Artıq Avropada sınaq matçları yekunlaşıb.
“Football-plus.az” xəbər verir ki, amma dünyada milli komanda səviyyəli oyunların həyəcanı davam edir. Amerika Kubokuna (AK) hazırlaşan yığmalar iyunun 12-də gücünü növbəti yoldaşlıq görüşlərində sınadılar.
Diqqəti daha çox cəlb edən oyun Orlandoda baş tutdu. AK-nın təşkilatçısı ABŞ-nin milli komandası Braziliyanı qəbul etdi. Qreqq Berhalterin çalışdırdığı meydan sahibləri güclü rəqibi ilə oyunda yaxşı təsir bağışladı. İlk hissədə “Real”ın hücumçusu Rodriqo qonaqları önə keçirsə də, “Milan”ın yarımmüdafiəçisi Pulişiç 9 dəqiqə sonra cavab qolunu vurdu. Dorival Junior qələbə üçün ikinci hissədə 5 yeni oyunçunu mübarizəyə qoşsa da, Braziliya heç-heçə ilə barışmalı oldu.
ABŞ – Braziliya 1:1
Pulişiç, 26 – Rodriqo, 17.
ABŞ: Törner, Ream, Robinson, Skalli (Mur, 85), Riçards, Makkenni, Pulişiç, Reyna (Kardoso, 65), Vea (Aaronson, 75), Musa (Adams, 76), Pepi (Baloqun, 64).
Braziliya: Alisson, Danilo, Vendell, Markinyos, Beraldo, Bruno Gimaraynş (Endrik, 65), Lukas Paketa (Pereyra, 65), Joao Qomes (Duqlas Luis, 46), Rafinya (Savinyo, 65), Vinisius Junior, Rodriqo (Martinelli, 83).
Ekvador – Boliviya 3:1
Valensiya, 18. Yeboa, 25. Kaysedo, 70 – Miqkelito, 88.