• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Ancaq başqaları penaltini vura bilməyəndə ağlamırlar axı!” - Portuqaliyalı agent Ronaldonu tənqid etdi

Dünya futbolu / AÇ

10-07-2024, 19:0

Portuqaliyalı futbol agenti Paulo Barboza Rusiya mətbuatına verdiyi müsahibədə yığmasının Sloveniya ilə oyunu və Kriştiano Ronaldonun davranışı haqda danışıb.

- Portuqaliya – Sloveniya oyunundan çıxardığınız əsas nəticə?
- Bəxtimiz onda gətirdi ki, üç penalti qaytaran qapıçımız var. Hesab edirəm ki, Portuqaliya yığması bundan qat-qat güclü oynaya bilər. Burda isə hər şey penalti seriyasında həll olundu. Hadisələrin axarı istənilən tərəfə ola bilərdi. Burda bəxtdən danışmaq lazımdı.

- Portuqaliya yığması əsas vaxtda qələbə yolunda lazımi fədakarlığı etmədi?
- Hesab edirəm ki, yığmanız bu turnirin əvvəlki oyunlarında olduğu kimi, yenə də yetərincə zəif oynadı. Mən artıq dəfələrlə problemlə bağlı danışmışam. Söhbət Kriştiano Ronaldodan asılılıqdan gedir. Gördüyünüz kimi, bu məsələ heç cür həll olunmur. O, yenə start heyətində çıxdı, 120 dəqiqə oynadı... Bu mövzuda artıq zarafat edirik, Fransa ilə oyundan sonra nə danışacağıq? Hələ ki heç kim Portuqaliyanın yarımfinala vəsiqə qazanacağına əmin deyil. Biz nümayiş etditrməyə qadir olduğumuz formadan uzağıq. Düzdü, Fransada da indi işlər qaydasında deyil. Ancaq ilk növbədə özümüz haqda düşünək. Baş məşqçi heyətlə bağlı heç bir nəticə çıxarmır. Təəssüf ki, hər şey belədi. Hər dəfə eyni şeylər təkrarlanır.

- Sizi düşündürən əsas sual yenə də budu ki, niyə Ronaldo meydana start heyətində çıxır?
- Hər kəsə aydındı ki, onda artıq alınmır, daha bu səviyyədə qol vura bilmir. Ancaq baş məşqçi inadla ona inanır. Sloveniya ilə oyunda Kriştiano, ümumiyyətlə, hər şeyi öz üzərinə götürdü. Bütün cərimə zərbələrini yerinə yetirdi, özünü bütün toplara toxundurmağa çalışdı...

- Bu oyunla bağlı Martinesə ünvanlanası başqa suallar da varmı?
- Onun əvəzetmələrini anlamadım. Vitinya ilə Rafael Leaonu niyə meydandan aldı? Onlar meydanda ən yaxşılardan idi! Belə görünür ki, Martines, sadəcə, vacib oyunda meydana optimal heyət buraxmağa qadir deyil.

- Hesab edirsiz ki, Sloveniyaya qarşı ilk dəqiqələrdən hücumun mərkəzində Ronaldo yox, Ramuş oynamalıydı?
- Bəli, əlbəttə. Ancaq Martines Ramuşu heyətə qoya bilməz.

- Niyə?
- PSJ-nin forvardı öz oyununu göstərsə, onda hər kəs sual verəcək ki, bəs AÇ-yə Ronaldonu niyə aparmısan? Baş məşqçi bunu istəmir, ehtiyatlanır. Hətta Gürcüstanla heç nəyi həll etməyən oyunda da meydana Ramuş yox, Ronaldo çıxdı. Yaxşı, Martines Ronaldonu Sloveniya ilə oyunda da start heyətinə saldı. Ancaq onu əvəz etmək lazım idi. Adam əvvəlki kimi oynamağa qadir deyil. Doğrudanmı aydın deyil? Biz isə onun girovu olmuşuq... Kədərlidi. Nəticədə Portuqaliya bütün potensialını göstərmir. Hamı məyusdu.

- Ronaldonun boşa verdiyi penaltidən sonra göz yaşlarını görəndə nə hiss etdiz?
- Burda nə deyəsən... O, həmişə diqqət mərkəzində olmaq istəyir. Elə oyunlar olub ki, məğlubiyyətdən sonra nümayişkaranə şəkildə paltardəyişmə otağına qaçıb... Kapitan sarğısını atdığı hallar da olub. Göz yaşı hisslərin ifadəsidi. Ancaq indiki halda mənə elə gəlir ki, Ronaldo həm də bütün kameraların onu çəkməsini, başqalarının ona yazığı gəlməsini istəyirdi. Bilmirəm. Bu necəsə kişicəsinə hərəkət deyil. Yaxşı, penaltini vura bilmədin. Ancaq başqaları penaltini vura bilməyəndə ağlamırlar axı! Niyə yalnız Kriştiano emosiyalarına bu şəkildə meydan verir? Bir daha təkrarlayıram: sadəcə, Ronaldo istəyir ki, onun haqqında danışsınlar, yazsınlar.

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

28-05-2024, 17:0

“Baş məşqçi anlayır ki, Kriştianonu AÇ-yə aparmamaq təhlükədi”

Dünya futbolu

22-03-2024, 00:0

Ronaldo hansı oyunu buraxacaq?

AÇ

23-06-2024, 13:0

Montellanın anlaşılmaz qərarları, Ronaldonun Ardanı ''görməməsi''...

Dünya futbolu

14-06-2024, 12:0

Ronaldo: “Bu komandanın qalib gələcəyinə ümid edirəm”

Dünya futbolu

5-02-2023, 22:0

Messi yenə Ronaldonu qabaqladı

Aktual
“Sabah” – “Orhus” oyununa neçə bilet satılıb? – hələ sənin üçün də yer var!
“Güclü klub yıxılandan sonra yenidən ayağa qalxa bilir” – Mirzə Bayrampur
“Avqustun istisi danimarkalı futbolçular üçün çətinlik yaradacaq” - ekspert fikri
“Stadionun möhtəşəmliyini sözlə ifadə etmək mümkünsüzdü” - “Xəmsə” tərif yağdırdı
“Demək olar ki, bütün gün stadiondayıq” – sonra da Faiq Cabbarova yardım edəcəklər
“Qarşıya qoyulan əsas məqsəd üç il ərzində elitaya yüksəlməkdi” - yeni baş məşqçi danışdı
Son xəbərlər
  • Bu gün, 18:54
    Türkiyəli qapıçı ''Yunayted''dən ayrılaraq İspaniyaya yollandı
  • Bu gün, 18:26
    Rüstəm Samiqullin "Karvan-Yevlax"da
  • Bu gün, 17:50
    Məğlub Nəriman!
  • Bu gün, 17:34
    "Xarakterimizdə təslim olmaq yoxdu” - Musa Qurbanlı
  • Bu gün, 17:20
    “Sabah” – “Orhus” oyununa neçə bilet satılıb? – hələ sənin üçün də yer var!
  • Bu gün, 16:57
    “Zirə” Namik Ələskərovla yolları ayırdı
  • Bu gün, 16:26
    “Güclü klub yıxılandan sonra yenidən ayağa qalxa bilir” – Mirzə Bayrampur
  • Bu gün, 15:55
    “Avqustun istisi danimarkalı futbolçular üçün çətinlik yaradacaq” - ekspert fikri
  • Bu gün, 15:44
    Elvinin durumu necədi? - "Qarabağ"dan açıqlama
  • Bu gün, 14:53
    İspaniya superkuboku Türkiyədə keçiriləcək?
  • Bu gün, 14:22
    "Şəfa" "Neftçi" və "Qarabağ"a qalib gəldi
  • Bu gün, 13:51
    “Stadionun möhtəşəmliyini sözlə ifadə etmək mümkünsüzdü” - “Xəmsə” tərif yağdırdı
  • Bu gün, 13:20
    UEFA reytinqində mövqeyimizi qoruduq
  • Bu gün, 12:59
    ''Beşiktaş'' yubiley qələbəsini azlıqda qazandı
  • Bu gün, 12:28
    "İnanıram ki, “Kəpəz” bu stadionu tam dolduracaq" - Azər Məmmədov
  • Bu gün, 12:06
    ''Qalatasaray''ın maraq göstərdiyi rusiyalı ulduzun meneceri nələr dedi?
  • Bu gün, 11:35
    O "Qarabağ" artıq yoxdu!
  • Bu gün, 11:00
    "Sabah" - "Orhus" oyununun hakimləri dəyişdirildi
  • Bu gün, 10:36
    Murad Avropa Liqasında oynadı, komandası uduzdu
  • Bu gün, 10:00
    "Qarabağ"a daha çox qol vura bilərdik" - "Dinamo"nun baş məşqçisi
  • Dünən, 23:55
    "Qarşımızda yaxşı müdafiə olunan bir komanda var idi" - Qurban Qurbanov
  • Dünən, 23:19
    Mahir KL-də oynadı, komandası heç-heçə etdi
  • Dünən, 22:57
    "Qarabağ" "Dinamo"ya uduzdu - YENİLƏNİB
  • Dünən, 22:28
    “Demək olar ki, bütün gün stadiondayıq” – sonra da Faiq Cabbarova yardım edəcəklər
  • Dünən, 22:08
    "Kəpəz" yeni stadionunda "Karvan-Yevlax"ı məğlub etdi
  • Dünən, 21:30
    "Şəfa" rəhbərliyi komanda ilə görüşdü
  • Dünən, 20:55
    Mahir Konfrans Liqası oyununun start heyətində
  • Dünən, 20:43
    Slavik Alxasov "Səbail"də
  • Dünən, 19:55
    "Dinamo" - "Qarabağ": START HEYƏTLƏRİ
  • Dünən, 18:45
    İspaniya klubunu tərk etdi
  • Dünən, 18:10
    Asim Xudiyevə UEFA-dan təyinat
  • Dünən, 17:30
    Ötən ay karyerasını bitirən tanınmış ingiltərəli hakim Türkiyədə işləyəcək!
  • Dünən, 16:58
    AFFA “Şamaxı” və “Qəbələ” üçün maarifləndirici təlimlər keçdi
  • Dünən, 16:07
    Klubu ilə yenidən anlaşdı
  • Dünən, 15:35
    Qapıçı ilə müqavilə yeniləndi
Daha çox
Oxunub: 180
Koxalski, sən nə etdin? – getmək istəyirsən, bəhanəsiz get!
Oxunub: 128
“Qurban Qurbanov meydana çıxmaq üçün hazırlaşmasını istəmişdi, lakin...” – Bəhlulun qayıdışına nə mane olub?
Oxunub: 117
“Elə bayaq da Musa Qurbanlı ilə bir yerdəydik” – FİF-in direktoru
Oxunub: 95
"Neftçi" seçim qarşısındadı: ağ, yoxsa qara?
Oxunub: 79
Nonsens: “Kəpəz”in veteranı xəstədi, veteranlar AFFA-ya üz tutur!
Oxunub: 78
“Parris Maludanın yerini tam doldura bilər” “Sabah” itirdi, yoxsa qazandı?
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə