• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Çempionların 1/8 final sindromu davam edir - REPORTAJ

Dünya futbolu / Reportaj

3-07-2024, 12:0

1/8 final
N 38. İsveçrə - İtaliya 2:0 (1:0)

1. Yann Zommer
13. Rikardo Rodriges
5. Manuel Akanci
22. Fabian Şer
20. Mişel Ebişer
(11. Renato Şteffen, 90+2)
10. Qranit Caka (k)
8. Remo Fröyler
19. Den Ndoy
(16. Vensan Syerro, 77)
17. Ruben Varqas
(14. Stiven Suber, 71)
7. Brel Embolo
(18. Kvadvo Dua, 77)
26. Fabian Rider
(2. Leonidas Sterqiu, 72)

Ehtiyat oyunçular
12. İvon Mvoqo
21. Qreqor Kobel
4. Niko Elvedi
6. Denis Zakariya
9. Noa Okafor
15. Sedrik Seziger
23. Cerdan Şakiri
24. Ardon Yaşari
25. Zeki Amduni
Baş məşqçi: Murat Yakın

1. Canluici Donnarumma (k)
13. Matteo Darmian
(24. Andrea Kambyaso, 75)
23. Alessandro Bastoni
17. Canluka Mançini
2. Covanni Di Lorentso
18. Nikolo Barella
(19. Mateo Retegi, 64)
21. Nikolo Facoli
(7. Davide Frattezi, 86)
16. Brayan Kristante
(10. Lorentso Pelleqrini, 75)
22. Stefan Əl-Şaaravi
(20. Mattia Zakkanyi, 46)
9. Canluka Skamakka
14. Federiko Kyeza

Ehtiyat oyunçular
12. Qulyelmo Vikario
26. Aleks Meret
3. Federiko Dimarko
4. Alessandro Buoncorno
6. Federiko Qatti
8. Jorjinyo
11. Cakomo Raspadori
15. Raul Bellanova
25. Maykl Folorunşo
Baş məşqçi: Luçano Spalletti

Qollar: R.Fröyler, 37 (1:0). R.Varqas, 46 (2:0).
Vərəqələr: N.Barella, 35. S.Əl-Şaaravi, 45. C.Mançini, 57 - sarı.
Hakimlər: ŞİMON MARÇİNYAK, Tomaş Listkeviç, Adam Kupsik (hamısı Polşa).
VAR hakimləri: Tomaş Kvyatkovski, Bartoş Frankovski (hər ikisi Polşa), Bastian Dankert (Almaniya).
29 iyun. Berlin. “Olimpiaştadion” stadionu. 68172 tamaşaçı (71000 yerlik).
Birinci hissəyə 3, ikinci hissəyə 2 dəqiqə əlavə olunub.
Oyunun ən yaxşısı: Ruben Varqas.


oyunun statistikası
16 (4) qapıya (“çərçivə”yə) zərbə 10 (1)
9 qayda pozuntusu 15
4 künc zərbəsi 6
0 ofsayd 1
0 (0) sarı (qırmızı) vərəqə 3 (0)
48 topa sahibolma (faizlə) 52
520 (475) ötürmə (dəqiq) 526 (469)
110,7 məsafə (km) 108,3

