Beləliklə, qardaş ölkənin yığması 1/4 finala vəsiqə qazandı.
“Football-plus.az” xəbər verir ki, hadisə həm Türkiyədə, həm də Azərbaycanda futbol bayramının yaşanmasına səbəb olub. Qonşu ölkənin qəzetlərinin manşetindən təntənə yağır.
Akşam:
“Bir başqadı mənim məmləkətim”, “1/8 finalda bir intiqam daha!”
Fanatik:
“Əllərinə sağlıq, Mərt Günok”, “Qızıl Baş!” (Merih Dəmirəl nəzərdə tutulur – red.), “Gözlə bizi, Niderland”, “Dünya tərəfdar gördü”, “Dönəmin futboluyla dastan!”, “Milli arzuyla 1/4 finala”
Fotomaç:
“Türk dastanı! Tarix belə yazılar... Milli qəhrəmanlarımız Avstriyanı yıxdı”, “Gözlə, Berlin, biz gəlirik!”
Hürriyət:
“Türkiyə superliqasının bundesliqaya qarşı zəfəri”, “Parılda, ey ay-ulduzum”
KƏNAN BAHADIR






