“Araz-Naxçıvan”dan ayrılandan sonra işsiz qalan məşqçi Azər Bağırovdan soraq yoxdu.
Görəsən, ona təkliflər varmı? Varsa, danışıqlar hansı səviyyədədi?
Azər bəy “Football-plus.az”ın ünvanladığı suallara qısa cavab verdi:
“Tam sakitlikdi. Heç bir təklif almamışam. İstirahət edirəm. Onu deyim ki, təkliflərə açığam”.
Mütəxəssis indiyə qədər ona dəvət göndərilməməsinin səbəbini belə izah etdi:
“Onu bilirəm ki, həmişə dürüst olmuşam. İşimdə səhv etməmişəm. Doğruluğun, düzgünlüyün və verdiyim sözün arxasındayam. İddialıyam”.
KƏNAN BAHADIR