Millimiz 300-cü oyununda əzmkar qələbə qazandı - YENİLƏNİB

11.06.2024 19:51 415
Yığma / Manşet
Futbol üzrə əsas millimiz bu gün yoldaşlıq oyunu çərçivəsində Qazaxıstanla qarşılaşıb.

Oyun “CBC Sport” vasitəsilə canlı yayınlanıb.

11 iyun
Azərbaycan – Qazaxıstan 3:2
Mahir Emreli, 42, Emin Mahmudov, 51, Toral Bayramov, 73 - Yan Voroqovskiy, 2, Maksim Samorodov, 28

Hakimlər: BENCE CSONKA, Theodoros Georgiu, Balazs Szalai, Reka Molnar (hamısı Macarıstan).
Sombathey. “Haladas SportKomplexum”. Saat 18.00.

Millimiz Millətlər Liqası matçlarına hazırlıq məqsədiylə təşkil olunan təlim-məşq toplanışında sonuncu yoldaşlıq oyununu keçirib. Bu, həm də yığmamızın tarixindəki 300-cü matçı olub. Heç bir başqa motiv, stimul olmasa belə, 300-cü oyun amilinə görə qələbə qazanmaq lazım idi.

KƏNAN BAHADIR