• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Müdafiə xətti üçün də axtarışlarımız davam edir” - Qurban Qurbanov

Ölkə futbolu

21-07-2024, 19:0

"Hazırlığımız pis alınmadı. Toplanışı iki hissəyə böldük, birincisi Bakıda, ikinci hissəsi Avstriyada baş tutdu. Futbolçulardan razı qaldım. Çox həvəsli idilər. Bəlkə bir oyun da əlavə keçirsəydik, daha yaxşı olardı".

“Football-plus.az” xəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov bu gün keçirdiyi brifinqdə deyib.

Təcrübəli mütəxəssis Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində qarşılaşacaqları "Linkoln" barədə danışarkən deyib ki, indiki komanda ötən il məğlub etdikləri rəqibdən fərqlənir:

"Ötən illə müqayisədə rəqibin heyətində dəyişikliklər var. Əsas heyətdə 5 yeni oyunçu çıxış edir. Oyun sistemlərini daha da yaxşılaşdırıblar. "Linkoln" bərk komandadı. Süni örtüklü meydanda oynayırlar. Bu isə bizim üçün o qədər də xoş olmayacaq. Keçən il də səfət matçında çətinliklə üzləmişdik. Kənardan sanki rəqibə rahat şəkildə qalib gələcəyimiz görünürdü. Tam əksi oldu. Çox çətinlik çəkdik. Matça ciddi yanaşmalıyıq. Rəqib bunu tələb edir".


Qurbanov qapı xətti barədə bunları söyləyib:
"Şahruddin komandaya bir az gec qoşuldu, hələ tam hazır deyil. Buntiç isə yaxşı adaptasiya keçdi. Hazırlığı da pis deyil. Ümumən qapıçılardan razıyam".


"Qarabağ"ın çalışdırıcısı tansfer çalışmalarının davam etdiyini vurğulayıb:
"Oyuna hazırlaşmaqla bərabər, transfer işlərimizi də davam etdiririk. Oyunçulara baxırıq, bəzilər ilə, eləcə də klubları ilə danışıqlar aparırıq. Bu, ilboyu gedən prosesdi".


O, əsasən hücum xəttini gücləndirmək istədiklərini söyləyib:
"Eləcə də müdafiə xətti üçün də axtarışlarımız davam edir".


Qurbanov "Linkoln"un üstünlüyünün rəsmi oyun keçirmək olduğunu qeyd edib:
"Bizdən fərqli olaraq onlar 2 rəsmi oyun keçiriblər. Bu, onlar üçün avantajdır. Amma biz də hazırıq".


"Mahir Emreli məsələsi "Qarabağ" üçün qapanıb, yoxsa hələ onun qayıtma ehtimalı var?" sualını Qurbanov belə cavablandırıb:
"Qapanıb demək düzgün olmazdı. Amma danışığımız da olmayıb. Mahirin "Qarabağ"a geri qayıtması ilə bağlı danışıq aparmamışıq".


Q.Qurbanov digər avrokubok təmsilçilərimizə də uğurlar arzulayıb:
"Avrokuboklarda hər bir qələbə, mərhələ adlamaq bizim üçün çox vacibdi. Xüsusilə də, bu vaxtlarda. Ölkə və klub reytinqi, təcrübə qazanmaq, azarkeşləri stadiona cəlb etmək baxımından. Hər bir komandamıza inanıram, güvənirəm. Onlara uğurlar arzulayıram. İnanıram ki, həm "Sumqayıt", həm "Sabah" öz uğurlu oyunları ilə yaxşı nəticələr əldə edəcəklər. "Zirə"nin "Şerif"lə oyununa toxunsaq, qalibiyyət onların tərəfində idi. Amma bir anda hər şey dəyişdi. Halbuki ikinci mərhələnin bir addımlığında idilər. Elə bu oyun digər klublarımıza da böyük inam verdi ki, hər bir rəqibə qarşı oynamaq olar".


O, "Neftçi"nin Roman Qriqorçuk, "Turan Tovuz"un isə Kurban Berdıyevlə anlaşmasına normal yanaşdığını bildirib:
"Xoş gəliblər. Hər birinə uğurlar arzulayıram. Dəyişikliklər oldu. Həm məşqçilər, həm klublar, həm də azarkeşlər üçün faydalı olar. İşimiz çox olacaq".


Mütəxəssis Kadi Borgesin "Qarabağ"a keçidinin alınmamasına da toxunub:
"Krasnodar"ın mövqeyini normal qarşıladım. Baxmayaraq ki, xeyli danışıqlar getdi. Məncə, hər bir detala toxunmağa ehtiyac yoxdu. Sadəcə belə hallar olur. Qarşıda bəlkə daha da fərqli hallar olacaq. Bəzən ortaya fərqli fikirlər çıxır. Dünya futbolunda da görürsən ki, hamı oyunçunun bir komandaya keçidini gözləyir, amma son anda keçid baş tutmur. Düzü, heç də üzülmədim. Hər bir şeydə xeyir var".

Paylaş:
Digər xəbərlər

Premyer-liqa / Manşet

13-08-2023, 21:0

"Bir neçə oyunçu var ki, danışıqlar gedir" - Qurban Qurbanov

Manşet / Çempionlar Liqası

11-07-2023, 18:0

“Qarabağ”ın sabiq futbolçusu “Linkoln”la oyundan nə gözləyir? – AÇIQLAMA

Çempionlar Liqası

18-07-2023, 10:0

"Linkoln" Bakıda

Manşet / Çempionlar Liqası

10-07-2023, 21:0

"Linkoln"u tam yaxından tanıya bilmədik"

Avrokuboklar / Çempionlar Liqası

17-07-2024, 00:0

Yenə "qırmızı şeytanlar"...

Ölkə futbolu / Çempionlar Liqası

6-07-2023, 10:0

"Linkoln"la oyunlar çox çətin olacaq" - Julio Romao

Aktual
“Difai” 2-ci liqadan çəkiləcək?
"...məvaciblərinin artırılmasını istəyirlər" - Azər Bağırov "Şamaxı"dakı "yarpaq tökümü"nün səbəbini açıqladı
Kurasaonun avtobusu, millinin fiaskosu... - nəyiniz çatmır, qardaşlar?
“Turnir cədvəlindəki yerimiz vəziyyəti izah edir” - göndərilən futbolçu belə dedi
Aqil Abbas Türkiyə ilə Braziliyaya azarkeşlik edəcək - Hikmət Sabiroğlu isə say artımına haqq qazandırdı
“Titanik” aysberqə doğru irəliləyir – Azər Bağırovun məqsədi nədi?
Son xəbərlər
  • Bu gün, 11:34
    "Şəfa" yayın ilk transferini etdi
  • Bu gün, 11:13
    “Difai” 2-ci liqadan çəkiləcək?
  • Bu gün, 10:52
    Şəhriyar Məmmədyarov qələbə qazandı - “UzChess Cup”
  • Bu gün, 10:31
    “Veqas” final seriyasına qələbə ilə başladı
  • Bu gün, 10:00
    "...məvaciblərinin artırılmasını istəyirlər" - Azər Bağırov "Şamaxı"dakı "yarpaq tökümü"nün səbəbini açıqladı
  • Bu gün, 08:31
    Xaçmazda regional turnir başa çatdı
  • Dünən, 23:42
    La Liqada gözlənilən istefa
  • Dünən, 23:04
    Azərbaycanın İstanbuldakı sabiq konsulu dəstəklədi, Əziz Yıldırım prezident seçildi!
  • Dünən, 22:56
    Milli komandanın kapitanı oldu
  • Dünən, 22:00
    İtaliya paytaxtını tərk etmədi
  • Dünən, 21:01
    Ayxan Abbasov mətbuat önünə çıxacaq
  • Dünən, 20:30
    Kurasaonun avtobusu, millinin fiaskosu... - nəyiniz çatmır, qardaşlar?
  • Dünən, 19:56
    Cüdoçumuz Tallindən medalla dönür
  • Dünən, 19:25
    ''Qalatasaray''ın sabiq ulduzu Okan Burukun köməkçisinə çevrilə bilər
  • Dünən, 18:54
    ''Performansımla bu pullara layiq olduğumu göstərdim'' - Uğurcan Çakır üçün mövsümün unudulmaz oyunları hansıdı? 
  • Dünən, 18:19
    Mourinyo TFF-ni məhkəməyə verdi! 
  • Dünən, 17:48
    Argentina - 6, Fransa – 5, İspaniya – 4...
  • Dünən, 17:17
    DÇ-yə ən çox oyunçu göndərən çempionatlar və klublar hansılardı?
  • Dünən, 16:47
    “Turnir cədvəlindəki yerimiz vəziyyəti izah edir” - göndərilən futbolçu belə dedi
  • Dünən, 16:16
    Hakan Safidən daha bir möhtəşəm transfer - Çalhanoğlu ''Fənər''ə keçməyə razılıq verdi!
  • Dünən, 15:45
    ''Beşiktaş''ın yeni mövsümə hazırlığa start verəcəyi tarix bəlli oldu
  • Dünən, 15:09
    "Zirə" Tiaqo Silva ilə vidalaşdı
  • Dünən, 14:55
    "Şamaxı" Həbiblə yenidən anlaşdı
  • Dünən, 14:24
    Türkiyə DÇ-yə 4 oyunluq qələbə seriyası ilə yollanır
  • Dünən, 13:53
    Aqil Abbas Türkiyə ilə Braziliyaya azarkeşlik edəcək - Hikmət Sabiroğlu isə say artımına haqq qazandırdı
  • Dünən, 13:20
    Almaniya klubunda baş məşqçi dəyişdi
  • Dünən, 12:51
    "İndi səhifəni çevirmək və yeni fəsilə başlamaq vaxtıdı" - Dani Bolt
  • Dünən, 12:20
    Millimiz Dünya Kubokunun yarımfinalında
  • Dünən, 11:59
    Almaniyadan İngiltərəyə yollandı
  • Dünən, 11:30
    Milandan Madridə yollanacaq
  • Dünən, 11:00
    “Titanik” aysberqə doğru irəliləyir – Azər Bağırovun məqsədi nədi?
  • Dünən, 10:32
    Almaniya klubu ilə danışıq aparır
  • Dünən, 10:00
    London klubunu tərk etdi
  • 6-06-2026, 23:0
    A seriyasında istefa
  • 6-06-2026, 23:0
    Futbol əfsanəsi vəfat etdi
Daha çox
Oxunub: 711
"Qarabağ"dan nəhəng transfer - daha heç kim "köhlən atlar"a bata bilməyəcək?
Oxunub: 247
"Turan Tovuz"un avrokuboklardan kənarlaşdırılmasıyla bağlı detallar - klubdan yeni açıqlama gəldi!
Oxunub: 246
“Zirə” də Konfrans Liqasından imtina edərsə...” - Yaşar Seyidov vacib məsələyə aydınlıq gətirdi
Oxunub: 226
Nəsimi Paşayev: "Yazılanların hamısı dezinformasiyadı" - "Turan Tovuz" avrokuboklara buraxılacaq?
Oxunub: 214
“Baş məşqçi vətənindədi, nə vaxt qayıdacağını bilmirəm” – “Neftçi” nə edir?
Oxunub: 153
“Rəşad Sadıqovun belə vəziyyətlər üçün təcrübəsi var” – “Turan Tovuz”u kim əvəz etsin?
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə