• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

A seriyasının klubları kütləvi şəkildə məşqçi qovur və gətirirlər

Dünya futbolu

12-06-2024, 20:0

Yay günəşli İtaliyada, adətən, ilin ən isti vaxtı sayılır. 2024-ün yayı isə A seriyası komandaları üçün ikiqat isti keçir.

"Football-plus.az" xəbər verir ki, söhbət baş məşqçilərlə bağlı verilən qərarlardan gedir. Eyni vaxtda bir neçə klubun çalışdırıcıları dəyişməsi praktikası əvvəllər bu ölkə üçün yad idi. Ancaq 2024-cü ilin yayında A seriyası ətrafında inanılmaz hadisələr baş verir. Konkret detallara toxunmağı vaxtıdı.
Liderləri götürsək, Çempionlar Liqasında mübarizə aparacaq beş klubdan yalnız ikisi – çempion “İnter”lə Avropa Liqasının son qalibi “Atalanta” baş məşqçisini saxlayıb. Simone İnzaqinin gələcəyi ilə bağlı onsuz da heç bir şübhə yox idi, ancaq Can Pyero Qasperini “Napoli”yə yollana bilərdi. Ancaq o, son nəticədə Berqamoda qalmağa qərar verdi və bursa 9-cu mövsümünə başlayacaq. Qoca Qasperini indiki A seriyasında ən uzun müddət davam edən mütəxəssisdi, bu göstəricidə ona yaxın düşən yoxdu.

Stefano Pioli 5 mövsüm çalışdı ki, bu da “Milan” üçün çox görünə bilər. A seriyasının son turunda “San-Siro”ya toplaşan publika onu göz yaşları ilə yola saldı, vakant postu isə uaxınlarda “Lill”i tərk edən Paulo Fonseka tutmağa hazırlaşır. Xulen Lopeteqi ilə Serjio Konseysaonun namizədliyi çox tez aradan qalxdı, qarşıdakı günlərdə artıq Fonsekanın təyinatı elan olunmalıdı.

Vaxtilə “Yuventus”un qalmaqalla göndərdiyi Massimiliano Alleqri Turinə ikinci gəlişində üç mövsüm vicdanla çalışdı. Onun yerini iki mövsümdən sonra “Bolonya”nı tərk edən Tyaqo Motta tutacaq. Öz növbəsində Bolonyaya Florensiyadan Vinçentso İtalyano yollacaq. O, son üç mövsümdə “Fiorentina” ilə keçirdiyi üç finalın hamısında uduzub – ikisini Konfrans Liqasında, birini isə İtaliya kubokunda.

Avropa Liqasıbda İtaliyanı “Roma” ilə “Latsio” təmsil edəcək. Mövsümün gedişində Joze Mourinyou əvəz edən Daniele De Rossi yeni mövsümdə də “canavarlar”ı uğura daşımağa çalışacaq. Mauritsio Sarrinin əvəzinə gələn İqor Tudor isə artıq Romanə tərk edib, yaxın günlərdə “Latsio”da onu kimin əvəz edəcəyi açıqlanacaq.

Konfrans Liqasında A seriyasını yenə “Fiorentina” təmsil edəcək. “Bənövşəyilər”in “sükanı arxasında” isə “Montsa”da özünü yaxşı göstərən Raffaele Palladino dayanacaq. Əlbəttə, bu yayın ən möhtəşəm hadisəsi Antonio Kontenin son mövsümdə fiasko ilə üzləşən “Napoli”yə gəlişidi. Ünlü mütəxəssis Neapol klubu ilə üçillik müqavilə bağlayıb. “Torino”dan İvan Yuriiç gedib, onun yerini “Venetsiya”nı yenicə A seriyasına çıxaran Paolo Vanolinin tutacağı gözlənilir.

Gördüyünüz kimi, A seriyasının turnir cədvəlində ilk 10 yerdə qərarlaşan klublardan yeddisi baş məşqçisini dəyişib. Elə ikinci “10-luğ”da da bu mənada maraqlı hadisələr yaşanıb. Veteran Klaudio Ranyeri “Kalyari”ni tərk etdi və klub karyerasını bitirdiyini bildirdi. “Montsa”nın “sükanı arxasına” əfsanəsi Alessandro Nesta keçib. O, ötən mövsüm B seriyasında mübarizə aparan “Recana”nı çalışdırırdı. Dünya çempionatının bir başqa qalibi, 2006-cı ildə “Qızıı top”u da qazanan Fabio Kannavaro isə “Udineze”də qalmadı. Fabio mövsümün sonuna bir neçə tur qalmış qəbul etdiyi komandanı A seriyasında saxlasa da, klubun sahibi onun xidmətindən imtina etməyə qərar verdi.

İyunun ilk dekadası dünən başa çatdı. Ancaq göründüyü kimi, A seriyasının transfer bazarında maraqlı hadisələrin sayı-hesabı yoxdu. Çox güman, irəlidə bizi bundan da maraqlı hadisələr gözləyir. Axı məşqçi transferləri, adətən, futbolçu transferləri ilə də müşayiət olunur.

A seriyasının top-10 klubunda məşqçi dəyişiklikləri
komanda 2023/24 mövsümü 2024/25 mövsümü
İnter Simone İnzaqi Simone İnzaqi**
Milan Stefano Pioli Paulu Fonseka*
Yuventus Massimiliano Alleqri Tyaqo Motta*
Atalanta Can Pyero Qasperini Can Pyero Qasperini**
Bolonya Tyaqo Motta Vinçentso İtalyano
Roma Daniele De Rossi Daniele De Rossi**
Latsio İqor Tudor Marko Baroni*
Fiorentina Vinçentso İtalyano Raffaele Palladino
Torino İvan Yuriç Paolo Vanoli*
Napoli Françesko Kaltsona Antonio Konte
* - təyinat hələ rəsmən açıqlanmayıb.
** - vəzifəsini qoruyub.

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

29-05-2024, 19:0

Qasperini seçimini etdi

Dünya futbolu

25-05-2024, 19:0

Həmkarlarını arxada qoydu

Dünya futbolu

4-03-2023, 13:0

Tifozinin cavabını buterbrodla verdi

Dünya futbolu

6-04-2022, 15:0

Konte İtaliyada rekordçu oldu

Aktual
Rahid Usubov: "Artıq yeni komanda formalaşdırmışıq"
“Sabah” rəsmisindən “Liv Bona Dea Arena” açıqlaması – klub ora nə vaxt köçəcək?
Azərbaycanın klub futbolu güclənib, yoxsa rəqiblər zəifdi? – “bunlar göstərici deyil”
“Zirə” Kutaisidə dəstəksiz qaldı – Gürcüstanda 269 min azərbaycanlı ola-ola!
“Cəbrayıl” hələ satılmayıb
Eldəniz Yusubov: “Rəhbərlik hazırda yeni stadion axtarışındadı” - “Araz-Naxçıvan” stadionsuz qaldı
Son xəbərlər
  • Bu gün, 16:00
    Millimiz Avropa çempionatının pley-offunda
  • Bu gün, 15:32
    Rahid Usubov: "Artıq yeni komanda formalaşdırmışıq"
  • Bu gün, 15:02
    Asim Xudiyev “Braqa”nın oyununa təyinat aldı
  • Bu gün, 14:35
    İngiltərədə iş yerini dəyişdi
  • Bu gün, 14:04
    “Sabah” rəsmisindən “Liv Bona Dea Arena” açıqlaması – klub ora nə vaxt köçəcək?
  • Bu gün, 13:39
    "Neftçi" iştirak ərizəsini UEFA-ya təqdim etdi
  • Bu gün, 13:20
    “Kəpəz”də baş məşqçinin köməkçiləri müəyyənləşdi
  • Bu gün, 13:01
    Final matçına dövlət başçısı da baxacaq
  • Bu gün, 12:28
    DÇ-2026-da hamını qabaqlayır
  • Bu gün, 12:00
    Əvvəlki klubuna qayıdacaq
  • Bu gün, 11:27
    Azərbaycanın klub futbolu güclənib, yoxsa rəqiblər zəifdi? – “bunlar göstərici deyil”
  • Bu gün, 11:14
    Belçikadan İngiltərəyə üz tutacaq
  • Bu gün, 10:47
    Güləşçimiz Budapeştdə "bürünc" qazandı
  • Bu gün, 10:00
    “İmişli”dən ayrıldı, "Səbail"ə keçdi
  • Dünən, 23:59
    “Zirə” Kutaisidə dəstəksiz qaldı – Gürcüstanda 269 min azərbaycanlı ola-ola!
  • Dünən, 23:30
    Zidanın təyinatı zaman məsələsidi
  • Dünən, 23:11
    Mundialı antirekordçu kimi tərk edib
  • Dünən, 22:40
    "Qarabağ" - ÇSKA matçı üçün biletlər satışa çıxır
  • Dünən, 22:17
    "Sumqayıt"dan "Şamaxı"ya keçdi
  • Dünən, 21:48
    Bir neçə ay futbolsuz qala bilər
  • Dünən, 21:18
    “Cəbrayıl” hələ satılmayıb
  • Dünən, 20:33
    MY-də yeni qapıçı
  • Dünən, 20:00
    DÇ-də 64 komandanın oynayacağı gözlənilir
  • Dünən, 19:29
    Petkoviç postunda qaldı - DÇ-nin ETİMADI
  • Dünən, 19:03
    Mane beynəlxalq karyerasını başa vurdu - DÇ-nin AYRILIĞI
  • Dünən, 18:40
    Eldəniz Yusubov: “Rəhbərlik hazırda yeni stadion axtarışındadı” - “Araz-Naxçıvan” stadionsuz qaldı
  • Dünən, 18:09
    Zidanın təyinatı zaman məsələsidi
  • Dünən, 17:38
    "Azərlotereya" şirkəti ilə ilkin danışıqlarımız olub" - Elgiz Abbasov
  • Dünən, 17:25
    “Püşkün atılması ilə yeni mübarizənin start götürdüyünü elan edə bilərik” – Sənan Abdullayev
  • Dünən, 17:00
    Azərbaycan kubokunda finalın vaxtı açıqlandı
  • Dünən, 16:35
    Hamıdan yaxşı o oldu
  • Dünən, 16:04
    Baş məşqçi kimi yığmaya qayıtdı - DÇ-nin İSTEFASI
  • Dünən, 15:34
    "Kəpəz"in Gəncəyə qayıdışı təsdiqləndi, "Şamaxı" problemlə üzləşdi
  • Dünən, 15:22
    Premyer-liqada yeni mövsümün püşkü atıldı
  • Dünən, 14:36
    Gözlənilən təyinat rəsmən açıqlandı - DÇ-nin TƏYİNATI
Daha çox
Oxunub: 236
“Vestri” – “Qarabağ” matçını “CBC Sport” göstərməyəcək? – son durum açıqlandı
Oxunub: 235
Duran: düşünməmək bir ayıb, bunu dilə gətirmək iki ayıb – REPLİKA
Oxunub: 225
“Toral məndən “abi, bu, yoxlama oyunu deyilmi?” deyə soruşdu” – Bayramovu təəccübləndirən hadisə
Oxunub: 207
"Sabah"ın cavab oyunu yayınlanmaya bilər! - "Nyu Seynts"dən şok həmlə
Oxunub: 160
“Qarabağ”a tərif yağdırdı, azarkeş sayını azaltdı
Oxunub: 155
“Nyu Seynts” – “Sabah” matçının yayın problemi aradan qalxdı! – necə?
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə