Görəsən, Türkiyədəki toplanışa komandanın bütün heyəti qatılıb?
“Ağ-qaralar”ın mətbuat xidmətinin əməkdaşı Xəyalə Şahlarlı sorğumuzu belə cavabladı:
“İndiyə qədər komandanı tərk edən futbolçuların hansı qeyd olunubsa və kimlər gəlibsə, bunun xaricində heç bir dəyişiklik yoxdu. Hazırda bütün heyət Türkiyədədi və toplanış davam edir. Heyətdə hansısa dəyişiklik baş verərsə, bu barədə açıqlama verəcəyik”.
KAMAL SƏFƏR





