“Mağara təfəkküründən uzaqlaşmalıyıq” – klub prezidenti deyilənlərlə razılaşmadı

11.07.2024 20:33 400
Ölkə futbolu / Manşet
Ötən mövsüm 1-ci liqada sonuncu pilləni tutan “Araz-Saatlı”nın aşağı liqaya yuvarlandığına görə fəaliyyətini dayandıracağı ilə bağlı xəbərlər tirajlanmaqdadı.

Bilindiyi kimi, “Araz Saatlı” gələn mövsüm 1-ci liqada çıxış etmək uğrunda qalmaq uğrunda pely-offda “Cəbrayıl”la uduzmaql yerini itirdi. Növbəti mövsüm üçün 2-ci liqada mübarizə aparacağı gözlənilsə də, klubun maliyyəsinin kəskin şəkildə azalmasına görə fəaliyyətini davam etdirməyəcəyi kimi fikirlər də var. Görəsən, bu mövzuda yayılan xəbərlər nə dərəcədə realldı? Yəni həqiqətən “Araz Saatlı” fəaliyyətini dayandıracaq? Klub prezidenti Ədalət Abdullayevin “Football-plus.az”a söylədikləri:
“Həmişə demişəm, biz artıq bu mağara təfəkküründən uzaqlaşmalı, sağlam futbol ənənələri formalaşdırmalıyıq. Belə yanaşmaları futbolumuzun qaranlıq keçmişində dəfn etməliyik. Təbii ki, davam edəcəyik. Çətin olacaq, bilirik. Amma ayaqda qalmaq əzmindəyik. Biz futbola müvəqqəti və təsadüfi gəlməmişik. Planlarımız böyükdür. Ziqzaqlarda səbrli və mübariz olmalıyıq”.

Bəs rəhbərliyin büdcənin kəskin şəkildə azalmasıyla bağlı hansı alternativləri var? Ədalət bəy bu sorğumuza belə şərh etdi:
“O istiqamətdə işləyirik. Danışıq apardığımız sahibkarlar, iş adamları var. Avqustun ilk günlərində büdcəmiz məlum olacaq”.


KAMAL SƏFƏR