“Bundan sonra rəhbərliklə, komanda ilə gələcək planları müzakirə edəcəyik“

19.05.2024 20:40 193
Premyer-liqa / Manşet
Misli premyer-liqasının 35-ci turunda “Araz-Naxçıvan” “Qəbələ”yə 0:2 hesabıyla məğlub olub.

“Football-plus.az” xəbər verir ki, matçdan sonra muxtar respublika təmsilçisinin baş məşqçisi Elmar Baxşıyevin mətbuat konfransı keçirilib. Sizi onun fikirləri ilə tanış edirik:

“Ən zəif oyunlarımızdan biri idi. Komandada qalsam, bəzi futbolçularla davam edəcəyik, bəziləri ilə yollarımızı ayıracağıq. "Qəbələ"ni təbrik edirəm. Burda olmaq xoş idi. İnanıram ki, onlar yenidən premyer-liqaya qayıdacaq. Bir oyunumuz qalıb. Bundan sonra rəhbərliklə, komanda ilə gələcək planları müzakirə edəcəyik.”


- Bura rəqib kimi gəlmək hansı hissləri yaratdı sizdə

- Özümü Qəbələdə rəqib, qonaq kimi hiss etmədim. Mən məşqçi kimi burada formalaşmışam. "Qəbələ" Azərbaycan futbolu üçün dəyərlidi. Klubun yaxşı prezidenti var, futbolu sevir. İnanıram ki, "Qəbələ" yenə əvvəlki ad-sanını bərpa edəcək.