• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Yeni rəhbərliyi bu işlərimiz, yəqin ki, qane etməyib” - "Şəfa”dan ayrılan baş məşqçi od püskürdü

Ölkə futbolu / Manşet

14-06-2024, 21:0

“Şəfa” pley-off görüşlərində Region Liqasının finalçısı “Hypers”ə məğlub olmaqla 2-ci liqadakı fəaliyyətini tamamladı.

Bilindiyi kimi, bir müddət öncə klubda sponsor dəyişikliyi baş vermişdi. Belə ki, “AGAH Group”u “MY Group Holding” əvəzləmişdi. Yeni rəhbərlik isə kollektivlə razılaşa bilmədiyindən ayrılıqlar yaşanıb. Belə ki, komandanın aparıcı üzvlərindən olan Əli Əliyev bu barədə sosial şəbəkə hesabında paylaşım edib:

“Şəfa” Futbol Klubunu 2022-ci ilin dekabrında rebrendinq edərək, yenidən fəaliyyətə başlatdıqdan sonra klubla birlikdə xeyli yol qət etdik. Gördüyümüz işlərin nəticəsi olaraq, kluba yeni yaradılan 2-ci liqa adlı çempionatda iştirak üçün vəsiqə verildi. Liqanın ilk dövrəsində yaşanan maddi problemlər səbəbindən eniş-yoxuşlu mövsüm keçirsək də, klubun dağılmaması üçün mübarizə apardım və nəticədə klub fəaliyyətinə davam etdi. Bu gün isə klubla yollarımın rəsmən ayrıldığını bildirirəm. "Şəfa" adına 1 il yarıma yaxın müddətdi apardığım fəaliyyətim və əziyətim rəsmən sona çatdı. Bu 1 il yarım müddət ərzində "Şəfa"da ilk əvvəl SMM, daha sonra isə baş məşqçi köməkçisi, futbolçu, hətta baş məşqçi kimi fəaliyyətim oldu. Bu klub üçün, bu forma üçün ən çox can qoyan şəxslərdən biri olaraq, klubla birlikdə eniş-yoxuşlu günlər yaşadım. Gün oldu ciddi maaş problemləri oldu, maliyyə yox idi və klubu ayaqda saxlamaq üçün hər hansı bir çıxış yolu axtarırdım. Bir ətrafımda olan adamlar bilir ki bu klub üçün nələr çəkdim. Əsəb, stress, gərginlik, sıxıntılar, sevincli günlər də var idi. Gün oldu klubdan gedib-getməmək arasında qalsam da, qalıb sonadək mübarizə aparmağı seçdim. Bilənlər də bilir ki, mən də buranı tərk etsəydim, klub vaxtından əvvəl çempionatı tərk edəcəkdi. Orda qalıb sonadək mənimlə gedən futbolçulara da sonsuz təşəkkürümü bildirirəm. İlk dövrədə çıxışımız uğursuz olsa da, ən azı klubu dağılmağa qoymadıq. Klubda olduğum müddətdə üç dəfə rəhbərlik dəyişdi, heyətdə xeyli futbolçularla yollar ayrıldı, yeni futbolçular cəlb olundu. Lakin sonda bu forma uğrunda sonadək mübarizə aparmağa davam etdim. Sonda isə demək istəyirəm ki, "Şəfa" mənim üçün ilyarım müddətə can qoyduğum böyük bir ailə oldu və burda həm həyat, həm də futbol təcrübəsi adına həddən artıq çox şey qazandım. Ümid edirəm ki, “Şəfa” bundan sonra uğursuzluq zolağından qurtular və layiqli çıxış etməyə davam edər”.


Klubdan ayrılmasının səbəbini öyrənmək üçün Əliyevlə danışdıq. Eyni zamanda ondan klubdan ayrılmasında yeni rəhbərliyin hansısa rolunun olub-olmadığını da soruşduq:
“Bunun çox səbəbi var. Çempionatı belə başa çatdırmaq istəməzdik. Komandadakı futbolçu çatışmazlığı özünü göstərdi. Ehtiyat oyunçularımız az idi. İlk dövrədə olan təcrübəsizlik və oyunçu limitin doldurulması uzun marafonda çətinlik yaratdı. İkinci dövrəyə də çox pis təsir etdi. İkinci dövrədə cəmi 9 nəfərlik transfer limitimiz qalmışdı. Komandada zədə problemləri də oldu. Ardıcıl 2-3 oyuna eyni heyətlə çıxa bilmirdik. Ümid bəslədiyimiz oyunçulardan da çox yararlana bilmədik. Bəzi komanda yoldaşlarımız cəza səbəbindən bir çox matçı buraxdı və sabit heyəti qoruya bilmədik. Bizə məqsəd qoyulmuşdu ki, komanda mövsümü sonuncu pillədə bitirməsin və çalışdığımız qədər bunu yerinə yetirdik. Elə ikinci dövrədə ən çox xal toplayan 5 komandadan biri də “Şəfa” idi. Burda baş məşqçinin böyük rolu var idi. Elşad Məmmədovun komandadan ayrılması bizim üçün gözlənilməz oldu. Lakin hamımız elə bilirdik ki, Elşad müəllim klubda qalacaq. İkinci dövrədə də onun əziyyəti həddinən artıq çox olub. Yeni rəhbərliyin öz adamları və planları var. Biz həmin planlara daxil deyilik. Onlara bu işdə uğurlar arzulayırıq. Gələcək karyerama gəlincə, hazırda 2-ci liqada bir neçə klubla danışıqlar gedir. İnşallah, xeyirlisi olar”.


Mövzuyla bağlı Elşad Məmmədovun da fikirlərini öyrənməyi lazım bildik:
“İkinci dövrədə ən çox xal qazanan 5 komandadan biriyik. Ən gənc heyətlə işlədik. Çətin və əziyyətli olsa da, oyunçularım minimum əmək haqqı ilə oynayırdılar. Bu neqativ hallara baxmayaraq, xalımızı 18-ə çatdırdıq. Yeni rəhbərliyi bu işlərimiz, yəqin ki, qane etməyib. Bizim işlədiyimiz şərtlərlə, həmin maliyyə ilə gəlib, daha yaxşısını göstərsinlər, biz də alqışlayaq. Bu futboldu, belədi. Hər kəsin öz adamları var. Bilən və ya bilməyən - bu ölkədə fərq etmir. Uğurlar arzulayıram”.


KAMAL SƏFƏR

Paylaş:
Digər xəbərlər

Ölkə futbolu / Manşet

18-05-2024, 15:0

Azərbaycan klubunda yeni sponsor - əvvəlki əzəməti bərpa etmək üçün gəldilər

2-ci liqa / Manşet

27-05-2024, 22:0

“Şəfa” hansı rayonu təmsil edəcəyi ilə bağlı qərar verməyib

Aktual / Ölkə futbolu

10-06-2024, 17:0

“Şəfa”nın baş məşqçisi futbolçularına təşəkkür etdi

Ölkə futbolu / Manşet

6-06-2024, 14:0

Vüqar Nadirov hesabı açdı, komandası 2-ci liqaya vəsiqə qazandı - REPORTAJ

Ölkə futbolu

29-05-2024, 13:0

“Şəfa” – “Hypers” oyunu Umudluya tapşırıldı

2-ci liqa / Manşet

21-05-2024, 23:0

Yeni sponsor “Şəfa”nın önündə hansı hədəfi qoydu?

Aktual
"Kəpəz" doğrudan da "Neftçi"nin təklifinə "yox" deyib... - həqiqət üzə çıxdı!
“Neftçi” “Kəpəz”i yalançı çıxardı! – “Palms Sports Arena” variantı olmayıb...
Niyə “Qəbələ” sabah, “Kəpəz” Sumqayıtda oynayır? – PFL aydınlıq gətirdi
“Rəhbərliyə güvənmədiyimiz üçün oyuna çıxmadıq” – “qiyamçı” kapitan danışdı, prezident cavab verdi
PFL pley-off oyununun gününü müəyyənləşdirdi – bayrama bayram qatdı!
Final fiti səslənmədi, AFFA nümayəndəsi susdu
Son xəbərlər
  • Bu gün, 18:41
    "Kəpəz" doğrudan da "Neftçi"nin təklifinə "yox" deyib... - həqiqət üzə çıxdı!
  • Bu gün, 18:15
    Cokoviç də “qiyamçılar”ı dəstəklədi
  • Bu gün, 17:44
    “Neftçi” “Kəpəz”i yalançı çıxardı! – “Palms Sports Arena” variantı olmayıb...
  • Bu gün, 17:30
    Niyə “Qəbələ” sabah, “Kəpəz” Sumqayıtda oynayır? – PFL aydınlıq gətirdi
  • Bu gün, 17:15
    “Rəhbərliyə güvənmədiyimiz üçün oyuna çıxmadıq” – “qiyamçı” kapitan danışdı, prezident cavab verdi
  • Bu gün, 16:56
    PFL pley-off oyununun gününü müəyyənləşdirdi – bayrama bayram qatdı!
  • Bu gün, 16:27
    "Sabah" "Qarabağ"a qalib gəldi, çempion oldu
  • Bu gün, 15:58
    Peresin fikirləri özünü və “Real”ı ziyana sala bilər
  • Bu gün, 15:28
    Final fiti səslənmədi, AFFA nümayəndəsi susdu
  • Bu gün, 14:59
    Yüksək Qızlar Liqası üçün müraciət dövrü başladı
  • Bu gün, 14:45
    Yamal mudiala zədəli yollanacaq
  • Bu gün, 14:32
    Neapolu tezliklə tərk edəcək
  • Bu gün, 14:15
    Ölkəmizi AÇ-də təmsil edəcək şahmatçılar - AÇ
  • Bu gün, 14:00
    Maltanın millimizlə görüş üçün heyəti bəlli oldu
  • Bu gün, 13:08
    ''Arsenal'' 22 illik həsrətə son qoydu, Arteta premyer-liqanın tarixinə düşdü
  • Bu gün, 12:37
    “Belə mərasimin ölkəmizdə keçirilməsi üçün azı 20-30 il lazımdı” – Elçin Cəfərov “RAMS Park”da nə görüb?
  • Bu gün, 12:16
    “Bavariya” XXI əsrdə “böyük beşliy”in rekordunu yenilədi! - İCMAL
  • Bu gün, 11:58
    "Sumqayıt" - "Qarabağ" matçının biletləri satışda
  • Bu gün, 11:39
    “Frayburq”un ilk, Emerinin 6-cı cəhdi
  • Bu gün, 11:18
    “Düşünürəm ki, səviyyə fərqi göründü” – “Neftçi”nin baş məşqçisindən məğlubiyyətə izah
  • Bu gün, 10:58
    Bəhlul və Muaddib "Qarabağ"ın məşqində
  • Bu gün, 10:37
    “Üzücü haldı ki, əlbəyaxa döyüş oldu” - “Ağstafa Gəncləri” nə edəcək?
  • Bu gün, 10:31
    Ölkəmizi AÇ-də təmsil edəcək güləşçilər - SİYAHI
  • Bu gün, 10:00
    ''Beşiktaş'' yeni idman direktorunu tapdı
  • Dünən, 23:59
    İngiltərədə futbol demokratiyası! – Acunun komandasının finaldakı rəqibi dəyişdi
  • Dünən, 23:39
    Tanınmış italiyalı məşqçi ''Fənərbaxça''nın başına keçə bilər
  • Dünən, 23:01
    "Növbəti mövsümün hazırlıqlarına artıq start vermişik" - Tahir Gözəl
  • Dünən, 22:52
    Merih Dəmiral məmləkətində kafe açdı - Şəhid ailələri üçün pulsuz xidmət olacaq...
  • Dünən, 22:31
    ''Qalatasaray'' 3 futbolçu ilə bağlı qərarını verdi, İkardinin taleyi bu həftə bəlli olacaq
  • Dünən, 21:55
    Yankoviç "Konyaspor"da? - Türkiyə klubu "Qarabağ"dan çox maaş təklif etdi, razılaşdı!
  • Dünən, 21:50
    “Mayın 25-də növbəti yoxlama olacaq” - “Turan Tovuz” “Sabah”ı niyə Masazırda qəbul edir?
  • Dünən, 20:55
    Neymarla bağlı yekun qərar sevinclə qarşılandı
  • Dünən, 20:26
    Yenidən “Mançester Siti”də işləyəcək
  • Dünən, 20:09
    Marseldən Milana qayıdacaq
  • Dünən, 19:38
    Konte gedəcək, Sarri gələcək?
Daha çox
Oxunub: 545
Elvinin menecerindən Qurban Qurbanovun yeni qadağası haqda açıqlama - "sən gəlmə, sənə olmaz..."
Oxunub: 305
"Neftçi" Konfrans Liqasına vəsiqə qazandı, "Zirə" Avropadan kənarda qaldı
Oxunub: 265
Zirvədən yerə çırpılan Əliyar Ağayev qalxdı... - premyer-liqada nə vaxt olacaq?
Oxunub: 254
“Yekə oğlansan, bu nə hərəkətdi edirsən?” - “Qarabağ” azarkeşləri Elvinlə bağlı
Oxunub: 238
Mahir meydana çıxan kimi "fərqləndi" - əlvida, bundesliqa!
Oxunub: 201
“Bu şəhər ikimizə dar”ı artıq “Neftçi” deməlidi! – 3 ildən sonra
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə