Şahruddin yaxın günlərdə “Qarabağ”a qayıdır? – “hər şey ola bilər”

9.07.2024 22:44 2 786
Ölkə futbolu / Manşet
Bilindiyi kimi, “Qarabağ” Luka Quqaşaşvili ilə yollarını ayırdı.

O da məlumdu ki, klub bir müddət öncə əsas qolkiper Andrey Lunyov ilə sağollaşıb, Fabiyan Buntiçlə anlaşmışdılar. Gürcü qapıçının gedişindən sonra isə bir boş yer var. Ehtimallardan biri də yaxınlarda “Adana Dəmirspor”dan ayrılan Şahruddin Məhəmmədəliyevlə bağlıdı. Reallıq budu ki, klubun qapıçıya, Şahın isə yeni komandaya ehtiyacı var. Üstəlik transferin baş tutması üçün deyiləcək ciddi səbəb də gözə görünmür. Bəs Şahruddin geri dönə bilərmi?

Mümkün transferlə bağlı fikirlərini öğyrənmək Tural Əsgərova müraciət etdik:

“Hər şey mümkündü. Sadəcə, bunun klub və futbolçu üçün nə dərəcədə maraqlı olması məsələsi var. Təəssüf ki, indiki şəraitdə bu barədə fikir yürüdə bilməyəcəm”.

Qeyd edək ki, Şahruddin 2016-ci ildən “köhlən atlar”da forma geyib. Ötən ilin yayında getdiyi “Adana Dəmirspor”dan isə bu yaxınlarda ayrılıb.

RÖYANƏ OĞUZ