• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Gələn mövsüm daha güclü heyət quracağıq” - Koç Yıldırımın cavabını verdi

Dünya futbolu

30-05-2024, 23:0

Növbəti dəfə çempionluq həsrətinə son qoya bilməyən “Fənərbaxça” camiəsində artıq bütün diqqətlər iyunun 8-9-da keçiriləcək prezident seçkisinə yönəlib.

“Football-plus.az” xəbər verir ki, Əziz Yıldırımla Əli Koç artıq bir-birinə qarşı sərt tənqidlər, hətta ittihamlar yönəltməyə başlayıblar. Yıldırım srağagün İzmirdə keçirilən tədbirdə “Fənərbaxça” prezidenti edə bilməyəcəyi şeyə söz verməməlidi. Biz çempionluğa inanmayan birini prezident seçə bilmərik. Komandanın indiki durumu mən 2018-də ayrılarkən olan durumdan yaxşı deyil” deməklə diqqəti çəkdi. Dünən isə o, yeni stadion layihəsini təqdim etdi. Yıldırım başqan seçiləcəyi təqdirdə “Ülkər” stadionunun görünüşünün dəyişəcəyini və tutumunun 60 minə yüksələcəyini bildirdi. Əli Koç cavab vermək hüququndan dünən idarə heyətinin üzvləri ilə görüşdə yararlandı. O, bunları dedi:

“Bu vəzifəyə gəldiyimiz gündən bəri “Fənərbaxça”ya qarşı hər cür haqsızlığa yol verənlərə qarşı mübarizə apardıq. İşimi tamamlamadığım üçün yenidən namizəd olmaq qərarına gəldim. Həm də köhnə təfəkkürün bura qayıtmasına imkan vermək istəmirəm. Sabiq başqanımız “Fənərbaxça”nın önünü kəsəni əzəcəm” deyir. Halbuki bu haqsızlıqla ən çox o özü qarşılaşmışdı. 7 il ərzində 3 dəfə çempionluğumuz son dəqiqələrdəki “oyunlarla” əlimizdən alındı. Avtobusumuz atəşə tutuldu. İndiyə kimi də günahkarlar tapılmayıb. Nə oldu, bu haqsızlığa yol verənləri nə üçün o zaman əzmədi? Nə üçün bu günləri gözlədi? İqtidarda olarkən, yəni əli qüvvətli ikən bunu edə bilməyən adam indi necə edəcək? “Bu klubu çempion edəcəyik, amma borclar məni maraqlandırmır” nə deməkdi? Borc səni necə maraqlandırmaya bilməz? Biz gələndən sonra CAS-da neçə işi bağladıq? İndi bir futbolçuya da borcumuz yoxdu. Bu 6 ildə bizim heç nə etmədiyimizi söyləmək, sadəcə, nankorluqdu! “Mən borca qarışmıram, yalnız çempion etməyə gəlirəm” ifadəsi isə ucuz populizmdən başqa bir şey deyil. Qapalı meydanlarda bir-birimizə söz atmaq, ləkə yaxmaq zamanı deyil. Gəlin, cəsur və mədəni şəkildə üz-üzə görüşək. Səsləndirdiyi iddialara güvənən şəxs bunu digər namizədin üzünə söyləməkdən çəkinməməlidi. “Fənərbaxça”nı “Koçspor” adlandıranlar utansın. Siz klubdan ayrılarkən heç forma sponsoru belə yox idi. İndi bütün idman növlərində “Fənərbaxça”nın formasında reklam üçün boş yer yoxdu. İdman direktorumuz Mario Brankonun işindən razıyam. Geridə qoyduğumuz mövsüm onunla yaxşı işlərə imza atdıq. Yeni mövsümdə də bizimlə yola davam edəcək. Artıq neçə aydı köməkçiləri ilə birlikdə yeni mövsümün çalışmalarına başlayıb. Əslində heyətlə bağlı elə də ciddi problemimiz yoxdu. İrfan Can, Fərdi, Fred, Osayi-Samuel... Astronomik təkliflər almasaq, bu futbolçuların hamısı bizimlə qalacaq. Gələn mövsüm budəfəkindən də güclü heyət quracağıq. Keçmişdə yol verdiyimiz səhvlərdən topladığımız təcrübə sayəsində transfer bazarında daha inamnlı hərəkət edəcəyik. Son illərdə satışlardan əldə etdiyimiz gəlir, futbolçularımıza olan maraq düzgün yolda olduğumuzu göstərir. Xüsusilə son 2 ildə hansı klublara futbolçu satdığımızı hər kəs bilir. Biz hər kəsi yendik, sistemi yenə bilmədik. Amma gələn mövsüm sistemi də yenəcəyik. O şüşə tavanı bircə dəfə qıra bilsək, özünüz də görəcəksiz ki, ardıcıl çempionluqlar qazanacağıq. Çox güclü bir idarə heyəti qurduğuma inanıram”.

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

14-05-2024, 18:0

Koç namizəd oldu, Saran geri çəkildi

Dünya futbolu

14-05-2024, 11:0

Saran prezidentliyə ilk namizəd oldu

Aktual

16-05-2024, 21:0

“Fənərbaxça”nı çempion etməyə gəlirəm” - Əziz Yıldırım prezidentliyə namizədliyini rəsmən açıqladı!

Dünya futbolu

24-06-2022, 23:0

Klublar Birliyinin yeni sədri kim seçildi?

Dünya futbolu

9-04-2022, 22:0

''Qalatasaray'' ''Fənərbaxça''ya bir ilki yaşada bilər!

Aktual
Sərfəli təklif aldılar, klubu elitada saxlayan futbolçunu satdılar
Mümkünsüz arzularla alovların arasından üzmək... – Dambrauskas şeir dedi
“Çempionat bitəndən sonra rəhbərliklə aramızda fikir ayrılığı yarandı” - Rahid Əmirquliyev
“Payde” Sumqayıtda yalqız qalacaq!
"Qarabağ"ın oyununda bizi narahat edə biləcək çox məqam var"- ÇSKA-nın baş məşqçisi
“Bu səbəbdən ona oyunlarda şans vermirəm” – Abbas Hüseynovun taleyi bəlli oldu
Son xəbərlər
  • Dünən, 22:52
    AFFA-nın baş katibi milli üzvləri ilə görüşdü
  • Dünən, 22:21
    "Turan Tovuz" Türkiyə klubu ilə qarşılaşacaq
  • Dünən, 22:16
    "ÇSKA-ya qarşı səhv etmək olmaz" - Qurban Qurbanov
  • Dünən, 22:10
    Caz nazirliyi
  • Dünən, 21:20
    "Sabah" Maludanı "Bazel"ə satdı - RƏSMİ
  • Dünən, 20:59
    “Qurban Qurbanov taktiki tələlər qura bilir” – “Qarabağ”ın sabiq futbolçusundan ÇSKA-ya xəbərdarlıq
  • Dünən, 20:26
    İspaniyadan İngiltərəyə üz tutdu
  • Dünən, 19:55
    ''Qalatasaray'' prezidentindən İkardi etirafı - ''Ondan cavab gözləyirik''
  • Dünən, 19:24
    Klubu ilə yenidən anlaşdı
  • Dünən, 18:53
    Sərfəli təklif aldılar, klubu elitada saxlayan futbolçunu satdılar
  • Dünən, 18:22
    Almaniyalı əfsanə Musialaya xəbərdarlıq etdi
  • Dünən, 17:51
    ÇSKA-da taktiki sxem və heyət dəyişikliyi – fərqli oyun, yoxsa tələ?
  • Dünən, 17:20
    “Araz-Naxçıvan” azarkeşlərdən bir qədər də uzaqlaşdı – klub problemi necə həll edəcək?
  • Dünən, 16:59
    Mümkünsüz arzularla alovların arasından üzmək... – Dambrauskas şeir dedi
  • Dünən, 16:28
    “Çempionat bitəndən sonra rəhbərliklə aramızda fikir ayrılığı yarandı” - Rahid Əmirquliyev
  • Dünən, 15:57
    “Artıq milli komandanın baş məşqçi vəzifəsinə namizəd deyiləm” - Pirlonun “skuadra adzurra”ya təyinatı niyə rəsmiləşmədi?
  • Dünən, 15:36
    “Bəzi suallara istədiyim cavabı verə bilməyəcəm” – Rəşad Sadıqov
  • Dünən, 15:15
    “Payde” Sumqayıtda yalqız qalacaq!
  • Dünən, 14:54
    “Karvan-Yevlax”dan növbəti transfer
  • Dünən, 14:23
    "Qarabağ"ın oyununda bizi narahat edə biləcək çox məqam var"- ÇSKA-nın baş məşqçisi
  • Dünən, 13:52
    “Bu səbəbdən ona oyunlarda şans vermirəm” – Abbas Hüseynovun taleyi bəlli oldu
  • Dünən, 13:31
    ''Qalatasaray'' istəyir, ''Ayntraxt'' buraxmır
  • Dünən, 13:00
    “İmarət Avropa” "Qarabağ"ı tək qoymayacaq
  • Dünən, 12:39
    “İtaliyada insanları nəticədən başqa heç nə maraqlandırmır” - Fonseka “Milan”da işlədiyi dönəm haqda nələr dedi?
  • Dünən, 12:18
    "Hər şey yaxşıdı, amma davam etmək lazımdı" - Aleksey İsayev
  • Dünən, 11:57
    Azərbaycan klubu ilə anlaşdı, Bolqarıstana qaçdı
  • Dünən, 11:36
    ''Qalatasaray''ın sabiq üzvündən şok sözlər - ''Bunları çox az insan görmək istəyər''
  • Dünən, 11:15
    "Kəpəz" Qətər klubuna qarşı
  • Dünən, 10:54
    Millimiz Çexiya ilə üz-üzə gələcək
  • Dünən, 10:33
    “Sabahın Ulduzları” turnirinin püşkü atıldı
  • Dünən, 10:13
    Qurban Qurbanovdan Sofiya səfəri ilə bağlı gözlənilməz qərar – o, qələbənin açarını tapıb?
  • Dünən, 09:52
    İki güləşçimiz dünya çempionatının finalında
  • Dünən, 09:31
    "Çox keyfiyyətli və yaxşı məşqçi tərəfindən hazırlanan komandaya uduzduq" - KuPS-un baş məşqçisi
  • Dünən, 09:00
    Türkiyə klubu 900 minə aldığı oyunçunu 15 milyona satdı!
  • 28-07-2026, 23:0
    İngiltərədə klubunu dəyişəcək
Daha çox
Oxunub: 280
Qurban Qurbanovdan Sofiya səfəri ilə bağlı gözlənilməz qərar – o, qələbənin açarını tapıb?
Oxunub: 213
“İmişli”nin taleyi bəlli oldu – Arazın bu tayından Kürün o tayına
Oxunub: 206
“Bu səbəbdən ona oyunlarda şans vermirəm” – Abbas Hüseynovun taleyi bəlli oldu
Oxunub: 164
Mahir Polşada bəxtsizlikdə üzləşdi - ilk tur matçında nə baş verdi?
Oxunub: 151
ÇSKA-nın stadionunda 72 saatda üç oyun keçiriləcək – ot örtüyü “Qarabağ”a problem yarada bilər!
Oxunub: 115
“Bu mövzu ilə bağlı sualları Cavid Hüseynova ünvanlamaq daha doğru olar” – “Cəbrayıl” niyə satıldı?
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə