• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Zubir “Qarabağ”a niyə dönmədi? – yenə ərəblərin pulu...

Manşet / Yazarlar

23-06-2024, 22:0

İyunun 18-də yeni mövsüm üçün hazırlığa başlayan “Qarabağ”ın yığma üzvü olan yerli və legioner futbolçulara verdiyi möhlət bu gün bitdi. Amma ağdamlıların düşərgəsində gözlər indi başqa birini axtarır – yeni müqavilə ilə bağlı təklifə nə “hə”, nə də “yox” deyən Abdulla Zubiri!

Əcəba, fransalı vingerin adı ətrafında nə baş verir? Çempionun əvəzedilməzlərindən sayılan Abdulla izsiz-soraqsız gedəcəkmi?

Müstəsna birisi
Bəribaşdan bir həqiqəti etiraf edək ki, Zubir “Qarabağ” və Azərbaycan futbolu üçün sıradan biri deyil. 1991-ci il dekabrın 5-də Lilldə - Mərakeş əsilli ailədə dünyaya gələn Abdulla vaxtilə futzal da oynadığından topla çox incə davranır, cəlbedici oyun göstərir, hərəkətlərində o qədər incəlik var ki, bir çox hallarda fiziki çatışmazlığını da kölgədə qoyur.

“Qarabağ”a “Qrenobl”, “İstr”, “Hibernian”, “Petrolul”, “Lans” yerdəyişmələrindən sonra gəlib çıxan vinger həm burda, həm də azərbaycanlı futbolsevərlərin qəlbində özünə yer tapdı. 3 gündən sonra “Qarabağ”la anlaşmasının 6 ili tamam olur. Təkcə elə klublarımızın avrokuboklardakı 1 nömrəli bombardiri (14 qol) olduğunu xatırlatmaq kifayətdi.

Bəli, artıq müqavilə müddət bitib. Belədə suallar yaranır: “Qarabağ” ona yeni müqavilə təklif edibmi? Edibsə, hansı müddətə? Futbolçunun şərtlərlə razılaşmamasının səbəbi nədi? “Qarabağ”ın onunla anlaşmaq ehtimalı varmı?

Zubirin mövqeyi
“Qarabağ” ona 2, maksimum 3 illik müqavilə təklif etməyə hazırdı. Hazırda danışıqlar getsə də, hələ klubun şərtlərini qəbul etməyib. “Qarabağ”ın yekun təklifinə nə “hə” deyib, nə də “yox”. “Hə” desəydi, həm də yığma üzvü olmadığına görə artıq iyunun 18-də düşərgədə olmalıydı. Amma “yox” da deməyib. “Yox” desəydi, Ağdam klubu artıq açıqlama verərdi ki, Zubirlə yollarımızı ayırdıq, xidmətlərinə görə təşəkkür edirik-filan. Yəqin ki maksimum gələn həftənin sonuna qədər məsələ həllini tapacaq.

Hər kəsi düşündürən məqamlardan biri də budu ki, Zubir bəlkə karyera yüksəlişinə nail olmaq, “Qarabağ”ı Türkiyə, Fransa və ya başqa “böyük beşlik” ölkəsinin klubuna dəyişmək istəyir? Birmənalı şəkildə belə deyil. Dekabrda 33 yaşını tamamlayacaq futbolçuya Avropanın ciddi klublarından birinin maraq göstərməsi nə dərəcədə realdı? Təbii ki, real deyil. Xüsusən də Türkiyənin daim maliyyə problemləri ilə üzləşən ortabab klublarına getməsi. Amma günü-günə satmaqla vaxt qazanmaq, daha sərfəli təklif almaq istəyir. Təbii ki, “Qarabağ”dan yox. Zubir “Qarabağ”da maksimum hansı məbləği qazanacağını yaxşı bilir. “Qarabağ” heç bir futbolçuya görə standartlarını iki-üç dəfə aşan deyil. İndiyə qədər belə praktika olmayıb, olmayacaq da. Abdullanın da beynində belə fikir var ki, sərbəst futbolçuyam, yaxşı mövsüm keçirmişəm (55 oyun – 15 qol, 19 məhsuldar ötürmə!), Səudiyyə Ərəbistanından 1,5-2 milyonluq təklif ala bilərəm. Amma bu günə qədər “Qarabağ”a “yox” deməyibsə, deməli, əlində belə təklif yoxdu.

“Qarabağ”ın mövqeyi
Son ilyarımda bir çox ulduzu ilə vidalaşan “Qarabağ” son 6 ildə ayrılmaz hissəsi olan futbolçunun gedişini göz önünə alıb. Təbii ki, sabah hansısa klub daha yüksək məbləğ təklif etsə, Abdulla gedəcək. Baxmayaraq ki, ortada “Qarabağ”dan ayrılan bir çox futbolçunun sonradan suyu süzülə-süzülə qayıtması ilə bağlı çoxlu nümunə var.

Qəribədi ki, bu məsələdə pul əsas amil rolunu oynayacaqsa da belə, indiki məqamda ön planda deyil. Zubir əvvəlcə “hə” deməli, danışıqlar masasına oturmalıdı ki, Ağdam klubu ilə qalan şərtləri razılaşdırsın. İndi o, həm getmək istəyir, həm də qalmaq. “Qarabağ”ın verdiyi möhlət artıq başa çatıb. Abdulla kluba son sözünü deməlidi. Amma son sözün “hə” və ya “yox” olmasına görə onu qınamağa dəyməz. Ədalət naminə deyək ki, Zubir son 6 ildə “Qarabağ”a vicdanla xidmət edib!

ORXAN

Paylaş:
Digər xəbərlər

Premyer-liqa / Manşet

13-09-2023, 19:0

AFFA Zubiri “milliləşdirməsə” də, “Qarabağ”da yerli statusla oynaya bilər

Aktual / Ölkə futbolu

7-06-2024, 13:0

“Auqsburq”, “Seltik” və “Lans” Zubiri istəyir

Ölkə futbolu / Manşet

11-04-2023, 11:0

Fransa klubu “Qarabağ"dan transfer etmək istəyir

Yığma / Manşet / Yazarlar

1-08-2023, 22:0

Yığmamızın heyətində Zubir səviyyəsində futbolçu var? - REPLİKA

Aktual
KuPS “Sabah”ın üç təhlükəli futbolçusunun adını açıqladı – rəqibi “gecənin favoriti” adlandırdı
"Bu komandanın müdafiəsini yarmaq mümkündü" - Aslan Kərimov
“Sabah” 2-ci təsnifat mərhələsində də favoritdi - əmsallar bəllidi
“Zirə” “Qarabağ”ın böyükhesablı qələbəsinin şahidindən asılıdı
KuPS “Sabah” haqda 10 fakt tapdı – “bayquşlar”la finləri nə birləşdirir?
“Çox böyük motivasiyamız var, hazırda “Braqa”nı və ya başqa komandaları düşünmürük” – Emin Mahmudov
Son xəbərlər
  • Bu gün, 19:40
    KuPS “Sabah”ın üç təhlükəli futbolçusunun adını açıqladı – rəqibi “gecənin favoriti” adlandırdı
  • Bu gün, 19:20
    "Sabah" - KuPS: START HEYƏTLƏRİ
  • Bu gün, 19:09
    "Bu komandanın müdafiəsini yarmaq mümkündü" - Aslan Kərimov
  • Bu gün, 18:31
    “Sabah” 2-ci təsnifat mərhələsində də favoritdi - əmsallar bəllidi
  • Bu gün, 18:10
    “Zirə” “Qarabağ”ın böyükhesablı qələbəsinin şahidindən asılıdı
  • Bu gün, 18:00
    Klublarımız 3-cü təsnifat mərhələsinin qapısını aralaya biləcəkmi? - YENİLƏNİR
  • Bu gün, 17:58
    KuPS “Sabah” haqda 10 fakt tapdı – “bayquşlar”la finləri nə birləşdirir?
  • Bu gün, 17:37
    ''Qalatasaray''ın həbsdə olmuş futbolçusuna iki təklif gəlib
  • Bu gün, 17:06
    Yaşıl meydana oktyabrda dönəcək
  • Bu gün, 16:35
    "Zİrə" kot-d’İvuarlı hücumçu transfer etdi
  • Bu gün, 16:09
    “Məhəbbətdən nifrətə bir addım var, hər şeyə hazır olmaq lazımdı” – Yuri Vernidub
  • Bu gün, 15:54
    “Çox böyük motivasiyamız var, hazırda “Braqa”nı və ya başqa komandaları düşünmürük” – Emin Mahmudov
  • Bu gün, 15:24
    ''Çelsi'' ''Fənər''in üzvünü transfer edə bilər
  • Bu gün, 14:53
    "Şəfa" kanadalı vinger aldı
  • Bu gün, 14:31
    "Çatışmayan məqamlar var" - Azər Məmmədov
  • Bu gün, 14:00
    ÇSKA Bakıya azarkeş gətirməyə risk etmədi – cəmi 50 nəfər...
  • Bu gün, 13:41
    “İmişli” böyükhesablı qələbə qazandı
  • Bu gün, 13:34
    "Qəbələ" nigeriyalı futbolçu aldı
  • Bu gün, 13:17
    "Sabah" - KuPS matçına neçə bilet satılıb? - sən də al!
  • Bu gün, 12:57
    "Ümumilikdə hər şey planlaşdırdığımız kimi keçdi" - Cavid Hüseynov
  • Bu gün, 12:26
    Qurban Qurbanovun mətbuat konfransı keçiriləcək
  • Bu gün, 11:55
    Bruno Franko daha bir il "Araz-Naxçıvan"da
  • Bu gün, 11:34
    "Qarabağ"ın iştirak ərizəsi açıqlandı
  • Bu gün, 11:13
    "Monpelye"nin yetirməsi "Turan Tovuz"da
  • Bu gün, 10:52
    Mahir Emreli beş ildən sonra Polşaya qayıtdı - yeni Vəli Qasımov ola bilmədi...
  • Bu gün, 10:31
    "Qarabağ" zirvədə, "Sabah" 15-ci pillədə
  • Bu gün, 10:00
    "Araz-Naxçıvan"dan böyükhesablı qələbə
  • Dünən, 23:59
    Doğma klubuna qayıtdı
  • Dünən, 22:49
    Klubu ilə yenidən anlaşdı
  • Dünən, 22:15
    İbrahimoviç astronomik transfer məbləğlərini tənqid etdi
  • Dünən, 22:01
    Dortmundu tərk etməyə yaxındır
  • Dünən, 20:07
    Mövsümün əvvəlini buraxa bilər
  • Dünən, 19:13
    "Amma bunu meydançada sübut etmək lazımdı" - Valdas Dambrauskas
  • Dünən, 18:48
    “Heç kimlə danışıq aparmamışam” – Elmar Baxşıyev yığmada?
  • Dünən, 18:22
    “Karvan-Yevlax” qapıçı transfer etdi
Daha çox
Oxunub: 239
“Vestri” – “Qarabağ” matçını “CBC Sport” göstərməyəcək? – son durum açıqlandı
Oxunub: 229
“Toral məndən “abi, bu, yoxlama oyunu deyilmi?” deyə soruşdu” – Bayramovu təəccübləndirən hadisə
Oxunub: 185
“Sabah” rəsmisindən “Liv Bona Dea Arena” açıqlaması – klub ora nə vaxt köçəcək?
Oxunub: 161
Varqas “Neftçi”yə nə vaxt qoşulacaq?
Oxunub: 139
“Zirə” Kutaisini qaynar qazana çevirdi – “Torpedo”nun kapitanı döyüldü, söyüldü!
Oxunub: 128
Varqas artıq Bakıdadı, “Neftçi”də qalması an məsələsidi
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə