Miroslav Klozenin yeni iş yeri məlum olub.
“Football-plus.az” xəbər verir ki, Almaniya yığmasının sabiq hücumçusu “Nürnberq”in baş məşqçisi təyin olunub.
“08 Hamburq”, “Kayzerslautern”, “Verder”, “Bavariya” və “Latsio”nun sabiq oyunçusu bundan sonra 2-ci bundesliqada işləyəcək. Klubun ilkin açıqlamasında onunla imzalanan müqavilənin detallarına aydınlıq gətirilməyib. Xatırladaq ki, Kloze daha əvvəl “Bavariya”nın U-17 komandasında və “Rayndorf Altax”da baş məşqçilik edib. Onun Almaniya yığmasında və “Bavariya”da məşqçi kimi çalışdığını da bildirək.
Kloze dünya çempionatları tarixində 16 qolla ən yaxşı bombardirdi. Polşaəsilli almaniyalı mundiallar tarixinə dörd medal qazanan yeganə futbolçu kimi düşüb.