Braziliya yığmasının Amerika Kubokunu erkən tərk etməsi Dorival Juniorla bağlı müxtəlif ehtimallara yol açıb.
Komandanın 1/4 finalında Uruqvaya uduzması (0:0, p. - 2:4) baş məşqçinin istefaya göndərilə biləcəyi haqda xəbərlərlə müşayiət olunub.
Lakin Braziliya Futbol Konfederasiyasının (BFK) rəhbərliyi təcrübəli çalışdırıcı ilə bağlı fərqli qərar verib. Yerli KİV-in yaydığı xəbərdə milli komanda Amerika Kubokunda mübarizəni dayandırsa da, mütəxəssislə əməkdaşlığın davam etdiriləcəyi bildirilir. Bu barədə BFK-nın prezidenti Ednaldo Rodriges konkret açıqlama verib: