Beynəlxalq dərəcəli hakim Zaur Hacıyev Avropa Voleybol Konfederasiyası tərəfindən təyinat alıb.
"Football-plus.az" xəbər verir ki, həmyerlimiz 18 yaşadək (U-18) oğlanların Avropa çempionatının final mərhələsinin matçlarını idarə edəcək.
Qeyd edək ki, yarış iyulun 10-21-i aralığında Bolqarıstanın Sofiya və Plovdiv şəhərlərində keçiriləcək.