Faktlar
* İsveçrə yığması son 31 ildə ilk dəfə İtaliyaya qalib gəldi. Mərkəzi avropalılar bu rəqibini 1993-cü ilin mayında məğlub edəndən sonra keçirilən 11 oyundan beşi apenninlilərin qələbəsi, altısı isə heç-heçə ilə nəticələnmişdi.
* İsveçrə yığması qitə çempionatının pley-offunda əsas vaxtda ilk dəfə qalib gəldi. “Qırmızı-ağlar” AÇ-2020-in 1/8 finalında Fransadan (3:3, penalti seriyasında 5:4 hesablı qələbə) üstün olmuş, 1/4 finalda İspaniya (1:1, penalti seriyasında 1:3 hesablı məğlubiyyət), AÇ-2016-nın 1/8 finalında isə Polşa (1:1, penalti seriyasında 4:5 hesablı məğlubiyyət) səddini keçə bilməmişdilər.
* İsveçrə yığması qitə çempionatında ardıcıl ikinci dəfə 1/4 finala çıxdı.
* İtaliya yığması qitə çempionatında 2004-cü ildən sonra ilk dəfə 1/4 finala çıxa bilmədi. “Skuadra adzurra” 20 il əvvəl mübarizəni qrup mərhələsində dayandırmışdı.
* İtaliya yığması qitə çempionatında ilk dəfə bir dəfədən artıq məğlub oldu. Spallettinin komandası cari turnirin qrupunda İspaniyaya minimal hesabla uduzmuşdu.
* Qitə çempionatında son çempion ardıcıl üçüncü dəfə mübarizəni 1/8 finalda dayandırdı. AÇ-2016-nın bu mərhələsində İspaniya İtaliyaya (0:2), AÇ-2020-də isə Portuqaliya Belçikaya (0:1) məğlub olmuşdu.
* İsveçrə yığmasının oyunçuları Fröylerin hesabı açması ilə nəticələnən kombinasiyada 31 ötürmə etdilər. Bu statistikanın hesablandığı 1980-ci ildən sonra qitə çempionatında rekord göstərici qeydə alındı. Əvvəlki rekordu AÇ-2016-nın İrlandiya ilə matçında Aksel Vitselin vurduğu qoldan əvvəl 28 ötürmə edən Belçika yığması müəyyən etmişdi.
* Varqas İsveçrə yığmasının böyük turnirlərin pley-off oyununda həm qol vuran, həm də məhsuldar ötürmə edən ilk oyunçusu oldu.

Yakın İtaliya ilə oyundan əvvəl komandasından ağızdolusu razılıq etmişdi. O, Avropanın son çempionuna qalib gəlməyə qadir olduqlarını vurğulamışdı. Görünür, 49 yaşlı mütəxəssis İtaliya yığmasının mövcud problemlərindən yararlanmağın yollarını tapmışdı.

Berlində keçirilən matç Yakının komandasına əbəs yerə güvənmədiyini əyani şəkildə göstərdi. İsveçrə yığması xüsusilə ilk hissədə adlı-sanlı və titullu rəqibini azı bir baş üstələdi. Bircə bu faktı qeyd edək ki, “qırmızı-ağlar” matçın ilk yarısında qapıya zərbələr üzrə apenninliləri 10:1 hesabıyla arxada qoydular. Cəsarətli futbolla yadda qalan isveçrəlilər Fröylerin 37-ci dəqiqədə vurduğu qolla oyun planındakı üstünlüyünü hesabda əks etdirdilər. Donnarummanın Embolo ilə Riderin çox təhlükəli zərbələrini dəf etdiyini də vurğulamalıyıq.

İkinci hissənin başlaması ilə Varqasın cərimə meydançası xətti yaxınlığından topu qapının uzaq yuxarı küncünə yönəltməsi bir oldu. Hesabda iki top fərqi ilə geri düşən italyanlar bir müddət vəziyyətdən çıxış yolu tapmaqda çətinlik çəkdilər. Spalletti əvəzləmələrin hesabına oyunda dönüş yaratmağa çalışdı. Onun komandası topa sahibolma planında üstünlüyü ələ alsa da, italyanların oyununda sürət və intensivlik çatmırdı. Belə oyun isə rəqibin işinə yaramaya bilməzdi. Apenninlilərin daha da artan təzyiqi heç bir nəticə vermədi. İkinci hissədə çox yaxşı müdafiə olunan İsveçrə son çempionu evə yolladı.

Reaksiyalar
Murat Yakın, İsveçrə yığmasının baş məşqçisi:

“Rəqib 4 müdafiəçi ilə oynayacağı halda belə taktikaya uyğunlaşacağımızı bilirdik. Futbolçularımız topla oynamağı xoşlayırlar və onlar bu xüsusiyyətini ən yaxşı şəkildə nümayiş etdirdilər. Boş zonalardan yararlanmağı bacardıq, italyanlar topun arxacınca çox qaçmalı oldular. Oyunçulardan məşqçilərə qədər komandamızın hər bir elementi bir-birinə ideal şəkildə uyğun gəlir. Vahid kollektiv kimi çıxş edirik, kapitanımız Caka isə komandanı arxasınca aparır. Çox vacib oyunda qalib gəldik. Əsas olan budu. Sabah nə olacağı artıq başqa mövzudu. Bəli, qələbə qazandıq, amma önəmli olan necə oynadığımızdı. Meydanın hər qarışında üstün olduq və lazımi anda qollar vurduq. Mən yalnız irəliyə baxmıram. Əldə etdiyimiz nəticədən həzz almaq üçün vaxt tapmaq da vacibdi”.

Luçano Spalletti, İtaliya yığmasının baş məşqçisi:

“Başverənlərə görə mən məsuliyyət daşıyıram. Komandanı mən seçmişəm. Bu, oyunçularla tanış olmağım üçün davam edən prosesin bir hissəsidi. Bugünkü oyunumuzdan razı deyiləm. İspaniya ilə matçdan da narazı qalmışdım. Bu turnirdəki digər iki oyun məni qismən razı salmışdı. Bəzi futbolçularımıza istirahət verdim və heyəti bir qədər dəyişdim. Halbuki əvvəlki oyunda tempi yüksək saxlamaq üçün kifayət qədər dəyişiklik etmədiyimə görə özümü qınamışdım. Digər yığmaların baş məşqçiləri Avropa çempionatına qədər öz komandaları ilə ən azı 20 matç keçiriblər. Mənim isə cəmi 10 oyunluq təcrübəm olub. Biz daim “qazanmalısan, qalib gəlməlisən” təzyiqi altında idik. Ola bilsin ki, komandamı daha yaxından tanımalıyam. Güvəndiyim bir neçə futbolçumuz zədəli olduğu üçün bu turnirdə iştirak edə bilmədilər”.

Paylaş:
Digər xəbərlər

AÇ

23-06-2024, 12:0

İspaniya minimum hədəfin öhdəsindən gəldi - REPORTAJ

AÇ

23-06-2024, 19:0

Şotlandiya ümidini davam etdirdi - REPORTAJ

Dünya futbolu

23-06-2024, 17:0

Dortmundda bir neçə rekord

AÇ / Reportaj

30-06-2024, 15:0

Modriç tarixə düşdü, amma… - REPORTAJ

AÇ

30-05-2024, 19:0

AÇ-2024-ə hansı heyətlə yollanacaqlar?

Dünya futbolu

18-10-2023, 20:0

Mərc edənlərin siyahısı açıqlandı

Aktual
“...azarkeşlərin reaksiyası çox sərt ola bilər” – Gəncə Arif Əsədovu necə qarşıladı?
“Xəzər Lənkəran”ın bərpasıyla bağlı yeni xəbər – Zaur Ramazanov nəyi açıqladı?
Aslan Kərimov: “Zirə” indiki heyətlə Konfrans Liqasında 1-2 mərhələ adlaya bilər” - bəs, niyə başlamır?
Millidə həyəcan təbili... – narahatıq, Ayxan bəy!
“Mingəçevir” Ramiz Məmmədovla bağlı qərar verdi – uğursuz mütəxəssislə yollar ayrılacaq?
“İmişli” jurnalistlər üçün müsabiqə elan etdi, ara qarışdı
Son xəbərlər
  • Bu gün, 12:19
    İnfantino İtaliya ilə məzələndi
  • Bu gün, 11:50
    Dünya çempionatında iştirak etməyəcək
  • Bu gün, 11:12
    Yeni mövsümə çempionşipdə başlayacaq
  • Bu gün, 10:40
    "Sabah" Portuqaliya klubundan müdafiəçi aldı
  • Bu gün, 10:27
    “...azarkeşlərin reaksiyası çox sərt ola bilər” – Gəncə Arif Əsədovu necə qarşıladı?
  • Bu gün, 10:00
    Klubunda hamını arxada qoydu
  • Bu gün, 09:41
    Amerika bizi qorxutdu – 4:1 nə idi... - DÇ səhəri
  • Bu gün, 01:06
    Kanada ilə Bosniya və Hersoqovina “sülh”ə razılaşdı - DÇ gecəsi
  • Dünən, 23:59
    Yenə B seriyasında işləyəcək
  • Dünən, 23:30
    Berqamonu tərk etdi
  • Dünən, 23:09
    “Kayzerslautern”də qalır, ya gedir? - Mahirin anasından açıqlama
  • Dünən, 22:53
    Reşfordun yolu haradı?
  • Dünən, 22:20
    Mourinyonun təyinatı rəsmiləşdi
  • Dünən, 22:05
    “Xəzər Lənkəran”ın bərpasıyla bağlı yeni xəbər – Zaur Ramazanov nəyi açıqladı?
  • Dünən, 21:23
    Argentina yığmasında zəruri dəyişiklik
  • Dünən, 20:44
    Açılış günü həyatını itirdi...
  • Dünən, 20:21
    Konqolular üzərindən qadağa götürüldü
  • Dünən, 19:43
    Bu gün meydana çıxa bilməyəcək
  • Dünən, 19:23
    Çempion oldu, müqaviləsi yeniləndi
  • Dünən, 19:05
    AFFA-da klub nümayəndələri ilə görüş keçirildi
  • Dünən, 18:40
    Boksçularımız Dünya kubokunda mübarizə aparacaq
  • Dünən, 18:03
    Əziz Yıldırımın Kocamanla bağlı şübhələri var...
  • Dünən, 17:56
    Aslan Kərimov: “Zirə” indiki heyətlə Konfrans Liqasında 1-2 mərhələ adlaya bilər” - bəs, niyə başlamır?
  • Dünən, 17:30
    Marner: 6 dəqiqə 10 saniyəyə het-trik!
  • Dünən, 17:19
    Ən ucuz biletin qiyməti 9 min dollardı!
  • Dünən, 16:15
    Millidə həyəcan təbili... – narahatıq, Ayxan bəy!
  • Dünən, 15:44
    “Mingəçevir” Ramiz Məmmədovla bağlı qərar verdi – uğursuz mütəxəssislə yollar ayrılacaq?
  • Dünən, 15:13
    "Karvan-Yevlax" növbəti ayrılıq
  • Dünən, 14:42
    “İmişli” jurnalistlər üçün müsabiqə elan etdi, ara qarışdı
  • Dünən, 14:25
    Avstraliya Türkiyə ilə oyundan öncə məşqçisini həvəsləndirdi
  • Dünən, 14:11
    “Fikrimcə, işi pley-offa saxlamaq olmazdı” - komandadan göndərilən kapitan
  • Dünən, 13:56
    “Kaşkilya hələ ki bizim baş məşqçimizdi” – “İmişli” nə edir?
  • Dünən, 13:45
    "Sumqayıt"ın futbolçusu əməliyyat olundu
  • Dünən, 13:19
    Transfer dosyesi - kimlər gedib, kimlər gəlib?
  • Dünən, 13:18
    Murad Musayev "Şəfa"da
Daha çox
Oxunub: 499
AFFA-dan “Turan Tovuz”un avrokubok problemiylə bağlı açıqlama – son dəqiqə
Oxunub: 210
Elvin Cəfərquliyev yenidən parlaya bilər! - meneceri yeni klubu haqda nə dedi?
Oxunub: 208
Zaur Ramazanov yalnız ayın 10-dan sonra danışacaq! – “Xəzər Lənkəran” üçün smeta qurur?
Oxunub: 200
“Ehtiram bəy bildirdi ki, ispaniyalı vəkil tapıb, problemin həlli yolunda çalışır” - "Turan Tovuz"un ilk prezidenti
Oxunub: 184
“Xəzər Lənkəran”ın bərpasıyla bağlı yeni xəbər – Zaur Ramazanov nəyi açıqladı?
Oxunub: 175
"Qara xəbər" Tovuzda işləri dayandırıb? – klubdan açıqlama
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə