• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Bura qocaların yeri deyil! - KÖŞƏ

Manşet / Yazarlar

15-06-2024, 20:0

Canni de Byazinin gedişindən sonra milli komandanın boş qalan baş məşqçi postuna 69 yaşlı Fernando Santuş gətirildi.

Açığı, belə bir təyinat gözlənilən deyildi. Çünki təkcə Azərbaycan yox, dünya futbolunda da artıq gənc kadrlar önə çəkilir, yəni yaşlı mütəxəssisləri gənclər əvəzləyir. Gənclər getdikləri komandaya yeni ruh, yeni qan aparır. “Bayer-04”ün çalışdırıcısı Xabi Alonso son mövsümdə xarüqələr yaratdı. Təkcə Alonso ilə də bitmir.

Dortmund “Borussiya”sını Çempionlar Liqasının sürpriz finalçısı edən Edin Terziç, “Arsenal”ı uzun illərdən sonra ilk dəfə İngiltərə premyer-liqasının qalibi etməyə yaxın olan Mikel Arteta, illərdi Madrid “Atletiko”sunu həm İspaniyada, həm də dünya çapında mühüm komandalardan edən Dieqo Simeone, “Mançester Siti”ni dünya hegomonu edən Xosep Qvardiolanın və başqalarının adını çəkə bilərəm.

Bunların hər biri komandasıyla önəmli uğur qazanıb və karyeraları da hələ irəlidədi. Bütün dünya futbolunda belə örnək olan gənc çalışdırıcıların qazandığı nəticələri göz önünə gətirib, ən azı bizim millidə də uyğun seçim ediləcəyini düşünürdüm. Doğrudu, yaşlı çalışdırıcılar bu il həm Çempionlar, həm Avropa, həm də Konfrans Liqasında gənclərin önünü kəsdi. Karlo Ançelotti Terziçə, Can Pyero Qasperini Alonsoya, Xose Luis Mendilibar da Vinçentso İtaliyanoya təcrübənin daha önəmli olduğunu göstərdi. Əlbəttə, təcrübə önəmlidi. Lakin gənclərdə olan tutqunun, həvəsin yaşlılarda olmadığı aşkardı. Sadəcə, gənclərə güvənmək və vaxt vermək lazımdı.

Millimizə gəlincə, inanmıram ki, yaxın 4 il ərzində hansısa final matçına çıxsın. Əlbəttə, durum ürəkaçan deyil, üzücüdü. Çünki yığma bütün ölkənin azarkeşlik etdiyi tək komandadı. Etimadı doğrultmamaq istər-istəməz küskünlüyə səbəb olur. Sözümün canı Santuş yaşlı olduğuna görə onunla uzunmüddətli layihənin perspektivsiz olduğunu anlatmaqdan ibarət deyil. Hər halda, Avropa çempionatının qalibi olmuş məşqçidi. Amma az əvvəl də qeyd etdiyim kimi, onun çempion etdiyi heyətdə Kriştiano Ronaldo kimi superulduz var idi. Çox uzağa getməyək. Qardaş ölkənin ən titullu məşqçisi olan Fatih Terim belə “Panatinaikos”la istənilən nəticəni qazana bilmədi, Yunanıstan klubundan ayrıldı. Onun əvəzində isə Okan Buruk “Qalatasaray”ı çempion etdi. Hesab edirəm ki, bizim yığmaya gənc mütəxəssisin gətirilməməsi Santuşla uçuruma aparan növbəti 4 il olacaq. Onun millimizə yeni düzən gətirəcəyini isə heç düşünmürəm. Aşağı-yuxarı Berti Foqts kimi komandaya yaxşı müdafiəyə çəkilməyi aşılayacaq, başqa heç nə. Çünki Santuşun Portuqaliyadan sonra rəhbərlik etdiyi Polşa millisi və “Beşiktaş” ilə heç bir uğur qazanmaması AFFA-nın seçiminin düzgünlüyünü şübhə altına alır. Nə bilmək olar, bəlkə elə millimizlə də müqaviləni vaxtından əvvəl bitirərək, təzminatını alıb gedəcək. Sonuncu rəhbərlik etdiyi “Beşiktaş”ın onun vaxtında sərgilədiyi yöndəmsiz oyun da bu insanın gücünün tükəndiyi göstərir. Daha onun uğurlara “tox” olduğunu deyə bilərəm.

Bir başqa məsələ “Turan Tovuz”un 71 yaşlı Kurban Berdıyevlə anlaşmasıdı. Əlbəttə, Berdıyevin nüfuzu, “Rubin”də qazandığı uğurlar göz önündədi. Onun zəngin təcrübəsinin Tovuz təmsilçisinə böyük kömək olacağını düşünürəm. Amma nə qədər? Nədənsə mənə elə gəlir ki, onu da Miodraq Bojoviçin taleyi gözləyir. Təki düşündüklərimin əksi olsun. Zaman bizə reallığı göstərəcək. Avrokuboklara vəsiqə qazanmaq üçün daha gənc mütəxəssislə, həm də uzunmüddətli layihə şəklində anlaşmaq olardı. Ümumiyyətlə, bizim ölkənin futbolu üçün daha dəliqanlı, emosional məşqçilərə ehtiyac var. Təcrübə sözünü hər yerdə deyir. Fəqət oturuşmuş sistemi olmayan komandaya yaşlı çalışdırıcının sistemini aşılaması çətindi. Elə Berdıyevin də “Turan Tovuz”da uzun müddət qalacağını, uğurlar qazanacağını düşünmürəm. Ən yaxşı halda komandanı ilk “beşliy”ə salacaq. “Kayrat”, “Traktor”, “Soçi”, “Dinamo”da olduğu kimi, “Turan Tovuz”la da bir mövsüm çalışıb, daha sonra yeni macəra axtarışına çıxacaq.
Kəsəsi, futbolumuz dünya futboluyla müqayisədə ayaqlaşa bilmir. Bir yandan belə qərarların, addımların atılması Azərbaycan futbolu üçün təcrübədi.

Yəqin ki, bunlardan da dərs çıxarılacaq və bir neçə il sonra səsimizi Avropada təkcə “Qarabağ” yox, onun kimi bir neçə komanda duyuracaq. O zaman yaxında görünməsə də, ümidimiz var. Deyirlər ki, sonuncu ölən ümidlərdi. Təki gözləntilərimdə yanılım. Nə də olmasa, zaman hər şeyi göstərəcək.

KAMAL SƏFƏR

Paylaş:
Digər xəbərlər

İdman

15-05-2022, 18:0

Alonsoya yeni müqavilə təklif olunacaq

Aktual

12-05-2024, 23:0

lin ən yaxşı futbolçusu adına 20 namizəd - “Globe Soccer Awards” siyahı açıqladı

Dünya futbolu

3-04-2023, 15:0

Simeone dünyada liderdi

İdman

3-08-2022, 16:0

Alonso “Aston Martin”i seçməsinin səbəbini açıqlayıb

Dünya futbolu

23-05-2024, 20:0

Qvardiolanın 5-ci uğuru

Aktual
“Rəhbərliyə güvənmədiyimiz üçün oyuna çıxmadıq” – “qiyamçı” kapitan danışdı, prezident cavab verdi
PFL pley-off oyununun gününü müəyyənləşdirdi – bayrama bayram qatdı!
Final fiti səslənmədi, AFFA nümayəndəsi susdu
“Belə mərasimin ölkəmizdə keçirilməsi üçün azı 20-30 il lazımdı” – Elçin Cəfərov “RAMS Park”da nə görüb?
“Düşünürəm ki, səviyyə fərqi göründü” – “Neftçi”nin baş məşqçisindən məğlubiyyətə izah
“Üzücü haldı ki, əlbəyaxa döyüş oldu” - “Ağstafa Gəncləri” nə edəcək?
Son xəbərlər
  • Bu gün, 17:15
    “Rəhbərliyə güvənmədiyimiz üçün oyuna çıxmadıq” – “qiyamçı” kapitan danışdı, prezident cavab verdi
  • Bu gün, 16:56
    PFL pley-off oyununun gününü müəyyənləşdirdi – bayrama bayram qatdı!
  • Bu gün, 16:27
    "Sabah" "Qarabağ"a qalib gəldi, çempion oldu
  • Bu gün, 15:58
    Peresin fikirləri özünü və “Real”ı ziyana sala bilər
  • Bu gün, 15:28
    Final fiti səslənmədi, AFFA nümayəndəsi susdu
  • Bu gün, 14:59
    Yüksək Qızlar Liqası üçün müraciət dövrü başladı
  • Bu gün, 14:45
    Yamal mudiala zədəli yollanacaq
  • Bu gün, 14:32
    Neapolu tezliklə tərk edəcək
  • Bu gün, 14:15
    Ölkəmizi AÇ-də təmsil edəcək şahmatçılar - AÇ
  • Bu gün, 14:00
    Maltanın millimizlə görüş üçün heyəti bəlli oldu
  • Bu gün, 13:08
    ''Arsenal'' 22 illik həsrətə son qoydu, Arteta premyer-liqanın tarixinə düşdü
  • Bu gün, 12:37
    “Belə mərasimin ölkəmizdə keçirilməsi üçün azı 20-30 il lazımdı” – Elçin Cəfərov “RAMS Park”da nə görüb?
  • Bu gün, 12:16
    “Bavariya” XXI əsrdə “böyük beşliy”in rekordunu yenilədi! - İCMAL
  • Bu gün, 11:58
    "Sumqayıt" - "Qarabağ" matçının biletləri satışda
  • Bu gün, 11:39
    “Frayburq”un ilk, Emerinin 6-cı cəhdi
  • Bu gün, 11:18
    “Düşünürəm ki, səviyyə fərqi göründü” – “Neftçi”nin baş məşqçisindən məğlubiyyətə izah
  • Bu gün, 10:58
    Bəhlul və Muaddib "Qarabağ"ın məşqində
  • Bu gün, 10:37
    “Üzücü haldı ki, əlbəyaxa döyüş oldu” - “Ağstafa Gəncləri” nə edəcək?
  • Bu gün, 10:31
    Ölkəmizi AÇ-də təmsil edəcək güləşçilər - SİYAHI
  • Bu gün, 10:00
    ''Beşiktaş'' yeni idman direktorunu tapdı
  • Dünən, 23:59
    İngiltərədə futbol demokratiyası! – Acunun komandasının finaldakı rəqibi dəyişdi
  • Dünən, 23:39
    Tanınmış italiyalı məşqçi ''Fənərbaxça''nın başına keçə bilər
  • Dünən, 23:01
    "Növbəti mövsümün hazırlıqlarına artıq start vermişik" - Tahir Gözəl
  • Dünən, 22:52
    Merih Dəmiral məmləkətində kafe açdı - Şəhid ailələri üçün pulsuz xidmət olacaq...
  • Dünən, 22:31
    ''Qalatasaray'' 3 futbolçu ilə bağlı qərarını verdi, İkardinin taleyi bu həftə bəlli olacaq
  • Dünən, 21:55
    Yankoviç "Konyaspor"da? - Türkiyə klubu "Qarabağ"dan çox maaş təklif etdi, razılaşdı!
  • Dünən, 21:50
    “Mayın 25-də növbəti yoxlama olacaq” - “Turan Tovuz” “Sabah”ı niyə Masazırda qəbul edir?
  • Dünən, 20:55
    Neymarla bağlı yekun qərar sevinclə qarşılandı
  • Dünən, 20:26
    Yenidən “Mançester Siti”də işləyəcək
  • Dünən, 20:09
    Marseldən Milana qayıdacaq
  • Dünən, 19:38
    Konte gedəcək, Sarri gələcək?
  • Dünən, 19:08
    La Liqada yeni rekord
  • Dünən, 18:37
    İnzaqi hara üz tutacaq?
  • Dünən, 18:06
    Türkiyə yığmasının DÇ-2026 üçün geniş heyəti açıqlandı
  • Dünən, 17:35
    “Kəpəz” - “Neftçi” oyununun Sumqayıtda keçirilməsini “ağ-qaralar” istəyib - səbəbi bu yazıda!
Daha çox
Oxunub: 545
Elvinin menecerindən Qurban Qurbanovun yeni qadağası haqda açıqlama - "sən gəlmə, sənə olmaz..."
Oxunub: 304
"Neftçi" Konfrans Liqasına vəsiqə qazandı, "Zirə" Avropadan kənarda qaldı
Oxunub: 265
Zirvədən yerə çırpılan Əliyar Ağayev qalxdı... - premyer-liqada nə vaxt olacaq?
Oxunub: 254
“Yekə oğlansan, bu nə hərəkətdi edirsən?” - “Qarabağ” azarkeşləri Elvinlə bağlı
Oxunub: 236
Mahir meydana çıxan kimi "fərqləndi" - əlvida, bundesliqa!
Oxunub: 201
“Bu şəhər ikimizə dar”ı artıq “Neftçi” deməlidi! – 3 ildən sonra
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə