordçusu oldu

Dünya futbolu

6-04-2022, 15:0

Konte İtaliyada rekordçu oldu

Aktual
"Burda əsl ailə ab-havası hökm sürür" - Emil Balayev
DÇ-2026-ya yollanacaq futbolçu "Qarabağ"da!
“Yeni baş məşqçimiz yaxın günlərdə açıqlanacaq” - “Şəfa”dan cavab
Ramil Şeydayevin növbəti dayanacağı hara olacaq?
AFFA “Turan Tovuz”a məsləhət verdi – “CAS-a şikayət edin”
"Turan Tovuz" məhkəmədən qalib ayrılacaq" - "Ultras Turan"ın rəhbəri günahkarlara səsləndi
Son xəbərlər
  • Dünən, 23:58
    Minifutbol millimiz ikinci dəfə Avropa çempionu oldu!
  • Dünən, 23:30
    "Rəqibin harda boşluqlar verdiyini bilirik" - Siyasət Əsgərov
  • Dünən, 22:58
    Azarkeşlərin tənqidinə məruz qaldı
  • Dünən, 22:28
    "Burda əsl ailə ab-havası hökm sürür" - Emil Balayev
  • Dünən, 21:57
    Onun yolu Madridədi?
  • Dünən, 21:26
    "Hər iki görüşdə qələbə qazanmaq niyyətindəyik" - Ayxan Abbasov
  • Dünən, 20:55
    Milli komandada yeni təyinat
  • Dünən, 20:24
    Yeni kapitan oldu
  • Dünən, 19:53
    Romadan Milana üz tuta bilər
  • Dünən, 19:22
    “Ayın qolu” layihəsində qaliblər açıqlandı
  • Dünən, 18:47
    DÇ-2026-ya yollanacaq futbolçu "Qarabağ"da!
  • Dünən, 18:20
    Tellur daha iki il "Sabah"da
  • Dünən, 17:50
    "Karvan-Yevlax" Mateusla vidalaşdı
  • Dünən, 17:29
    Messi ilə birgə oynayacaq
  • Dünən, 16:58
    Mövsümün ən yaxşı futbolçusu seçildi
  • Dünən, 16:27
    "Qəbələ" Murad Musayevlə vidalaşdı
  • Dünən, 15:56
    “Şəfa” Avropa Futbol Klubları təşkilatına üzv oldu
  • Dünən, 15:26
    "Sabah" Amin Seydiyevlə yollarını ayırdı
  • Dünən, 14:55
    ''Beşiktaş'' italiyalı məşqçi ilə anlaşa bilər
  • Dünən, 14:24
    ''Trabzonspor'' Onananın daha bir il qalmasını istəyir
  • Dünən, 13:53
    Karrikin aqibəti müəyyənləşdi
  • Dünən, 13:22
    Sterlinq nəyə görə saxlanılıb?
  • Dünən, 12:51
    "Karvan-Yevlax"dan ayrıldı, İsrail klubuna keçdi
  • Dünən, 12:20
    Montella bu sistemin Türkiyə üçün ən optimal variant olduğunu düşünür - ''Bunun ən gözəl örnəyi PSJ-di''
  • Dünən, 11:59
    Belə bölgə futbolu kimə lazımdı?
  • Dünən, 11:41
    "Şamaxı" da növbəti ayrılıq - Enrike də getdi
  • Dünən, 11:20
    “Yeni baş məşqçimiz yaxın günlərdə açıqlanacaq” - “Şəfa”dan cavab
  • Dünən, 10:59
    Millimiz final oyununa çıxır - AÇ
  • Dünən, 10:28
    ''Qalatasaray''ın Türkiyə yığmasının üzvü üçün təklif etdiyi məbləğ bəlli oldu
  • Dünən, 09:57
    Addai "Qarabağ"la vidalaşdı
  • 3-06-2026, 23:0
    Keyn ilə Olise Münheni tərk edəcəklər?
  • 3-06-2026, 23:0
    A seriyasında istefa
  • 3-06-2026, 22:0
    "Qarabağ"ın U-14 komandası beynəlxalq turnirdə iştirak edəcək
  • 3-06-2026, 22:0
    "Şahdağ Qusar"ın idman direktoru müəyyənləşdi
  • 3-06-2026, 22:0
    Paytaxt klubunu tərk edəcək
Daha çox
Oxunub: 409
Qurban Qurbanov Addainin əl-qolunu bağlamasaydı...
Oxunub: 216
Nəsimi Paşayev: "Yazılanların hamısı dezinformasiyadı" - "Turan Tovuz" avrokuboklara buraxılacaq?
Oxunub: 211
“Sxadadzenin müqaviləsinə xitam verilməsi gözlənilmir” – Səbuhi Səfiyarlı
Oxunub: 202
“Baş məşqçi vətənindədi, nə vaxt qayıdacağını bilmirəm” – “Neftçi” nə edir?
Oxunub: 169
“Əlbəttə, bu qərar bizi məyus etdi” – Tovuzdan reaksiya
Oxunub: 164
"Araz-Naxçıvan"ın yeni baş məşqçisi Cavid Hüseynovdu? - özü danışdı!
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə