“Qranada”nın yeni baş məşqçisi müəyyənləşib.
“Football-plus.az” xəbər verir ki, komandaya Gilyermo Abaskal təyinat alıb. 35 yaşlı mütəxəssislə 1 illik müqavilə imzalanıb. Abaskal 2022-ci ilin yayından bu ilin aprelinə qədər “Spartak”ın (Rusiya) baş məşqçisi vəzifəsində çalışıb.
“Qranada”nın sonuncu baş məşqçisi isə Xose Ramon Sandoval olub. Komanda La Liqanın son mövsümündə 20-ci yeri tutaraq aşağı liqaya düşüb.