“Neftçi” ilə çempionluqlar yaşayacağıma ümid edirəm” - Səfərov Avropaya getmək istəyir

9.07.2024 13:56 381
Aktual / Ölkə futbolu
Bilindiyi kimi, “Neftçi”nin yeni mövsüm üçün ilk iki transferindən biri Emil Səfərov oldu.

“Qəbələ” akademiyasının yetirməsi olan gənc futbolçu ilə üçillik müqavilə imzalandı. 21 yaşlı futbolçu 2021-ci ildə premyer-liqada debüt etməklə bərabər millinin də üzvüdü. Bəs “Neftçi”dən gələn təklif gənc futbolçunun diqqətini necə cəlb etdi? Emil əvvəlcə sabiq komandasından ayrılmasından söz açdı:

“Qəbələ” mənim üçün doğmadı, bundan sora da belə qalacaq. Hər şeyi o klubda öyrənmişəm. Orda mənim üçün əziz insanlar var. İstəməzdim ki, “qırmızı-qaralar”dan belə ayrılım. Komandanın 1-ci liqaya düşməsini istəməzdim. Çünki böyük tarixi var, iki dəfə Avropa Liqasında qrupa düşüb. İnanıram ki, “Qəbələ” yenidən premyer-liqaya qayıdacaq, əvvəlki gücünü bərpa edəcək. “Qəbələ” Azərbaycan futbolu üçün böyük işlər görüb”.

Emil “Neftçi”yə keçidindən və gələcək hədəflərindən də danışdı:

“Açığı, təkliflərim çox idi. Hələ ki karyeramı Azərbaycanda davam etdirmək istəyirəm. Məni transfer etmək istəyənlərdən biri Bakı klubu oldu. “Neftçi” böyük klubdu, zəngin tarixi var. Bu komandanın formasını geyməkdən qürur duyuram. “Neftçi” ilə çempionluqlar yaşayacağıma ümid edirəm. Hədəfim “ağ-qaralar”la çempion olmaq, bu komandanın azarkeşlərini sevindirməkdi. Həmçinin Avropada ölkəmizi təmsil etmək istəyirəm. Bütün futbolçular kimi, mən də Avropada yaxşı klublarda oynamaq istəyirəm”.

RÖYANƏ OĞUZ

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul