• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Arif Əsədov dominant futbol, Emin Mahmudov qələbə mesajı verdi

Yığma / Manşet

11-06-2024, 16:0

Futbol üzrə əsas millimiz bu gün yoldaşlıq oyunu çərçivəsində Qazaxıstanla qarşılaşacaq.

Dünən oyunöncəsi mətbuat konfransında yığmamızın baş məşqçi əvəzi Arif Əsədov və kapitan Emin Mahmudov iştirak edib. Əvvəlcə Arif bəy jurnalistlərin suallarını cavablayıb:

“Çox qısa müddətdi Qazaxıstanla oyuna hazırlaşırıq. İndiyə qədər futbolçuların fiziki yorğunluğunu aradan qaldırmağa və psixoloji cəhətdən matça kökləməyə çalışdıq. Bu gün son məşqə çıxacağıq. Sabah çıxış edəcəyimiz oyun üslubu üzərində işləyəcəyik. Bəzi oyunçularla bağlı problem var. Coşqun Diniyev zədəlidi. Bəhlul Mustafazadəyə isə Albaniyayla görüşdə aldığı zədə çətinliklər yaradır. Bugünkü məşqdən sonra onlarla bağlı yekun qərar veriləcək. Heyətdə dəyişikliklər ola, bu dəfə fərqli oynaya bilərik. Bütün məşqlərimizi bu istiqamətə yönəldirik. Oyunda dominant tərəf olmağa, rəqibə meydanın özünə aid hissəsində təzyiq göstərməyə çalışacağıq. Bunun üzərində işləmişik”.

– Qazaxıstan tanış rəqibdi. Çünki Millətlər Liqasında qarşılaşmışdız. Demək olar ki, siz onları daha yaxşı tanıyırsız?
– Bəli, bu kollektivlə üçüncü dəfə üz-üzə gələcəyik. Necə oynadıqlarını bilirik. Ermənistanla matçlarını təhlil etmişik. Sistemində dəyişiklik yoxdu.

– Albaniya ilə matçda Rahil Məmmədovu sağ cinahda oynatdığınıza görə həm mediada, həm də sosial şəbəkələrdə tənqid edildiz. Bu addımın səbəbi nə idi?
– Milli üçün iki model üzərində işləyirik. Biri ortabab, bizdən daha səviyyəli komandalara, ikincisi bizim kimilərə qarşı oyun üslubudu. Albaniyayla oyunda Bolqarıstanla görüşdəki sistemə əsasən çıxış etdik. Çünki hər iki kollektiv bizdən üstündü. Albaniyaya qarşı dörd müdafiəçiylə oynadıq. Rahil müdafiəmeyilli çıxış etdiyinə görə belə qərar verdik. Təbii ki, oyunu gücləndirmək lazım olanda başqa modellə oynayırıq.

– Sağ cinah müdafiəçisi kimi hansı futbolçu oynayacaq?
– Bu mövqe üçün Amin Seydiyev və Qismət Alıyevi düşünürük. İkisindən biri olacaq.

– Albaniya ilə oyunun ikinci hissəsində nisbətən daha az təcrübəsi olan oyunçuları meydana buraxdız. Sabah yenə həmin yanaşma qalacaq, yoxsa önəmli olan nəticədi?
– Son yoldaşlıq oyunlarımızdı. İki aydan sonra rəsmi matçlar başlayır. Heyətin formalaşması baxımından hər iki istiqamətdə iş görürük. Əsas heyət oyunçularının kimliyinə azı yetmiş faiz aydınlıq gətirməliyik. Oyunu kimlərlə gücləndirəcəyimizi bilmək üçün təcrübəsiz futbolçuları da qazanmalıyıq.

– Bununla həm də gələcək baş məşqçiyə daha çox futbolçu seçimi üçün şərait yaradırsız?
– Əlbəttə, gələn baş məşqçi komadanın özəyinin hansı futbolçular olduğunu bilməlidi. Bəzi oyunçuların fiziki durumu aşağı ola bilər. Amma əlimizdəkilər bunlardı. Hər birindən istifadə etməliyik.

“Futbol+”in əməkdaşı həmin mətbuat konfransında iştirak etməsə də, bəzi suallarına cavab almaq üçün Arif Əsədovla əlaqə saxlayıb.
– Mətbuatda yayılan məlumata görə, Filip Ozobiç və Eddi İsrafilov əvvəlki oyunlar üçün söz verilən mükafatları tam almadıqları üçün zədələndiyini deyərək dəvətinizi qəbul etməyib. Bu haqda nə deyə bilərsiz?
– Bu xəbəri eşidəndə çox təəccübləndim. Eddinin məndə səs yazısı var. O, ağrıları olmasına baxmayaraq, “Sabah”la matçda iynə vasitəsilə meydana çıxıb. Oyundan sonra isə durumu ağırlaşıb. Yoldaşlıq oyunu olduğu üçün xahiş etdi ki, zədəsini sağaltmaq üçün ona icazə verək. Dediklərim Filip üçün də keçərlidi. Yəni hər ikisi zədəlidi. Ümumiyyətlə, futbolçunun sağlamlığı önəmlidi. Lakin o özü milliyə dəvət almaq üçün can atmalıdı. Əksi ola bilməz. Biz kiməsə yalvarmamalıyıq. Əvvəlki toplanışda Mahir Emreli, Anton Krivotsyuk və Aleksey İsayev yox idi. Əvəzinə başqalarını çağırdıq və keçirilən oyunlarda pis çıxış etmədik. Kimsə yoxdusa, başqaları var. Əvəzedilməz futbolçu yoxdu. Həmişə belə olub. Məşqçi, oyunçu gəlir-gedir, amma milli həmişə qalır. Bunun dəyərini bilmək lazımdı. Oyunçu yığmaya pula görə gəlməməlidi. Belə şey varsa, həmin adamı bir daha dəvət etmərəm. Biz məşqlər zamanı ilk iş kimi millinin dəyərini aşılamağa çalışırıq. Onu da deyim ki, toplanışdan əvvəl futbolçularla əlaqə saxlayıb zədə üzündən tam gücüylə çıxış edə biləyəcəyinə əmin deyilsə, gəlməsini istəmədiyimizi bildirmişdik. Onun əvəzinə başqasını çağırmaq daha səmərəlidi.

– Bəs, Rahil Məmmədovun düşərgədən ayrılmasının səbəbi nədi? AFFA-dan qəzetimizə sizin icazənizlə addım atıldığı bildirilib.
– Onun ailə problemi var. Rahilə Bolqarıstanla oyundakı sistemi təkmilləşdirmək istədiyimi dedim. Həmin matçın start heyətində olduğu üçün bu dəfə də gəlib oynamasını istədim. Razılaşdığımız kimi, görüşdən sonra yola salındı.

– Futbolçular legioner həyatı yaşamağa başlayanda sevinmişdik ki, bunun milli üçün böyük faydası olacaq. Lakin gah zədəli olurlar, gah ehtiyat oyunçular skamyasının sakini, gah da şans verilsə belə, dəyərləndirə bilmirlər. Çoxu yığmaya dəvət olunanda formada olmurlar. Legionerlərimiz harda səhvə yol verir?
– Düzü, bu haqda indi danışmaq doğru olmaz. Amma millimizin sabit çıxışı üçün hər birinin ən yaxşı səviyyədə olması vacibdi. İstər oyun praktikası baxımından, istərsə də psixoloji cəhətdən hazırlıqlı olmalıdılar. Durum belə deyilsə, istədiyin taktiki sxemi tətbiq etməkdə çətinlik çəkirsən. Hazırda ən böyük problemlərdən biri budu. Məsələn, Mahir Emreli, demək olar ki, beş ay meydandan kənar qaldı. Təbii ki, belə detallar ümumi çıxışa təsir edir. Allah futbolçularımızı zədədən qorusun.

– Albaniya ilə matçda Canni de Byazinin varlığı maraq doğurdu. Millimizin sabiq baş məşqçisiylə söhbət etdizmi?
– Onun stadiona gələcəyini bilirdik. Daha əvvəl danışarkən bundan bəhs etmişdi. Bizlə görüşməyə gəlmişdi. Oyundan sonra bir daha danışdıq və matç haqda fikirlərini bölüşdü.

Qeyd etdiyimiz kimi, mətbuat konfransının növbəti qonağı Emin Mahmudov olub:
“Sabah bizi ciddi rəqibə qarşı oyun gözləyir. Qazaxıstan müdafiə xəttində və əks-hücumda yaxşı oynayır. Son illərdə inkişaf ediblər. İki il əvvəl olduğu kimi, bu dəfə də qalib gəlmək istəyirik”.

– Qol vursan, Qurban Qurbanovun rekorduna çatacaqsan. Bu haqda düşünmüsən?
– Neçə oyundu eyni vəziyyətdi, bir qol vurub çata bilərəm. Hazırda daha çox millimiz haqda düşünürəm. Komanda yaxşı olsa, epizodlarım çox olar, qol vura bilərəm. Lakin sırf qolu fikirləşmirəm.

– Yaxın günlərdə yeni baş məşqçi açıqlanacaq. Yəni Arif Əsədovun son oyunu ola bilər. Kapitan olaraq futbolçularla söhbət etmisiz ki, Arif müəllimə qələbə hədiyyə edəsiz?
– İstəyirik ki, qalib gələk. Bura millidisə, hər oyuna eyni məqsədlə çıxmalıyıq. Əlbəttə, həm Arif müəllimi, həm də azarkeşləri sevindirmək istəyirik.

KƏNAN BAHADIR

Paylaş:
Digər xəbərlər

Yığma / Manşet

10-06-2024, 19:0

“Heyətlə bağlı bəzi problemlər var”

Yığma / Manşet

11-06-2024, 19:0

Millimiz 300-cü oyununda əzmkar qələbə qazandı - YENİLƏNİB

Yığma

23-09-2022, 13:0

"Qazaxıstanla oyuna da qələbə üçün çıxacağıq" - Bəhlul Mustafazadə

Yığma / Manşet

11-01-2024, 21:0

“Yəqin ki, məşqçilər korpusu qarşıdakı günlərdə bu problemləri aradan qaldıracaq” – Arif Əsədov “Sabah” haqda

Yığma / Manşet

10-06-2024, 19:0

“Hər matça qalibiyyət üçün çıxmalıyıq”

Aktual
“Difai” 2-ci liqadan çəkiləcək?
"...məvaciblərinin artırılmasını istəyirlər" - Azər Bağırov "Şamaxı"dakı "yarpaq tökümü"nün səbəbini açıqladı
Kurasaonun avtobusu, millinin fiaskosu... - nəyiniz çatmır, qardaşlar?
“Turnir cədvəlindəki yerimiz vəziyyəti izah edir” - göndərilən futbolçu belə dedi
Aqil Abbas Türkiyə ilə Braziliyaya azarkeşlik edəcək - Hikmət Sabiroğlu isə say artımına haqq qazandırdı
“Titanik” aysberqə doğru irəliləyir – Azər Bağırovun məqsədi nədi?
Son xəbərlər
  • Bu gün, 11:55
    Premyer-liqanın tarixinə düşdü
  • Bu gün, 11:34
    "Şəfa" yayın ilk transferini etdi
  • Bu gün, 11:13
    “Difai” 2-ci liqadan çəkiləcək?
  • Bu gün, 10:52
    Şəhriyar Məmmədyarov qələbə qazandı - “UzChess Cup”
  • Bu gün, 10:31
    “Veqas” final seriyasına qələbə ilə başladı
  • Bu gün, 10:00
    "...məvaciblərinin artırılmasını istəyirlər" - Azər Bağırov "Şamaxı"dakı "yarpaq tökümü"nün səbəbini açıqladı
  • Bu gün, 08:31
    Xaçmazda regional turnir başa çatdı
  • Dünən, 23:42
    La Liqada gözlənilən istefa
  • Dünən, 23:04
    Azərbaycanın İstanbuldakı sabiq konsulu dəstəklədi, Əziz Yıldırım prezident seçildi!
  • Dünən, 22:56
    Milli komandanın kapitanı oldu
  • Dünən, 22:00
    İtaliya paytaxtını tərk etmədi
  • Dünən, 21:01
    Ayxan Abbasov mətbuat önünə çıxacaq
  • Dünən, 20:30
    Kurasaonun avtobusu, millinin fiaskosu... - nəyiniz çatmır, qardaşlar?
  • Dünən, 19:56
    Cüdoçumuz Tallindən medalla dönür
  • Dünən, 19:25
    ''Qalatasaray''ın sabiq ulduzu Okan Burukun köməkçisinə çevrilə bilər
  • Dünən, 18:54
    ''Performansımla bu pullara layiq olduğumu göstərdim'' - Uğurcan Çakır üçün mövsümün unudulmaz oyunları hansıdı? 
  • Dünən, 18:19
    Mourinyo TFF-ni məhkəməyə verdi! 
  • Dünən, 17:48
    Argentina - 6, Fransa – 5, İspaniya – 4...
  • Dünən, 17:17
    DÇ-yə ən çox oyunçu göndərən çempionatlar və klublar hansılardı?
  • Dünən, 16:47
    “Turnir cədvəlindəki yerimiz vəziyyəti izah edir” - göndərilən futbolçu belə dedi
  • Dünən, 16:16
    Hakan Safidən daha bir möhtəşəm transfer - Çalhanoğlu ''Fənər''ə keçməyə razılıq verdi!
  • Dünən, 15:45
    ''Beşiktaş''ın yeni mövsümə hazırlığa start verəcəyi tarix bəlli oldu
  • Dünən, 15:09
    "Zirə" Tiaqo Silva ilə vidalaşdı
  • Dünən, 14:55
    "Şamaxı" Həbiblə yenidən anlaşdı
  • Dünən, 14:24
    Türkiyə DÇ-yə 4 oyunluq qələbə seriyası ilə yollanır
  • Dünən, 13:53
    Aqil Abbas Türkiyə ilə Braziliyaya azarkeşlik edəcək - Hikmət Sabiroğlu isə say artımına haqq qazandırdı
  • Dünən, 13:20
    Almaniya klubunda baş məşqçi dəyişdi
  • Dünən, 12:51
    "İndi səhifəni çevirmək və yeni fəsilə başlamaq vaxtıdı" - Dani Bolt
  • Dünən, 12:20
    Millimiz Dünya Kubokunun yarımfinalında
  • Dünən, 11:59
    Almaniyadan İngiltərəyə yollandı
  • Dünən, 11:30
    Milandan Madridə yollanacaq
  • Dünən, 11:00
    “Titanik” aysberqə doğru irəliləyir – Azər Bağırovun məqsədi nədi?
  • Dünən, 10:32
    Almaniya klubu ilə danışıq aparır
  • Dünən, 10:00
    London klubunu tərk etdi
  • 6-06-2026, 23:0
    A seriyasında istefa
Daha çox
Oxunub: 712
"Qarabağ"dan nəhəng transfer - daha heç kim "köhlən atlar"a bata bilməyəcək?
Oxunub: 247
"Turan Tovuz"un avrokuboklardan kənarlaşdırılmasıyla bağlı detallar - klubdan yeni açıqlama gəldi!
Oxunub: 246
“Zirə” də Konfrans Liqasından imtina edərsə...” - Yaşar Seyidov vacib məsələyə aydınlıq gətirdi
Oxunub: 226
Nəsimi Paşayev: "Yazılanların hamısı dezinformasiyadı" - "Turan Tovuz" avrokuboklara buraxılacaq?
Oxunub: 214
“Baş məşqçi vətənindədi, nə vaxt qayıdacağını bilmirəm” – “Neftçi” nə edir?
Oxunub: 153
“Rəşad Sadıqovun belə vəziyyətlər üçün təcrübəsi var” – “Turan Tovuz”u kim əvəz etsin?
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə