• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Bu gündən etibarən yeni dönəm başlayır” - DETALLAR

Dünya futbolu

11-06-2024, 20:0

Ötən həftəsonu “Fənərbaxça” camiəsi tarixi bir prezident seçkisinə şahid oldu.

“Football-plus.az” xəbər verir ki, Əli Koç ilə Əziz Yıldırım arasında iki gün davam edən duel gözlənilən sonluqla bitdi. Koç yenidən – ardıcıl 3-cü dəfə prezident seçildi. Koç ilk 6 illik dönəmində camiənin çempionluq həsrətinə son qoya bilməsə də, “Fənər”lilər növbəti dəfə ona etimad göstərdilər. Bu yazıda unudulmaz anlara səhnə olan seçkiyə aid bütün detallarla sizi tanış edəcəyik.

Yıldırım məkanı tərk etdi
“Ülkər” stadionunun qapıları iyunun 8-də açıldı. Səhər saatlarından etibarən klubun rəsmi üzvləri, eləcə də Koç ilə Yıldırım və onların idarə heyətində yer alanlar stadiona axışmağa başladı. Diqqəti cəlb edən ilk məqam iki namizədin bir-biri ilə salamlaşmaması oldu. Seçkinin ilk günündə sesvermə nəzərdə tutulmamışdı. Sadəcə, namizədlər, eləcə də onların belə desək, əlaltıları kürsüyə çıxaraq mikrofon önündə son sözlərini və əlbəttə, planlarını açıqlamalıydı. İlk qalmaqalı çox gözləmək lazım gəlmədi. Daxili nizamnaməyə görə seçkini klubun rəsmi üzvlərinin yer aldığı komitənin sədri idarə etməliydi. Bu vəzifəni aprelin 27-dən bəri Şekip Mosturoğlu icra edirdi. O həm də Əziz Yıldırımın ən etibar etdiyi şəxslərdən sayılır. Ancaq Əli Koç gözlənilmədən kürsüyə çıxaraq seçkini aparacaq şəxsin səsvermə yolu ilə müəyyənləşdirilməsini təklif etdi! Əl qaldırmaqla aparılan səsvermədə Əziz Yıldırımla münasibətləri qaydasında olmayan Vəfa Küçük Mosturoğludan daha çox səs topladı. Yəni seçkini aparmaq məsuliyyəti Vəfa Küçükə etibar edildi. Bu isə “Fənər”in sabiq prezidentinin heç xoşuna gəlmədi. Vitse-prezident Erol Biləcik klubun maddi durumu ilə bağlı açıqlama verdiyi sırada Yıldırım bir andaca kürsüyə çıxdı. O, mikrofonu alaraq danışmağa başlamaq istəyərkən, Vəfa Küçük ona “məndən icazə almadız” deyərək iradını bildirdi. Yıldırım isə cavabında “sən seçilmədən yuxarı başda oturmusan” dedi. Vəfa Küçük “kürsü işğal edilib, oranı boşaltmalıyıq” dedikdən sonra Yıldırıma danışmaq üçün 30 saniyəlik vaxt verdiyini bildirdi. Əziz Yıldırım bunları dedi: “Hörmətli “Fənər”lilər. 1 dəqiqə məni dinləyin. İstərdim ki, camiəyə yaraşan seçki olsun. Amma az öncəki səsvermə qeyri-demokratik şəkildə aparıldı. Ona görə də mən burdan ayrılıram! Sabah səsverməyə gələcəm. İstəyən qala bilər, istəyən də ayrıla bilər”. Yıldırım daha sonra kürsüdən düşərək və Əli Koçla ayaqüstü qısa söhbət edərək stadiondan ayrıldı.

Yıldırım Koçun təklifini qəbul etdi
Gün ərzində Yıldırımın hətta namizədliyini geri çəkəcəyi haqda şayiələr də yayıldı. Amma o, bunu təkzib etdi:

“Heç yerə çəkilmək fikrim yoxdu. Sabah stadionda olacam. Bu gün ordan ayrılmasam, çox böyük olaylar yaşanacaqdı. Əli bəy dalaşmağımızı istəyir. Amma mən camiəmizə yaraşan bir seçkinin baş tutmasını istəyirəm. Ona görə də ordan ayrıldım. Onlar gərgindi. Biz isə zatən son 1 ayda olduğu kimi rahatıq. Sözlərimlə komandanın üzərindəki ölü torpağı götürdüm. Onlara yol göstərdim. Hədəfimə çatdım. Əslində kürsüdə söz alarkən camiəyə bir sürprizim olacaqdı. Onlara 50 milyon dollarlıq təminat məktubu təqdim edəcəkdim. Gələn mövsüm çempion ola bilməsək, bu pulu “Fənərbaxça”ya bağışlayacaqdım”.

Amma əsas olay axşama yaxın baş verdi. Əli Koç Yıldırımın stadionu tərk etməsinin ardından kürsüdə bunları demişdi:
“Ürəyinizdə qalan sözləri deyə bilmədiz. Bu dəvəti sizə tarixdə sonuncu dəfə edirəm. Bir daha heç vaxt etməyəcəm. Bu axşam istədiyiniz yerdə, istədiyiniz kanalda görüşək. Söyləyə bilmədiklərinizi söyləyin. Mən də demək istədiklərimi sizin üzünüzə baxaraq söyləyim”.

Təxminən yerli vaxtla saat 20.00-da Yıldırımdan reaksiya gəldi. O, dəvətə müsbət cavab verərək “bu axşam Koçun seçəcəyi beynəlxalq bir kanalda onunla canlı yayına çıxacam” açıqlamasını verdi. Əvvəlcə “Fox TV”nin yerinə fevraldan etibarən yayına başlayan “Now TV” külli miqdarda pul təklif etdi. Hər iki başqan tələb etdi ki, ödəniləcək məbləğ “Fənərbaxça”nın büdcəsinə daxil olsun. Amma Əziz Yıldırımın tələbləri kanalın dəyişməsinə səbəb oldu. O əvvəlcə canlı yayının moderatorsuz keçirilməsini istədi. Sonra isə “moderator olsun, amma çox da söhbətə qarışmasın” tələbini irəli sürdü. “Now TV” rəhbərliyi bunun jurnalistika və azad mətbuat prinsiplərinə zidd olduğunu bildirərək təklifi geri çevirdi. Bu üzdən təxminən saat 21.00-da tarixi canlı yayının “Habertürk” kanalında reallaşacağı məlum oldu. Əslində verilişin moderatoru Mehmet Akif Ersoy olmalıydı. Amma o, Yıldırımın “sual vermək olmaz” tələbini qəbul etmədi. Bu tələbi kanalın gənc əməkdaşı Ahmet Selim Kul qəbul etdi.

Reytinq rekordlarını alt-üst edən canlı yayın
Yerli vaxtla saat 23.00-da “Habertürk”ün canlı yayınında Əli Koçla Əziz Yıldırım üz-üzə gəldi. Düzdü, onların əlbəyaxa olacağı gözlənilmirdi. Amma yayının bu dərəcədə sakit və qışqır-bağırsız bir ab-havada keçəcəyi də proqnozlaşdırılmırdı. Yıldırım, adətən, emosionallığı və aqresivliyi ilə seçilir. Bu dəfə onun daha sakit olması üzündən yayın qalmaqalsız ötüşdü. Bir saatdan bir qədər artıq davam edən yayında tərəflər tam mədəni şəkildə bir-birinə iradlarını bildirdi. Onların sağollaşarkən hətta bir-birinin əlini sıxıb öpüşməsi diqqətdən qaçmadı. Bu yayın Türkiyə televiziya tarixində indiyə qədər olan izlənmə rekordlarını alt-üst etdi! Təsəvvür edin ki, canlı yayın zamanı ölkədə internetin sürətində 12 faizlik eniş yaşandı. Adətən, belə durum Türkiyə ərazisində iftar saatlarında və “Kurtlar Vadisi” serialı vaxtı yaşanırdı. “Habertürk”ün canlı yayınında analizlərə görə 78 faizlik izlənmə göstəricisi qeydə alındı. Türkiyə televiziya tarixində reytinqlərin ölçülməsinə start verildiyi andan bəri heç bir canlı yayın bu cür izlənmə faizinə malik olmamışdı. Və nəhayət, qeyr-rəsmi məlumata görə “Habertürk” bu yayına görə “Fənərbaxça”ya 14 milyon dollar (!!!) ödəyib.

Koç özünə məxsus rekordu yenilədi
Bu qədər maraqlı hadisələrə səhnə olan ilk günün ardından ertəsi gün, yəni iyunun 9-da, nəhayət, bütün diqqətlər səsverməyə yönəldi. Rəsmən klubun 46410 üzvünün səsvermə hüququ var idi. Amma onlardan bəziləri aylıq üzvlük haqqını vaxtında ödəmədikləri üçün səs vermək hüququnu itirmişdilər. Həmin şəxsləri çıxdıqdan sonra seçkidə təxminən klubun 32-33 min üzvünün iştirak edəcəyi gözlənilirdi. Düzdü, rəqəmlər bu həddə çatmadı. Budəfəki seçkilərdə 27 mindən çox insan iştirak etdi. Amma bu da yeni rekord üçün yetərli oldu. Əvvəlki rekord 2018-in yayında qeydə alınmışdı. Həmin vaxt da Koçun Yıldırımla mübarizəsinə səhnə olan seçkidə “Fənər”in 21 min üzvü iştirak etmişdi. Müqayisə üçün bildirək ki, ötən ay “Qalatasaray”da baş tutan seçkidə cəmi 4415 nəfər iştirak etmişdi.

“Fənərbaxça”da seçki səhər başlayıb yerli vaxtla saat 17.00-a qədər davam etdi. 27489 səsdən 26947-si keçərli sayıldı. 500-dən çox səs müxtəlif səbəblərə görə keçərli sayılmadı. Məsələn, üzvlərdən biri “Fənər”in serbiyalı vingeri Duşan Tadiçə (!) səs vermişdi. Tadiçə verilən səsin şəklinin paylaşılması sosial şəbəkələrədə böyük maraq doğurdu. Beləliklə, Əli Koç 16464, Əziz Yıldırım isə 10483 səs topladı. Koç 6 il əvvəlki rekordunu yeniləyərək klub tarixində ən çox səs toplayan prezident oldu! O, 6 il öncə 16092 səs toplamışdı. Yıldırım 2018-də topladığı 4644 səslə müqayisədə bu dəfə xeyli irəliləyişə nail olsa da, yenə də Koça qalib gələ bilmədi. Nəticələr bəlli olandan sonra isə iki başqan arasında bütün camiənin həsrətində olduğu səmimi görüntülər ortaya çıxdı. Əli Koç Yıldırımın və onun idarə heyətinin üzvlərinin yanına gedərək hamısı ilə bir-bir görüşdü. Sonra bu ikili birlikdə kürsüyə çıxdı. Orda Yıldırım Koçu qələbə münasibətilə təbrik etdi. Təbii ki, “sarı-lacivərdlilər”in yeni çalışdırıcısı Joze Mourinyo da bu tarixi anlardan kənar qalmadı. Əli Koçun prezident seçilməsinin ardından portuqaliyalı mütəxəssis “instaqram”da şəkil paylaşaraq “özəl bir klub! Haydı, “Fənərbaxça” ifadəsini yazdı. Bundan başqa, o, klubun rəsmi səhifəsinin seçkiyə aid paylaşımını da bəyəndi.

Əl-ələ kürsüyə
O qədər də üzgün görünməyən və Əli Koçla birlikdə kürsüyə çıxan Əziz Yıldırım bunları dedi:
“Əziz “Fənərbaxça”lılar, bu gün “Fənərbaxça”ya yaraşan bir seçki keçirdik. Mən və köməkçilərim üzərimizə düşəni etdik. Yol xəritəsini müəyyənləşdirdik. İnşallah, Əli Koç və yanındakılar həmin xəritə ilə hərəkət edərək qarşıdakı mövsümdə “Fənərbaxça”nı çempion edəcəklər. Biz də əlimizdən gələn dəstəyi verəcəyik. Hamınızı sevirəm. Yaxşı ki, varsız. Yaxşı ki, “Fənərbaxça”lıyıq”.


Yıldırımın açıqlamalarının ardından bir müddət təbrikləri qəbul edən Əli Koç isə bunları dedi:
“Gözəl, demokratik, həyəcanlı, coşqulu, bəzi anlarda gərgin bir seçkini başa vurduq. 28 minə yaxın üzvümüz səs verdi. Bu, “Fənərbaxça”da demokratiya adına çox böyük bir rekorddu. Türkiyədə heç bir klub bu göstəriciyə yaxın da düşə bilməz. Camiəmizin böyüklüyünü bir daha hər kəsə göstərdik. Mənə rəqib olan Əziz Yıldırıma, onun idarə heyətində yer alanlara, klubun bütün rəsmi üzvlərinə həm öz adımdan, həm də camiəmiz adından təşəkkür edirəm. Bu gündən etibarən yeni dönəm başlayır. Uğurlara doyacağımız, dünyada “Fənər”li olmayanların belə klubumuzu izləyəcəyi, fanatlarımızın sayının artacağı, marka dəyərimizin inkişaf edəcəyi və beynəlxalq arenalarda uğurlar əldə edəcəyimiz bir dönəm başlayır. Artıq məşqçi və oyunçularla bağlı müzakirələri bir kənara qoymağın vaxtıdı. Enerjimizi belə şeylərə yox, yıxmaq istədiyimiz sistemə xərcləyək”.


Koç klubun rəsmi kanalına isə bunları dedi:
“Başa çatmamış işlərim və mübarizəm var. Dünyanın gəlmiş-getmiş ən güclü məşqçilərindən birini gətirmişik. Bunun hər baxımdan faydasını görəcəyimizə inanıram. Əslində mən seçkiyə 30-35 min adamın gələcəyini gözləyirdim. Amma dünən elə ab-hava yaradıldı ki, sanki seçki başa çatdı. Bunun da müəyyən rolu oldu. Əziz bəylə birlikdə canlı yayına çıxmağımız çox gözəl oldu. Mənə tərəf bir addım atana mən on addım ataram. Yıldırım da daxil olmaqla bütün sabiq yönəticilər “Fənər”ə xidmət etməlidi. Bu cür düşməçilik camiəmizə lazım deyil. Çünki belə olduqda hər kəsin dilinə, sosial şəbəkələrin oyuncağına çevrilirik. “Fənər”lilər bu dediklərimi yaxşı düşünsün”.


“Qalatasaray” başqanı nə dedi?
Bu arada “Qalatasaray” prezidenti Dursun Özbək də “Fənərbaxça”dakı prezident seçkisinə və iki namizədin rekordlar qıran canlı yayınına biganə qalmadı. Bunu gözləmək olardı. Çünki yayın zamanı Koç da, Yıldırım da bir neçə dəfə Özbəyə söz atdı. Məsələn, Yıldırımın
“Dursun Özbək bir dəfə sözləri ilə səni sıxışdırmağa çalışdı. Mən isə onun sözlərinin heç bir ağırlığının olmadığını dedim. Halbuki bu sözləri demək asan deyildi”


ifadəsinə Koç “Dursun Özbək elə insandı ki, ona hər sözü demək asandı” ifadəsi ilə cavab verdi. Sonda sözü verək Dursun Özbəyə:
“Onların seçkisini izlədik. Biri o birini söyür, biri digərinin üstünə hücum çəkir... İki namizəddən biri oranı tərk edir. Digəri təkbaşına danışmaq məcburiyyətində qalır. Sonra axşam ikisi də canlı yayına çıxdı. İki idman adamı üz-üzə gəldiyi üçün insanlar yayına maraq göstərdi. Amma futbolla, idmanla əlaqəsi olmayan, Türkiyə idmanına heç bir faydası dəyməyən bir yayın izlədik. Atasının pulu hesabına qabağa gedən şəxsin sözləri diqqətimi çəkdi. Sözlərinə diqqət yetirsin. “Qalatasaray” prezidentinin adını ağzına alarkən iki dəfə düşünsün. Bu, sənin üçün insanları yalandan tribunaya toplayıb və “çempionatdan çəkilirəm” deyib geri çəkilmək deyil. Zatən Türkiyəyə heç bir faydası olmayan həmin yayın yarımçıq kəsildi. Onların ikisinə də tövsiyə edirəm ki, ölkə idmanının tarixini öyrənsinlər. Açdığımız sərgini gəlib izləsinlər. O zaman Türkiyənin ən böyük klubunun adını öyrənmiş olacaqlar. Əli bəy həddini bilsin. Atasının hesabına qabağa getsə belə, bu sözləri söyləməyə haqqı yoxdu. Canlı yayına iki dənə uğursuz başqan çıxmışdı. Zatən belə davam etsələr, uğur qazanmaq şansları yoxdu və ola da bilməz. Prezident olduqları müddətdə “Qalatasaray”ın uğurlarını izləməkdə, yaşamaqda davam edəcəklər”.

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

14-05-2024, 18:0

Koç namizəd oldu, Saran geri çəkildi

Dünya futbolu

30-05-2024, 23:0

“Gələn mövsüm daha güclü heyət quracağıq” - Koç Yıldırımın cavabını verdi

Dünya futbolu

25-03-2023, 11:0

Əziz Yıldırıma təzminat ödəniləcək!

Dünya futbolu

25-05-2024, 16:0

Koçla Yıldırımın idarə heyəti bəlli oldu - NİK derbidəki qalmaqalla bağlı cəzaları açıqladı

Dünya futbolu

27-11-2022, 11:0

“Fənərbaxça”nın stadionunun adı dəyişə bilər!

Aktual

9-06-2024, 15:0

Acun Əziz Yıldırımı məhkəməyə verdi! - Kartal Səudiyyə Ərəbistanında işləyə bilər

Aktual
"Burda əsl ailə ab-havası hökm sürür" - Emil Balayev
DÇ-2026-ya yollanacaq futbolçu "Qarabağ"da!
“Yeni baş məşqçimiz yaxın günlərdə açıqlanacaq” - “Şəfa”dan cavab
Ramil Şeydayevin növbəti dayanacağı hara olacaq?
AFFA “Turan Tovuz”a məsləhət verdi – “CAS-a şikayət edin”
"Turan Tovuz" məhkəmədən qalib ayrılacaq" - "Ultras Turan"ın rəhbəri günahkarlara səsləndi
Son xəbərlər
  • Dünən, 23:58
    Minifutbol millimiz ikinci dəfə Avropa çempionu oldu!
  • Dünən, 23:30
    "Rəqibin harda boşluqlar verdiyini bilirik" - Siyasət Əsgərov
  • Dünən, 22:58
    Azarkeşlərin tənqidinə məruz qaldı
  • Dünən, 22:28
    "Burda əsl ailə ab-havası hökm sürür" - Emil Balayev
  • Dünən, 21:57
    Onun yolu Madridədi?
  • Dünən, 21:26
    "Hər iki görüşdə qələbə qazanmaq niyyətindəyik" - Ayxan Abbasov
  • Dünən, 20:55
    Milli komandada yeni təyinat
  • Dünən, 20:24
    Yeni kapitan oldu
  • Dünən, 19:53
    Romadan Milana üz tuta bilər
  • Dünən, 19:22
    “Ayın qolu” layihəsində qaliblər açıqlandı
  • Dünən, 18:47
    DÇ-2026-ya yollanacaq futbolçu "Qarabağ"da!
  • Dünən, 18:20
    Tellur daha iki il "Sabah"da
  • Dünən, 17:50
    "Karvan-Yevlax" Mateusla vidalaşdı
  • Dünən, 17:29
    Messi ilə birgə oynayacaq
  • Dünən, 16:58
    Mövsümün ən yaxşı futbolçusu seçildi
  • Dünən, 16:27
    "Qəbələ" Murad Musayevlə vidalaşdı
  • Dünən, 15:56
    “Şəfa” Avropa Futbol Klubları təşkilatına üzv oldu
  • Dünən, 15:26
    "Sabah" Amin Seydiyevlə yollarını ayırdı
  • Dünən, 14:55
    ''Beşiktaş'' italiyalı məşqçi ilə anlaşa bilər
  • Dünən, 14:24
    ''Trabzonspor'' Onananın daha bir il qalmasını istəyir
  • Dünən, 13:53
    Karrikin aqibəti müəyyənləşdi
  • Dünən, 13:22
    Sterlinq nəyə görə saxlanılıb?
  • Dünən, 12:51
    "Karvan-Yevlax"dan ayrıldı, İsrail klubuna keçdi
  • Dünən, 12:20
    Montella bu sistemin Türkiyə üçün ən optimal variant olduğunu düşünür - ''Bunun ən gözəl örnəyi PSJ-di''
  • Dünən, 11:59
    Belə bölgə futbolu kimə lazımdı?
  • Dünən, 11:41
    "Şamaxı" da növbəti ayrılıq - Enrike də getdi
  • Dünən, 11:20
    “Yeni baş məşqçimiz yaxın günlərdə açıqlanacaq” - “Şəfa”dan cavab
  • Dünən, 10:59
    Millimiz final oyununa çıxır - AÇ
  • Dünən, 10:28
    ''Qalatasaray''ın Türkiyə yığmasının üzvü üçün təklif etdiyi məbləğ bəlli oldu
  • Dünən, 09:57
    Addai "Qarabağ"la vidalaşdı
  • 3-06-2026, 23:0
    Keyn ilə Olise Münheni tərk edəcəklər?
  • 3-06-2026, 23:0
    A seriyasında istefa
  • 3-06-2026, 22:0
    "Qarabağ"ın U-14 komandası beynəlxalq turnirdə iştirak edəcək
  • 3-06-2026, 22:0
    "Şahdağ Qusar"ın idman direktoru müəyyənləşdi
  • 3-06-2026, 22:0
    Paytaxt klubunu tərk edəcək
Daha çox
Oxunub: 409
Qurban Qurbanov Addainin əl-qolunu bağlamasaydı...
Oxunub: 219
Nəsimi Paşayev: "Yazılanların hamısı dezinformasiyadı" - "Turan Tovuz" avrokuboklara buraxılacaq?
Oxunub: 211
“Sxadadzenin müqaviləsinə xitam verilməsi gözlənilmir” – Səbuhi Səfiyarlı
Oxunub: 205
“Baş məşqçi vətənindədi, nə vaxt qayıdacağını bilmirəm” – “Neftçi” nə edir?
Oxunub: 169
“Əlbəttə, bu qərar bizi məyus etdi” – Tovuzdan reaksiya
Oxunub: 164
"Araz-Naxçıvan"ın yeni baş məşqçisi Cavid Hüseynovdu? - özü danışdı!
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə