• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Avropa çempionatını zədə üzündən buraxacaq ulduzlar - Alaba, Qavi, De Yonq və başqaları..

AÇ

20-06-2024, 20:0

Dünən futbol üzrə 17-ci Avropa çempionatı start götürdü.

“Football-plus.az” xəbər verir ki, azarkeşlər Almaniyanın ən yaxşı meydanlarında gərgin futbol savaşının intizarı ilə yaşayır. Təəssüf ki, bəzi milli komandalar zədə üzündən sıradan çıxan futbolçularının köməyindən məhrumdu. Aşağıda AÇ-2024-ü zədə üzündən buraxacaq futbolçuların acı siyahısı təqdim olunur. Bəziləri, ümumiyyətlə, qitə birinciliyində görünməyəcək, bəzilərinin əvvəldən olmasa da, sonradan mübarizəyə qoşulmaq şansı var.

İştirak etməyəcəyi dəqiqləşənlər
Serj Qnabri (Almaniya)
“Bavariya”nın vingeri Çempionlar Liqası çərçivəsində mayın 8-də “Real”la keçirilən yarımfinalın cavab görüşünün (1:2) ilk yarısında zədələndi. Klubdan verilən bilgiyə görə, 28 yaşlı futbolçu 2023/24 mövsümünün son bölümünü buraxmağa məcbur idi. Belədə Almaniya yığmasının Yulian Naqelsmannın rəhbərlik etdiyi məşqçilər korpusu Qbanbirin AÇ-2024 üçün iştirak ərizəsinə salmadı.

Qavi (İspaniya)
“Barselona”nın yarımmüdafiəçisi İspaniya yığmasının heyətində zədələndi. O, ötən il noyabrın 19-da AÇ-2024-ün seçmə turnirinin Gürcüstanla oyununda (3:1) xaçvari bağlarını qırdı. 19 yaşlı futbolçunun bərpa prosesi ləngidiyindən “Qırmızı furiya”nın baş məşqçisi Luis de la Fuente onu AÇ-yə aparmağı lazım bilmədi.

İsko (İspaniya)
“Betis”in xavbeki İspaniya yığmasının AÇ-2024-də iştirak üçün ilkin ərizəsinə salınmışdı. Amma sol ayağındakı problem üzündən 26 nəfərlik yekun siyahıdan çıxarıldı. 32 yaşlı futbolçu La Liqanın 36-cı turunun “Las-Palmas”la oyununda (2:2) zədələndi.

Corcio Skalvini (İtaliya)
“Atalanta”nın 20 yaşlı mərkəz müdafiəçisi sol dizinin xaçvari bağları qırıldığına görə Avropa çempionatını buraxacaq. Skalvini 29-cu turdan təxirə salınan “Fiorentina” ilə oyunda (2:3) ciddi zədə aldı. İtaliya yığmasının baş məşqçisi Luçano Spalletti dərin təəssüf hissi keçirdiyini bildirdi, “Atalanta”nın oyunçusunu müasir futbolun gələcəyi adlandırdı.

Françesko Açerbi (İtaliya)
“İnter”dən olan mərkəz müdafiəçisi İtaliya yığmasının yekun siyahısına qasıq yırtığı üzündən düşmədi. 36 yaşlı futbolçu iyunun 3-də əməliyyat olunub. AÇ-2020-nin qalibinin iyulun ortalarında yaşıl meydana dönəcəyi gözlənilir.

Domeniko Berardi (İtaliya)
Martın 4-də “Sassuolo”nun yarımmüdafiəçisinə sağ ayağın axill vətərinin tam qopması diaqnozu qoyuldu. Əməliyyat olunan 29 yaşlı futbolçu üçün 2023/24 mövsümü vaxtından əvvəl bitdi. Berardinin bu ilin oktyabrında meydana çıxmaq imkanı olacaq.

Nikolo Zanyolo (İtaliya)
“Aston Villa”nın yarımmüdafiəçisi İngiltərə çempionatının 37-ci turunda – “Liverpul”la oyunda (3:3) zədələndi. 64-cü dəqiqədə meydana çıxan Zanyolo cəmi 14 dəqiqə sonra zədə üzündən yerini başqasına verdi. Klub həkimləri 24 yaşlı futbolçuya ayağın mikrosınığı diaqnozu qoydu. Spalletti onu AÇ-2024-ə aparmadı.

Harri Maquayr (İngiltərə)
“Mançester Yunayted”in müdafiəçisi əzələ yırtığı üzündən İngiltərə yığmasının yekun heyətinə düşmədi. Milli komandanın baş məşqçisi Qaret Sautqeyt Maquayrı ölkənin ən güclü müdafiəçilərindən biri adlandırdı, Harri özü isə turniri buraxdığına görə kədərini gizlətmədi.

Lüka Ernandes (Fransa)
PSJ-nin yarımmüdafiəçisi də Fransa yığmasına AÇ-də məhz dizin xaçvari bağlarının qopmasına görə yardım edə bilməyəcək. 28 yaşlı futbolçu Çempionlar Liqasının “Borussiya” ilə ilk yarımfinal oyununda (0:1) – mayın 1-də zədələnib. Onun Didye Deşamın rəhbərliyi altında DÇ-2018-in qalibi olduğunu da xatırladaq.

Frenki de Yonq (Niderland)
“Barselona”nın yarımmüdafiəçisi AÇ-ni topuq zədəsi üzündən buraxacaq. 27 yaşlı De Yonq aprelin 21-də - İspaniya çempionatının 32-ci turunun “Real”la oyununda (2:3) zədələnib. Xavbek həmin vaxtdan bəri yaşıl meydana çıxmır.

Ten Kopmeyners (Niderland)
Kopmeynersin zədələnməsi Niderland yığmasının orta xəttində problemləri bir qədər də artırdı. “Atalanta”nın xavbeki iyunun 10-da – İslandiya ilə yoldaşlıq oyunu (4:0) ərəfəsindəki isinmə hərəkətləri zamanı zədələnib. Avropa Liqasının son mövsümünün qalibi iyulun sonunda yaşl meydana dönəcək.

David Alaba (Avstriya)
Avstriya yığmasının müdafiəçisi ötən il dekabrın 17-də “Real”ın heyətində “Vilyarreal”la oyunda (4:1) zədələnib. Alaba sol dizində xaçvari bağların qırılmasından əziyyət çəkirdi. 31 yaşlı futbolçu 2023/24 mövsümündə bir daha meydana çıxmadı. Hər halda, Avstriya yığmasının baş məşqçisi Ralf Ranqnik Alabanı məşqçi korpusuna “oynamayan kapitan” kimi daxil edib ki, paltardəyişmə otağında ab-havaya nəzarət etsin.

Oravio (Portuqaliya)
Portuqaliya yığmasının və “Əl-Nəssr”in yarımmüdafiəçisi Kral kubokunun oyununda zədələnib. Onun komandası həlledici oyunda penalti seriyasında “Əl-Hilal”a uduzub (1:1, p. – 4:5). Futbolçu həmin oyunda əzələsini zədələyib.

İştirakı sual altında olanlar
Robert Levandovski (Polşa)
“Barselona”nın polşalı forvardının Niderlandla oyunu buraxacağı dəqiqdi. 35 yaşlı Levandovski iyunun 10-da Türkiyə ilə yoldaşlıq oyununda (2:1) ciddi zədə alıb. Polşalı həkimlər məşhur hücumçunu sonrakı oyunlara yetişdirməyi vəd edirlər, ancaq onun bütün turniri buraxmaq ehtimalı da var. Belə zədələrdə bərpa prosesi bir neçə aya qədər davam edə bilər.

Vitali Mikolenko
“Everton”un ukraynalı müdafiəçisi iyunun 11-də milli komandanın heyətində Moldova ilə yoldaşlıq oyununda (4:0) zədələnib. 25 yaşlı futbolçu topuq zədəsi üzündən 29-cu dəqiqədə əvəzləndi.

Orelyen Çuameni (Fransa)
Mayın 9-da “Bavariya” ilə cavab görüşündən sonra “Real”ın yarımmüdafiəçisiniə sol pəncənin zədəsi diaqnozu qoyuldu. Çuameni yığmanın AÇ-2024 üçün iştirak ərizəsinə salınsa da, “RMC Sport” iddia edir ki, milli komandada xavbekin fiziki hazırlığından narahatdılar.

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

13-05-2024, 10:0

Qitə çempionatını buraxa bilər

Dünya futbolu

28-03-2024, 15:0

Qitə çempionatını buraxacaq

Dünya futbolu

5-02-2023, 23:0

Azar ''Real''da 18-ci dəfə zədələndi!

Dünya futbolu

25-03-2024, 15:0

Belçika ilə oyunu da buraxacaq

Dünya futbolu

10-06-2024, 16:0

Qitə çempionatını buraxacaq

Dünya futbolu

30-07-2023, 12:0

Ardanın ''Real'' karyerası zədə ilə başladı

Aktual
“Neftçi” “Kəpəz”i yalançı çıxardı! – “Palms Sports Arena” variantı olmayıb...
Niyə “Qəbələ” sabah, “Kəpəz” Sumqayıtda oynayır? – PFL aydınlıq gətirdi
“Rəhbərliyə güvənmədiyimiz üçün oyuna çıxmadıq” – “qiyamçı” kapitan danışdı, prezident cavab verdi
PFL pley-off oyununun gününü müəyyənləşdirdi – bayrama bayram qatdı!
Final fiti səslənmədi, AFFA nümayəndəsi susdu
“Belə mərasimin ölkəmizdə keçirilməsi üçün azı 20-30 il lazımdı” – Elçin Cəfərov “RAMS Park”da nə görüb?
Son xəbərlər
  • Bu gün, 17:44
    “Neftçi” “Kəpəz”i yalançı çıxardı! – “Palms Sports Arena” variantı olmayıb...
  • Bu gün, 17:30
    Niyə “Qəbələ” sabah, “Kəpəz” Sumqayıtda oynayır? – PFL aydınlıq gətirdi
  • Bu gün, 17:15
    “Rəhbərliyə güvənmədiyimiz üçün oyuna çıxmadıq” – “qiyamçı” kapitan danışdı, prezident cavab verdi
  • Bu gün, 16:56
    PFL pley-off oyununun gününü müəyyənləşdirdi – bayrama bayram qatdı!
  • Bu gün, 16:27
    "Sabah" "Qarabağ"a qalib gəldi, çempion oldu
  • Bu gün, 15:58
    Peresin fikirləri özünü və “Real”ı ziyana sala bilər
  • Bu gün, 15:28
    Final fiti səslənmədi, AFFA nümayəndəsi susdu
  • Bu gün, 14:59
    Yüksək Qızlar Liqası üçün müraciət dövrü başladı
  • Bu gün, 14:45
    Yamal mudiala zədəli yollanacaq
  • Bu gün, 14:32
    Neapolu tezliklə tərk edəcək
  • Bu gün, 14:15
    Ölkəmizi AÇ-də təmsil edəcək şahmatçılar - AÇ
  • Bu gün, 14:00
    Maltanın millimizlə görüş üçün heyəti bəlli oldu
  • Bu gün, 13:08
    ''Arsenal'' 22 illik həsrətə son qoydu, Arteta premyer-liqanın tarixinə düşdü
  • Bu gün, 12:37
    “Belə mərasimin ölkəmizdə keçirilməsi üçün azı 20-30 il lazımdı” – Elçin Cəfərov “RAMS Park”da nə görüb?
  • Bu gün, 12:16
    “Bavariya” XXI əsrdə “böyük beşliy”in rekordunu yenilədi! - İCMAL
  • Bu gün, 11:58
    "Sumqayıt" - "Qarabağ" matçının biletləri satışda
  • Bu gün, 11:39
    “Frayburq”un ilk, Emerinin 6-cı cəhdi
  • Bu gün, 11:18
    “Düşünürəm ki, səviyyə fərqi göründü” – “Neftçi”nin baş məşqçisindən məğlubiyyətə izah
  • Bu gün, 10:58
    Bəhlul və Muaddib "Qarabağ"ın məşqində
  • Bu gün, 10:37
    “Üzücü haldı ki, əlbəyaxa döyüş oldu” - “Ağstafa Gəncləri” nə edəcək?
  • Bu gün, 10:31
    Ölkəmizi AÇ-də təmsil edəcək güləşçilər - SİYAHI
  • Bu gün, 10:00
    ''Beşiktaş'' yeni idman direktorunu tapdı
  • Dünən, 23:59
    İngiltərədə futbol demokratiyası! – Acunun komandasının finaldakı rəqibi dəyişdi
  • Dünən, 23:39
    Tanınmış italiyalı məşqçi ''Fənərbaxça''nın başına keçə bilər
  • Dünən, 23:01
    "Növbəti mövsümün hazırlıqlarına artıq start vermişik" - Tahir Gözəl
  • Dünən, 22:52
    Merih Dəmiral məmləkətində kafe açdı - Şəhid ailələri üçün pulsuz xidmət olacaq...
  • Dünən, 22:31
    ''Qalatasaray'' 3 futbolçu ilə bağlı qərarını verdi, İkardinin taleyi bu həftə bəlli olacaq
  • Dünən, 21:55
    Yankoviç "Konyaspor"da? - Türkiyə klubu "Qarabağ"dan çox maaş təklif etdi, razılaşdı!
  • Dünən, 21:50
    “Mayın 25-də növbəti yoxlama olacaq” - “Turan Tovuz” “Sabah”ı niyə Masazırda qəbul edir?
  • Dünən, 20:55
    Neymarla bağlı yekun qərar sevinclə qarşılandı
  • Dünən, 20:26
    Yenidən “Mançester Siti”də işləyəcək
  • Dünən, 20:09
    Marseldən Milana qayıdacaq
  • Dünən, 19:38
    Konte gedəcək, Sarri gələcək?
  • Dünən, 19:08
    La Liqada yeni rekord
  • Dünən, 18:37
    İnzaqi hara üz tutacaq?
Daha çox
Oxunub: 545
Elvinin menecerindən Qurban Qurbanovun yeni qadağası haqda açıqlama - "sən gəlmə, sənə olmaz..."
Oxunub: 305
"Neftçi" Konfrans Liqasına vəsiqə qazandı, "Zirə" Avropadan kənarda qaldı
Oxunub: 265
Zirvədən yerə çırpılan Əliyar Ağayev qalxdı... - premyer-liqada nə vaxt olacaq?
Oxunub: 254
“Yekə oğlansan, bu nə hərəkətdi edirsən?” - “Qarabağ” azarkeşləri Elvinlə bağlı
Oxunub: 237
Mahir meydana çıxan kimi "fərqləndi" - əlvida, bundesliqa!
Oxunub: 201
“Bu şəhər ikimizə dar”ı artıq “Neftçi” deməlidi! – 3 ildən sonra
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə