21 yaşadək futbolçulardan ibarət yığma komandamız bu gün növbəti yoldaşlıq matçını keçirib.
“Football-plus.az” xəbər verir ki, Samir Əliyevin rəhbərlik etdiyi kollektiv Bakıda Bolqarıstandan olan həmyaşıdları ilə qarşılaşıb. “Liv Bona Dea Arena”da baş tutacaq matçın start fiti saat 20.00-da səsləndirilib. Oyunda hesab açılmayıb - 0:0.
Qeyd edək ki, komanda iyunun 7-də Slovakiya ilə keçirdiyi yoldaşlıq görüşündə 2:3 hesabı ilə məğlub olub.