“Araz-Naxçıvan” “Diadora” ilə müqaviləyə nə üçün xitam verdi? – klubdan izahat

27.06.2024 15:39 622
Ölkə futbolu / Manşet
Yeni geyim firmasıyla anlaşan “Araz-Naxçıvan” növbəti mövsümə hazırlığı davam etdirir.

Bilindiyi kimi, Muxtar Respublika təmsilçisi İtaliyanın “Diadora” şirkətiylə əməkdaşlığı dayandıraraq, Danimarka “Hummel”iylə razılığa gəlib. Yetərincə tanınmış “Diadora” ilə yox, “Hummel”lə davam etmək maraq doğurdu. Görəsən, maliyyə, yoxsa keyfiyyət baxımından Danimarka şirkəti daha cəlbedici oldu? “Football-plus.az” olaraq, mövzu barədə ətraflı məlumat almaq üçün klubun mətbuat xidmətinin rəhbəri Mahal Məmmədovla danışdıq:

“Deməzdim ki, “Hummel” “Diadora”dan ucuzdu. Sadəcə, keyfiyyət və dizayn baxımından “Hummel”in kataloqu daha cəlbedici oldu. Əməkdaşımız da şirkətin fabrikində olub, məhsulların keyfiyyəti ilə əyani tanış olub. Yekunda bu şirkətlə anlaşdıq. Maliyyə məsələsinə gəlincə, iki qurum arasında ticarət sirridi. Onu açıqlamaq, kommersiya sirrini paylaşmaq olmaz”.

KAMAL SƏFƏR