“Football-plus.az” xəbər verir ki, “Bavariya”nın yarımmüdafiəçisinin səhhətində ciddi problem aşkarlanıb.
Onun damaq badamcıqlarının tonzillit infeksion xəstəliyinə tutulduğu müəyyən edilib. 20 yaşlı futbolçu bu səbəbdən bundestimin yekun heyətindən çıxarılıb. Maraq üçün qeyd edək ki, Pavloviç milli komandanın Avropa çempionatında iştirakı gözlənilən 26 üzvü arasında Münhendə doğulan yeganə futbolçu idi.
Aleksandarı yekun heyətdə Əmrə Can əvəzləyəcək. Baş məşqçi Yulian Naqelsmann Dortmund “Borussiya”sının yarımmüdafiəçisinin yığmaya dəvət almasını belə şərh edib:
“Bizə daha bir “6 nömrə” lazımdı. Bu səbəbdən Əmrə Cana dəvət göndərdik. O, dərhal komandamızda oynamağa hazır olduğunu bildirdi. Qitə çempionatında heyətimizdə böyük oyun təcrübəsi olan və təzyiqə davam gətirməyi bacaran futbolçunun olmasını istədik. Əmrə indi bizə lazım olan xüsusiyyətlərə malik oyunçudu”.






